Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-126/2021 04.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6487,67 manat əsas borc, 574,62 manat faiz borcu və 81,37 manat cərimə borcu olmaqla ümumilikdə 7143,66 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, xx.xx.2020-ci il tarixdə etibarnamə üzrə səlahiyyət müddəti bitmiş iddiaçının nümayəndəsi İsa Hacıyev xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini, nümayəndənin iştirakı olmadan işə baxılmasını, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən iddiaçı bankın X2 Nikoloz Şurqaianın iş üzrə xx.xx.2020-ci il tarixdə etibarnamə üzrə səlahiyyət müddəti bitmiş nümayəndəyə etibarnamədə nəzərdə tutulan səlahiyyətləri etibar etdiyini, lakin Kommersiya qurumların dövlət reyesteri məlumatları haqqında sorğu üzrə çıxarışdan İddiaçı ASC-nin qanuni təmsilçisinin X1 olduğunu, iş materiallarında isə Nikoloz Şurqaianın vəzifə və etibarnamə verməklə bağlı səlahiyyətlərini təsdiq edən heç bir sübutun əlavə edilmədiyini müəyyən etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.3-cu maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı ASC - tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı ASC tərəfindən Hökümət Ödəniş Portalından xx.xx.2020-ci il il tarixli ********* ödəniş qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankın AZ21NABZ******************** nömrəli hesabına ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.3, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən Hökümət Ödəniş Portalından xx.xx.2020-ci il il tarixli ********* ödəniş qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankın AZ21NABZ******************** nömrəli hesabına ödədiyi 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-126/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-126/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver