Məhkəmə qərarları › İş №2(110)-1211/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1211/2025

20.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1211/2025 20.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pulun, həmçinin ödənilmiş 50 (əlli altı) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Şərur rayonu Zeyvə kənd sakini olmaqla Cavabdeh uzun müddətdir ki, tanıyır. Vaxtı ilə aralarında səmimi yoldaşlıq münasibəti də olmuşdur. Belə ki, o kiçik sahibkarlıqla məşğuldur. Yaşadığı kənddə təqribən 30 kv.m ölçüdə qeyri yaşayış sahəsini icarəyə götürmüş, bu sahədən oyun zalı kimi istifadə edir, eyni zamanda bu oyun zalında qəlyanaltı və spirtsiz içkilərin də satışını həyata keçirirdi. Cavabdeh də münasibətləri olduğundan bu oyun zalına gəlir, oyun oynayaraq vaxtını keçirir həmçinin qəlyanatı da edirdi. Sonralar bu hallar davamlı hal almağa oyun və qəlyanaltıların hesabı nisyə yazılmağa başladı. İddiaçı yoldaşlıq münasibətləri olduğundan onun bu hərəkətlərini ciddi qəbul etməmiş, borcunu ödəyəcəyini düşünmüşdü. Bundan başqa cavabdehə 800 manat dəyərində olan öz telefonunu satmış, o ise telefonun dəyərinin yarısını ödəsə də bu günədək telefonun qalıq pulunu ödəməmişdir. Əlavə olaraq qeyd edir ki, münasibətləri olduğundan cavabdeh ona pula ehtiyacının olduğunu bildirmiş, həmin vaxt borcu olduğundan onlayın kredit saytı ona kredit verməmiş, nəticədə o "Manato" adlı onlayn kredit saytından iddiaçının adına 500 manat kredit götürmüş və aldığı borcu tez bir zamanda ödəyəcəyinə vəd vermişdir.Lakin cavabdeh həmin pulu da qaytarmadığından nəticədə iddiaçının adına götürülmüş onlayn kredit faizlərlə birlikdə artaraq 862 manat olmuş, borcun daha da artmaması üçün məcbur qalıb bu pulu özüm ödəmişdim.Bundan əlavə olaraq qeyd edir ki, dolanışıq məqsədilə mülkiyyətində olan avtomobillə bəzən taksi fəaliyyəti ilə də məşğul olur, eyni zamanda vaxtaşırı Türkiyə Respublikasından ərzaq gətirib satışını həyata keçirir. Cavabdeh onun bu xidmətlərindən yararlanmış, aralarındakı münasibətdən suni şəkildə istifadə edərək nə nisyə aldığı ərzaqların nə də sərnişin kimi mindiyi avtomobilə görə razılaşdıqları haqqı ödəməmişdir. Ümumilikdə 2024-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayınadək cavabdeh tərəfindən iddiaçıya 3000 (üç min) manat məbləğində ziyan vurulmuşdir. Bundan sonra cavabdehdən ona borclu olduğu məbləği istəsə də o, borcunu inkar etməmiş, nə vaxtsa ödəyəcəyini bildirmişdir. Bundan sonra isə münasibətləri tamamilə pozulmuş və iddiaçı nəticədə polis orqanlarına müraciət etmiş, bu zaman cavabdeh Düdəngə kənd sahə müvəkkilinə ona olan borcunu qismən etiraf etsədə, nəticədə polis tərəfindən mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bir daha qeyd edir ki, cavabdehin öz vədini yerinə yetirməməsi səbəbindən ona xeyli miqdarda ziyan vurulmuşdur. İddiaçıya olan borcunun ödənilməsi ilə bağlı ona edilmiş xəbərdalıqların isə heç bir nəticəsi olmaması səbəbdən iddiaçının tərəfindən hazırki tələblə məhkəmədə iddia qaldırılması zərurəti yaranmışdır ki, ərizəsində göstərilənləri məhkəmə iclasına dəvət edəcəyi şahidlər də öz izahatları ilə təsdiq edə bilərlər. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən ərizəsində göstərilənləri nəzərə alıb Cavabdeh 3000 (üç min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında ***-***-**-** nömrəli mobil nömrənin ona məxsus olan “whatsapp” sosial platforması hesabı ilə danışıqlarının olduğunu, iddiaçının oyun zalından istifadə etdiyini, taksi xidmətindən və satdığı yeməklərdən alıb ödəyəcəyini, “Manato”dan götürülən kreditinisə 500 manat olduğunu, iddiaçıya 3000 manat deyil daha az, 2600 manat borcu olduğunu məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında keçən il həmin ərəfədə çayçıda işləyərkən Araz ilə mübahisəsi olduğunu, Arazın ona 30 manat borcu olduğunu, Arazın ona 3000 manat borcu olan adamın borcunu istəməyə-istəməyə Vüsalın 30 manatın söhbətini etməsini dediyini məhkəməyə bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını tam hərtərəfli və məcmu halında nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əlavə olaraq bu məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 568-ci maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddədə göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 842.1-ci maddəyə görə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 842.2-ci maddənin tələbinə görə isə sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. - 1091.1-ci maddəyə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddədə qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.əhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin faktiki halları ilə tanış olaraq belə nəticəyə gəlir ki, iddiaçının hazırki iddanı irəli sürməkdə subyektiv hüquqa malik olduğu müəyyən olunur. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə münasibət bildirərək bu nəticəyə gəlir ki, etirafın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Məhkəmə obyektiv həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir.Cavabdeh isə həqiqətən də iddiaçının faktiki istifadəsində olan oyun zalında satdığı qəlyanaltılardan sonradan ödəniş edəcəyi vədi ilə almış, onun göstərdiyi taksi xidmətindən istifadə etmiş, oyun zalındakı xidmətlərdən nisyə satış əsasında faydalanmış, ona iddiaçı tərəfindən kreditin götürülüb verilməsini etiraf etmişdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırma hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 2600 (iki min altı yüz) manat məbləğində pul cavabdehdən alınaraq İddiaçı verilməlidir. İddianın qismən təmin olunmasına münasibətdə məhkəmə bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında cavabdehin qaytarmalı olduğu borcun 3000 manat olması sübuta yetirilə bilmədiyi üçün bu nəticəyə gəlinir. Həmçinin məhkəmə müəyyən etmişdir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumundan 43.33 (qırx üç manat otuz üç qəpik) manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın təmin edilməmiş hissəsinə mütənasib olaraq ödənilmiş 6.67 (altı manat altmış yeddi qəpik) onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia qismən təmin edildiyindən ödənilmiş 32 manat dövlət rüsumunun 28.82 manatı iddiaçıya aid edilməli, qalan 3.18 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumundan 43.33 (qırx üç manat otuz üç qəpik) manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, iddianın təmin edilməmiş hissəsinə mütənasib olaraq ödənilmiş 6.67 (altı manat altmış yeddi qəpik) onun özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar