Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-126/2025 27.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon, Danyeri kəndində qeydiyyatda olan Cavabdehdan ona verdiyim 8224.89 (səkkiz min iki yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyim 102.25 manat pulun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində o Şərur rayon, Danyeri kənd sakini Cavabdeh xx.xx.2023-cü il tarixdə 8224.89 manat borc pul verdiyini, o, ondan aldığı pulu hər ayın 9-u 200 (iki yüz) manat olmaq şərti ilə hissə-hissə ona qaytaracağı barədə öhdəlik götürərək yazılı şəkildə qəbz versədə, götürdüyü öhdəliyə əməl etmədiyini, dəfələrlə ona xəbərdarlıq etməyinə baxmayaraq ona olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayındığını, Cavabdeh bu günədək aldığı borcdan ümumiyyətlə ona bir manatda ödəmədiyini, əvəzində Bakı şəhərinə çıxıb getdiyini, harada olması barədə isə xəbərinin olmadığını, telefon nömrəsini də dəyişdiyi üçün onunla əlaqə saxlaya bilmədiyini, ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdeh ondan aldığı pulun 200 manatını ərizə verdiyi gün, xx.xx.2023-cü il tarixdə isə 600 manat olmaqla, ona olan borcundan ümumilikdə 800 manat ödədiyini, ondan sonrakı aylarda borcunu ödəməmklə, öhdəliyini icra etməkdən imtina etdiyini, haliyədə cavabdehin ona 7424.89 (yeddi min dörd yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat borcunun qaldığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - 11 yanvar 2023-cü il tarixli etiraf ərizəsindən görünür ki, Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Cavabdeh 11 yanvar 2023-cü il tarixdə Şərur rayon Siyaqut kənd sakini İddiaçı 8224.89 qəpik pul borc almış, həmin borcu hər ayın 9-u olmaq şərtilə 200 AZN olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür, ödəmədiyi yəqdirdə qanunvericiliyə əsasən məsuliyyət daşıyacağını bildirmişdir. Şərur rayon Siyaqut kənd sakini İddiaçı Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Cavabdeh 8224.89 manat pul borc verdiyini, həmin məbləği hər ayın 9-da 200 AZN olaraq qaytarmağına razı olduğunu bildirmişdir; - xx.xx.2024-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 102 (yüz iki) manat rüsum ödəmişdir. Məhkəmə tədqiqatı zamanı iş materiallarında olan 11 yanvar 2023-cü il tarixli qəbzlə müəyyən edilmişdir ki, Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Cavabdeh 11 yanvar 2023-cü il tarixdə Şərur rayon Siyaqut kənd sakini İddiaçı 8224.89 qəpik pul borc almış, həmin borcu hər ayın 9-u olmaq şərtilə 200 AZN olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür, ödəmədiyi yəqdirdə qanunvericiliyə əsasən məsuliyyət daşıyacağını bildirmişdir. Cavabdeh iddiaçıdan aldığı puldan 200 manat ərizə verdiyi gün, 600 manat isə xx.xx.2023-ü il tarixdə iddiaçıya qaytarmaqla, borcundan ümumilikdə 800 manat ödəmiş, haliyədə iddiaçıya 7424.89 (yeddi min dörd yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat borcu qalmışdır. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya olan borc ödənilmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Buna görə də, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, İddiaçı borclu olduğu 7424.89 (yeddi min dörd yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat pulu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 428.4 - cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh verdiyi qəbzlə şərtləşdirdikləri vaxtlarda iddiaçıya olan borcunu ödəməsi barədə öhdəlik götürsə də, müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirmədiyindən, iddiaçının cavabdehdən dərhal icranı tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməklə iddia tələbini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 102.0 manat dövlət rüsumunun 10.0 manatı iddiaçıya aid edilməli, 92.0 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Cavabdeh 7424.89 (yeddi min dörd yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat borc və 102.0 manat dövlət rüsumunun 92.0 manatı olmaqla, ümumilikdə 7516.89 (yeddi min beş yüz on altı manat səksən doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Cavabdeh 7424.89 (yeddi min dörd yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat borc və 102 (bir yüz iki) manat dövlət rüsumunun 92.0 manatı olmaqla, ümumilikdə 7516.89 (yeddi min beş yüz on altı manat səksən doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-126/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-126/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver