Məhkəmə qərarları › İş №2(110)-128/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-128/2021

18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-128/2021 18.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “İddiaçı“ ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1842,57 (bir min səkkiz yüz qırx iki manat əlli yeddi qəpik) əsas borc, 11,19 (on bir manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 2,09 (iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1855,85 (bir min səkkiz yüz əlli beş manat səksən beş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx“ İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 2500 manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx xxxxxx 2020-dək Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1842,57 (bir min səkkiz yüz qırx iki manat əlli yeddi qəpik) manat əsas borc, 11,19 (on bir manat on doqquz qəpik) manat faiz borcu və 2,09 (iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1855,85 (bir min səkkiz yüz əlli beş manat səksən beş qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1842,57 (bir min səkkiz yüz qırx iki manat əlli yeddi qəpik) manat əsas borc, 11,19 (on bir manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 2,09 (iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1855,85 (bir min səkkiz yüz əlli beş manat səksən beş qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 11-Y-3-0-2087-19 saylı istehlak kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə “xxxx” İKB ASC-nin 4 saylı filialı arasında xx xxxxxx 2019-cu il tarixdə kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4 bəndlərinə əsasən Kreditor Borcalana istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanan 2500 (iki min beş yüz) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üşün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənililr. Həmin Müqavilənin 7.1 -ci bəndlərində qeyd olunmuşdur ki, kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.2 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 11-Y-3-0-2087-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2022 tarixləri ərzində ayda 92,91 manat, xx.xx.2022 tarixində isə 92,82 manat olmaqla, cəmi 3344,67 manat pulu "xxxx" İKB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Məxaric Qəbzinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh imza etdirilməklə 1034 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019 - xx.xx.2020-ci illərə dair dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən Cavabdeh 4500 manat kredit ayrılmış, onun banka 1466 manat borcu silindikdən sonra, ona 1034.0 manat pul verilmişdir. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 11-Y-3-0-2087-19 saylı kredit müqaviləsi üzrə Banka 1842,57 (bir min səkkiz yüz qırx iki manat əlli yeddi qəpik) manat əsas borc, 11,19 (on bir manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 2,09 (iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1855,85 (bir min səkkiz yüz əlli beş manat səksən beş qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "İddiaçı" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 11-Y-3-0-2087-19 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh oğluna 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2022 tarixləri ərzində ayda 92,91 manat, xx.xx.2022 tarixində isə 92,82 manat olmaqla, cəmi 3344,67 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı tələbində haqlı olduğundan, buna görə də iddia təmin edilməli və Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 11-Y-3-0-2087-19 saylı Kredit Müqaviləsi üzrə əsas borca görə 1842,57 (bir min səkkiz yüz qırx iki manat əlli yeddi qəpik) manat, faiz borcuna görə 11,19 (on bir manat on doqquz qəpik) manat, cərimə borcuna görə 2,09 (iki manat doqquz qəpik) manat olmaqla, cəmi 1855,85 (bir min səkkiz yüz əlli beş manat səksən beş qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 11-Y-3-0-2087-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1842,57 (bir min səkkiz yüz qırx iki manat əlli yeddi qəpik) manat, faiz borcuna görə 11,19 (on bir manat on doqquz qəpik) manat, cərimə borcuna görə 2,09 (iki manat doqquz qəpik) manat olmaqla, cəmi 1855,85 (bir min səkkiz yüz əlli beş manat səksən beş qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 1885,85 (bir min səkkiz yüz səksən beş manat səksən beş qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar