Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-13/2022 30.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1195.06 (bir min yüz doxsan beş manat, altı qəpik) manat - bundan 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat əsas, 839.40 (səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" ASC-nin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 948336 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit verildiyini, kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də onun bu öhdəliyi yerinə yetirmədiyini, 19.11.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcunun 1195.06 (bir min yüz doxsan beş manat, altı qəpik) təşkil etdiyini, bundan 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat əsas, 839.40 (səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.24 (qırx üç manat iyiri dörd qəpik) manat faiz borcunun təşkil etdiyini, kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********406 saylı 27.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehin banka heç bir cavab vermədiyini və kredit borcunun banka qaytarılmasını təmin etmədiyini, bankın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kii cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki cavabdehin ona verilmiş borc məbləğini ödəniş cədvləinə uyğun olaraq vaxtında qaytarsaydı, ban öz fəaliyyətindəhəmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini qeyd edərək cəmi 1195.06 (bir min yüz doxsan beş manat, altı qəpik) manat - bundan 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat əsas, 839.40 (səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat cərimə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin 28.03.2022ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində icraatda olan LPO "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(110)-13/2022 saylı mülki iş olduğunu, mülki işin məhkəmə baxış iclasının 30.03.2022-ci il saat 15:00-a təyin olunduğunu, iddia tələbini tam müdafiə etdiklərini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04 dekabr 2014-cü il tarixli 494/2 saylı Kredit kartının verilməsi və istifadəsi üzrə Müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-nin Bakıxanov filialı arasında müqavilə imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin predmeti bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartının (bundan sonra – “Kart”) müştəriyə verilməsi, kart vasitəsi ilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Bank Müştəri üçün 24 (iyirmi dörd) ay müddətinə kart buraxır, bank tərəfindən buraxılmış kart Bankın xüsusi mülkiyyətindədir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bank müştəriyə 300 (üç yüz yeni Azərbaycan manatı 00 qəpik) məbləğində kredit xətti açır. Həmin xətt üzrə müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70 (yetmiş) % təşkil edir. Birinci ayda nağdlaşdırmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit xətti 36 (otuz altı) ay müddətə açılır. Kartın müddətinin son günü də daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən ... hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa, ödənilməyən borc məbləğinə illik 54% dərəcəsi ilə cərimə hesablanır. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən ktredit xətti üzrə faktiki illik faiz dərəcəsi minimum 40.81 %, maksimum 48 % təşkil edir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlardan görünür ki, Borcalan müxtəlif dövrlər ərzində bankda onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş Qəbzdən görünür ki, 04.12.2014-cü il tarixdə Bank tərəfindən imza etdirilməklə Müştəriyə kartın verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 05 dekabr 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, 04 dekabr 2014-cü il tarixli 948336 saylı kredit müqaviləsi üzrə 19 noyabr 2020-ci il tarixə Cavabdeh Banka 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat əsas, 839.40 (səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat faiz olmaqla, ümumilikdə 1195.06 (bir min yüz doxsan beş manat, altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan poçt qəbzləri və 25.11.2020-ci il tarixli bildirişdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək 1195.06 (bir min yüz doxsan beş manat, altı qəpik) manat məbləğində borcun ödənilməsini 3 gün ərzində ödəməsini bildirmişdir. Cavabdeh gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş 02.02.2021-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Dəmirbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-232/2021 saylı 16 may 2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05.03.2022-ci il tarixli 55 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 494/2 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar cədvəlində aparılan bütün əməliyyatlar ssuda hesabına aparılmış və hesabdan çıxarış məlumatlarında 3124.42 manat əsas borcu olması göstərilmişdir. Belə ki, Cavabdeh cədvəl məlumatlarında göründüyü kimi 03 dekabr 2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat təşkil edir. İş materiallarında Cavabdeh oğlu ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 494/2 nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh cərimə hesablanması düzgün hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 494/2 saylı Kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Kreditor tərəfindən Borcalan Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 40.81 faiz dərəcəsi ilə 300 (üş yz) manat məbləğində kredit xətti açılmış və kartın verilməsi təmin edilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 36 ay müddətinə Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “Borcalanmüqavilədən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat əsas, 839.40 (səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri edir ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş arayış və hesabdan çıxarışlarda müqavilənin nömrəsi 948336 kimi qeyd edilsədə, məhkəmə bunu texniki səhvlik kimi qiymətləndirir. Həmçinin iddiaçı tərəfindən tələb olunan əsas borcun, kredit müqaviləsi bitəndən sonrakı dövr üçün faiz borcunun və cərimənin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.03.2022-ci il tarixli 55 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 494/2 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən onun Kreditora 03 dekabr 2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat olmasını müəyyən etmiş, həmçinin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamadığından cərimənin hesablanmasını düzgün hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bu qənaətə gəlir ki, Borcalan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən Kreditor borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 839.40 (səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə kredit məbləğini və ödənilməmiş qalmış əsas borcun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq Kredit kartının verilməsi və istifadəsi Müqaviləsi üzrə tələb olunan 839.40 (səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində cərimə məbləğinin əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, cərimə pulunun 83 (səksən üç) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat pulun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 19.0 manatı iddiaçıya aid edilməli, 11.0 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək 04 dekabr 2014-cü il tarixli 494/2 saylı Kredit kartının verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən Cavabdeh əsas borc üzrə 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat və cərimə olaraq 83 (səksən üç) manat, cəmi 438.66 (dörd yüz otuz səkkiz manat altmış altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 11 (on bir) manatı olmaqla, ümumilikdə 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat məbləğində pul tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 04 dekabr 2014-cü il tarixli 494/2 saylı Kredit kartının verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən Cavabdeh əsas borc üzrə 312.42 (üç yüz on iki manat qırx iki qəpik) manat, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 43.24 (qırx üç manat iyirmi dörd qəpik) manat və cərimə olaraq 83 (səksən üç) manat, cəmi 438.66 (dörd yüz otuz səkkiz manat altmış altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 11 (on bir) manatı olmaqla, ümumilikdə 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat məbləğində pul tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-13/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-13/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver