Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-134/2021 29.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ona məxsus 21.600 (iyirmi bir min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, lakin məhkəməyə teleqramlar göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddiasını müdafiə edərək mülki işin məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində onun Cavabdeh xx xxx 2014-cü il tarixdə 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat dəyərində borc verdiyini, bununla bağlı cavabdehlə aralarında rəsmi kredit müqaviləsi bağlandığını və xx xxx 2022-ci ilədək hər ilin mart ayının birinci həftəsində borc alan borc verənə yəni ona qaytarmağı öhdəsinə götürdüyünü, cavabdehin kredit borcundan ona 7200 (yeddi min iki yüz) manat ödədiyini lakin, 21.600 (iyirmi bir min altı yüz) manat olan qalıq borcunu ödəməkdən yayındığını və ödəməyəcəyini bildirdiyini, buna baxmayaraq məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh xəbərdarlıq məqsədilə “pretenziya” məktubu ünvanladığını lakin cavabdehin bunların heç birinə məhəl qoymadığını və qəsdən ona olan borcunu ödəməkdən boyun qaçırdığını, cavabdehin onun etibarından istifadə etdiyini, ona məxsus olan 21.600 (iyirmi bir min altı yüz) manat vəsaiti mənimsədiyini, bu səbəbdən də onun son çıxış yolunun məhkəməyə müraciət etmək olduğunu qeyd edərək Cavabdeh ona məxsus 21.600 (iyirmi bir min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə dair etiraz ərizəsində İddiaçı ikinci ərini avtoqəzada vurduğunu, onun dünyasını dəyişdiyini, İddiaçı ona ayda üç yüz manat verərsə şikayətçi olmayacağını bildirdiyini, bunun isə ildə üç min altı yüz manat təşkil etdiyini və bunun səkkiz il davam edəcəyini, onun iki il ardıcıl olaraq üç min altı yüz manatı İddiaçı ödədiyini, (2015-2016-cı illər üçün) Şəhlanın ona bu pulla bağlı müqavilə bağlamaq üçün notariusa gedəcəklərini dediyini, bir neçə notariusa müraciət etdiklərini, onlara yalnız pulun notariusun iştirakı ilə verildikdə müqavilənin bağlanmasının mümkün ola biləcəyini, hətta hansı puldan neçə ədəd olmalı olduğunu bildirdiklərini, sonunda tanış notariusla müqaviləni bağladıqlarını, onun bu pulu öz razılığı ilə ödədiyini, daha sonra koronavirus pandemiyası ilə əlaqədar olaraq işsiz qaldığını, hazırda işsiz olduğunu, özünü güclə saxladığını, özünün də şəkərli diabetdən gözlərinin zəif gördüyünü, Şərur rayonunun Kürçülü kəndində nə torpağının, nə də evinin olduğunu, hamısını satdığını, hazırda Bakı şəhərində kirayədə yaşadığını, pensiya almadığını, əgər alsa idi onu da İddiaçı ilə yarı böləcəyini bildirdiyini, bunun bir qəza olduğunu, əvvəldən bir-birilərini tanımadıqlarını, nə edəcəyini bilmədiyini, bu işdə ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının iddia ərizəsində qeyd etdiklərini və iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E-1874 nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kredit verir, hər ilin mart ayının birinci həftəsində 3600 (üç min altı yüz) manat qaytarmaq şərti ilə “Kredit verən” Cavabdeh həmin məbləği xx xxx 2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-cİ il tarixli, 25751 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən “Kapital Bank”ın Abşeron filialı vasitəsilə dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan pretenziya məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarında olan və məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri 16 saylı notariat ofisindən məhkəməyə göndərilmiş kredit müqaviləsinin təsdiq edilmiş surəti tərəflər arasında kredit müqaviləsinin bağlanmasını bir daha təsdiq etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla xx xxx 2014-cü tarixdə kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Kredit verən İddiaçı kredit müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, lakin kredit alan Cavabdeh həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, kredit müqaviləsi üzrə borclu olduğu 28800 manat pulun 7200 manatını ödəsə də, qalan 21600 manat məbləğində borcu kredit verənə ödəməmişdır. Ona görə də Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməməsinə görə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş borcun tələb edilməsi əsaslıdır. Məhkəmə cavabdehin iddiaya etirazına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmiş, eyni zamanda da məhkəmə prosesində iştirak etmədiyindən həmin halların məhkəmə tərəfindən araşdırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21600 (iyirmi bir min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyidən, onun məhkəməyə müraciət etməsi ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 21600 (iyirmi bir min altı yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21630 (iyirmi bir min altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-134/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-134/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver