Məhkəmə qərarları › İş №2(110)-120/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-120/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-120/2024 11.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayonu, Mahmudkənd kənd sakini Cavabdeh ona borclu olduğu 13000 (on üç min) ABŞ dolları məbləğində plun və dövlət rüsumu olaraq ödədiyi 153.3 (bir yüz əlli üç manat otuz qəpik) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən mülki iş xx.xx.2023-cü il tarixli qərardadla icraata götürlümüş və mülki iş üzrə keçirilmiş məhkəmə iclaslrında tərəflər iştirak etmişdir, lakin sonuncu xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına iclasına İddiaçı gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməyərək, onun iştirakı olmadan işə baxmağı xahiş etməmiş, cavabdeh və cavabdehin nümayəndəsi isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin; - 188.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə məhkəmə iclası təxirə salına bilər. - 188.3-cü maddəsinə əsasən işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. “Elektron məhkəmə informasiya sistemində” 3 dəfədən artıq məhkəmə baxışı iclasının təyin edilməsinə məhdudiyyət olduğundan hazırkı iş üzrə sonuncu, yəni xx.xx.2024-cü il tarixə məhkəmə baxışı iclasının təyin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar idarəsinə raportla müraciət edildikdən sonra bu mümkün olmuşdur. Buna görə də, məhkəmə iclasının təxirə salınacağı təqdirdə, növbəti məhkəmə baxışı iclasının təyin edilməsinin mümkün olmayacağı üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.7-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsi baxılmamış saxlanıldığından Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №li qəbzlə "xxxx" ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 153.30 (bir yüz əlli üçü manat otuz qəpik) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №li qəbzlə "xxxx" ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 153.30 (bir yüz əlli üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçının və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar