Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-120/2021 23.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26.08.2019-cu il tarixli 600804-440754/3 nömrəli kredit müqaviləsi üzrə 3884,86 manat məbləğində əsas borc, 1084,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4968,93 manat və 30,40 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh2 ilə aralarında bağlanmış 26.08.2019-cu il tarixli 600804-440754/3nömrəli kredit müqaviləsi üzrə borcluya şəxsi istehlak məqsədləri üçün illik 26,5% dərəcəsi ilə, 36 ay müddətinə 4300 manat məbləğində kredit verildiyini, həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 ilə 26.08.2019-cu il tarixli 600804-440754/3 zaminlik müqaviləsinin bağlandığını, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edildiyini, lakin cavabdehlərin müqavilə üzrə üzərilərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi 23.06.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan 26.08.2019-cu il tarixli 600804-440754/3nömrəli kredit müqaviləsi görünür ki, Cavabdeh2 26,5% dərəcəsi ilə, 36 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.08.2019-cu il tarixli 600804-440754/3 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan 19.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən 3884,86 manat məbləğində əsas borc, 1084,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4968,93 manat borcu var. İş materiallarında olan 26.08.2019-cu il tarixli məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 4300 manat pul təhvil verilmişdir. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25.05.2021-ci il tarixli 125 №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 08.07.2019-cu il tarixli 600804-437236/2 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 19.10.2020-ci il tarixə əsas borcu 3882,54 manat, faiz borcu isə 740,22 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Maliyyə-kredit ekspertizasının rəyinə əsasən cavabdehin 19.10.2020-ci il tarixə əsas borcu 3882,54 manat, faiz borcu isə 740,22 manat təşkil edir. Cavabdehlər hər hansı ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdirlər. Kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ekspert rəyində göstərilən məbləğdə hesablanmalıdır. Beləliklə cavabdehlərin iddiaçıya müqavilə üzrə olan əsas borcu 3882,54 manat, faiz borcu 740,22 manat olmaqla, ümumilikdə 4622,76 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 26.08.2019-cu il tarixli 600804-440754/3 nömrəli kredit müqaviləsi üzrə 3882,54 (üç min səkkiz yüz səksən iki manat, əlli dörd qəpik) manat əsas borc, 740,22 ( yeddi yüz qırx manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4622,76 (dörd min altı yüz iyirmi iki manat, yetmiş altı qəpik) manat borc və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-120/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-120/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver