Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-121/2021 16.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5195,53 (beş min bir yüz doxsan beş manat əlli üç qəpik) manat, faiz borcuna görə 12,06 (on iki manat altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5207,59 (beş min iki yüz yeddi manat əlli doqquz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş və xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda İddiaçı ASCnin Cavabdeh2 qarşı iddiası üzrə xx.xx.2021-ci ildə saat 17:00 da keçiriləcək 2(110)-121/2021 saylı mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 5303,8 (beş min üç yüz üç manat səksən qəpik) manat məbləğində kredit verdiyini (kredit müqaviləsinin 2.1; 2.3; 2.4; bəndləri), həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxx 2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsinin imzalandığını, həmin müqavilə üzrə zamin xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı kredit müqaviləsi öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıdığını, xx xxx 2019-cu il tarixli nzaz17412_KPM saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə,penya), faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kredition ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin öhdəliyin icra edilməsindən qərəzli olaraq yayındıqlarını, tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrlmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 14-dən gec olmayaraq hər ay 90,67 (doxsan manat altmış yeddi qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımı qaydada icta etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5195,53 (beş min bir yüz doxsan beş manat əlli üç qəpik) manat, faiz borcuna görə 12,06 (on iki manat altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5207,59 (beş min iki yüz yeddi manat əlli doqquz qəpik) manat təşkil etdiyini, qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5195,53 (beş min bir yüz doxsan beş manat əlli üç qəpik) manat, faiz borcuna görə 12,06 (on iki manat altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5207,59 (beş min iki yüz yeddi manat əlli doqquz qəpik) manat pul tutulmalı olduğunu qeyd edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5195,53 (beş min bir yüz doxsan beş manat əlli üç qəpik) manat, faiz borcuna görə 12,06 (on iki manat altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5207,59 (beş min iki yüz yeddi manat əlli doqquz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı “Restrukturizasiya məqsədi ilə kredit müqaviləsindən” aydın olur ki, Bank Müştəriyə xx.xx.2015-ci il tarixli, nzaz11712 saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə illik 1 faiz olmaqla, 5 il müddətinə və 1 illik güzəşt müddəti şərti ilə kredit verməyi, Müştəri isə Kredit Müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit müqaviləsi üzrə verilmiş Kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və Kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarır. Həmin Müqavilənin 4.1.1-ci bəndinə əsasən Müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləçərsə, bu isə Kreditin qaytarılması tələbi üçün təhlükə yaradarsa, bu Kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, Bank Krediti dərhal vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı Zaminlik müqaviləsindən aydın olur ki, zamin Cavabdeh1 borc alan Cavabdeh2 Bankdan illik 1 faiz olmaqla, 60 (altmış) ay müddətinə və 1 illik güzəşt müddəti şərti ilə götürdüyü 5303,8 (beş min üç yüz üç manat səksən qəpik) manat krediti tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üz üzərinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh2 Banka əsas borcuna görə 5195,53 (beş min bir yüz doxsan beş manat əlli üç qəpik) manat, faiz borcuna görə 12,06 (on iki manat altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5207,59 (beş min iki yüz yeddi manat əlli doqquz qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh2 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2020 tarixləri ərzində ayda 4,50 manat, xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində 112,76 manat xx.xx.2024 tarixində isə 112,98 manat olmaqla, cəmi 5466.70 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, nzaz11712 saylı Kredit Müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 bankdan götürdüyü 6500 manat məbləğində kreditin bir qismini ödədikdən sonra Banka 5303.80 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2019 - xx.xx.2020 dövrlər üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 Bank tərəfindən 5303,8 manat kredit verilmiş, və o kreditin verilməsi ilə əlaqədar açılmış hesab üzrə ayrı-atrı vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, "İddiaçı” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar İddiaçı ASC Nəsimi filialı vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu ödəmişdir Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən X2 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə xx xxx 2015-ci il tarixli nzaz11712 saylı kredit müqaviləsi üzrə kreditin restruktrizasiya olunması məqsədilə 5303,8 (beş min üç yüz üç manat səksən qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh2 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2020 tarixləri ərzində ayda 4,50 manat, xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində 112,76 manat xx.xx.2024 tarixində isə 112,98 manat olmaqla İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağladıqları xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 oğlunun götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün İddiaçı ASC borc alan və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh1 müştəri Cavabdeh2 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borcuna görə 5195,53 (beş min bir yüz doxsan beş manat əlli üç qəpik) manat, faiz borcuna görə 12,06 (on iki manat altı qəpik) manat olmaqla, cəmi 5207,59 (beş min iki yüz yeddi manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx xxx 2019-cu il tarixli nzaz11712_KPM saylı “Restrukturizasiya məqsədi ilə kredit müqaviləsi" üzrə əsas borca görə 5195,53 (beş min bir yüz doxsan beş manat əlli üç qəpik) manat, faiz borcuna görə 12,06 (on iki manat altı qəpik) manat olmaqla, cəmi 5207,59 (beş min iki yüz yeddi manat əlli doqquz qəpik) manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5237,59 (beş min iki yüz otuz yeddi manat əlli doqquz qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-121/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-121/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver