Məhkəmə qərarları › İş №2(110)-123/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-123/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-123/2024 12.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati inasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayonu Zeyvə kənd sakini Cavabdeh ona borclu olduğu 12000 (on iki min) manat məbləğində borc pulun və dövlət rüsumu olaraq ödədiyi 126 (bir yüz iyirmi altı) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Lakin Cavabdeh xx.xx.2024cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində İddiaçı onun haqqında iddia tələbi irəli sürdüyünü, onun qeydiyyat ünvanının Sədərək rayon Heydərabad qəsəbəsi olduğu üçün iddia tələbini Sədərək rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə tərəfindən işin icraatı mümkün hesab edilərək, icraata götürülmüşdür. “Elektron məhkəmə” informasiya sistemindən cavabdehin şəxsi məlumatları barədə sorğu verilsədə həmin məlumatların əldə edilməsi mümkün olmamışdır. İddia ərizəsində cavabdehin Şərur rayon Zeyvə kəndində qeydiyyatda olması müəyyən edildiyindən məhkəmə bildirişi və ona əlavə olunmuş sənədlər həmin ünvana göndərilmişdir. Cavabdehin ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin FİN nömrəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminə sorğu verildikdən sonra onun Sədərək rayon Heydərabad qəsəbəsində qeydiyyatda olması müəyyən edilmişdir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, hazırki mülki işə Şərur Rayon Məhkəməsində baxıla bilməz, baxılması üçün aidiyyatı üzrə Sədərək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; -45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; -45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələinə dair” mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələinə dair” mülki iş materialı baxılması üçün aidiyyəti üzrə Sədərəd Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar