Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-136/2021 09.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 13 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2631,15 manat məbləğində əsas borcu, 264,48 manat məbləğində faiz borcu və 101,54 manat cərimə borcu olmaqla, ümumilikdə 2997,17 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat Bank “xxxx” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə iclasında iştirak etməmiş, lakin 20.05.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan və 21 may 2021-ci il tarixə saat 11:30-a təyin olunmuş 2(110)-136/2021 saylı mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 13 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən "İddiaçı“ İKB ASC-dən illik 21.5 faizlə 36 ay müddətinə 6000 manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 01 dekabr 2020-dək Cavabdeh banka 13 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2631.15 (iki min altı yüz otuz bir manat, on beş qəpik) manat əsas borc, 264.48 (iki yüz altmış dörd manat, qırx səkkiz qəpik) manat faiz borcu və 101.54 (bir yüz bir manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2997.17 (iki min doqquz yüz doxsan yeddi manat, on yeddi qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını, Cavabdeh oğlundan 13 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2631.15 (iki min altı yüz otuz bir manat, on beş qəpik) əsas borc, 264.48 (iki yüz altmış dörd manat, qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 101.54 (bir yüz bir manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2997.17 (iki min doqquz yüz doxsan yeddi manat, on yeddi qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 iyul 2018-ci il tarixli 6-Y-2-0-2557-18 saylı istehlak kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı İKB ASC-nin Mxd Filialı arasında 13 iyul 2018-ci il tarixdə kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4 bəndlərinə əsasən Kreditor Borcalana istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik 21.5 (iyirmi bir onda beş) faiz dərəcəsi ilə hesablanan 6000 (altı min ) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üşün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənililr. Həmin Müqavilənin 7.1 -ci bəndlərində qeyd olunmuşdur ki, kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə olunmuş 13 iyul 2018-ci il tarixli 6-Y-2-0-2557-18 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.2 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş 13 iyul 2018-ci il tarixli 6-Y-2-0-2557-18 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, “xxxx” ASC tərəfindən Cavabdeh illik 21.5 faiz dərəcəsi ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 13.08.2018 – 13.06.2021 tarixləri ərzində ayda 227.59 manat, 13.07.2021 tarixində isə 227.79 manat olmaqla, cəmi 8193.44 manat pulu "İddiaçı" İKB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Məxaric Qəbzinin surətindən görünür ki, 13 iyul 2018-ci il tarixdə Cavabdeh imza etdirilməklə 6000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 13.07.2018 – 15.03.2021-ci illərə dair dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən Cavabdeh hesab açılaraq ona 6000 manat kredit ayrılmış, Cavabdeh tərəfindən həmin hesab üzrə müxtəlif vaxtlarda müxtəlif ödəmələr edilmişdir. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 25.11.2019-cu il tarixli Çıxarışından görünür ki, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarına əlavə olunmuş 01 dekabr 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, 01 dekabr 2020-ci il tarixə Cavabdeh 13 iyul 2018-ci il tarixli 6-Y-2-0-2557-18 saylı kredit müqaviləsi üzrə Banka 2631.15 (iki min altı yüz otuz bir manat, on beş qəpik) əsas borc, 264.48 (iki yüz altmış dörd manat, qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 101.54 (bir yüz bir manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 2997.17 (iki min doqquz yüz doxsan yeddi manat, on yeddi qəpik) manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 15 mart 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 15 mart 2021-ci il tarixə Cavabdeh 13 iyul 2018-ci il tarixli 6-Y-2-0-2557-18 saylı kredit müqaviləsi üzrə Banka 2631.15 (iki min altı yüz otuz bir manat, on beş qəpik) əsas borc, 427.78 (dörd yüz iyirmi yeddi manat yetmiş səkkiz qəpik) manat manat məbləğində faiz borcu və 290.46(iki yüz doxsan manat qırx altı qəpik) manat cərimə borcu olmaqla cəmi 3349.39 (üç min üç yüz qırx doqquz manat, otuz doqquz qəpik) manat borc məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 02.12.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 21.05.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etməklə ona müqavilə şərtlərinə əsasən müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verilə biləcəyi və kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edəcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 40 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 13 iyul 2018-ci il tarixli, 6-Y-2-0-2557- 18 nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh “xxxx” ASC-nə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 2631.15 (iki min altı yüz otuz bir manat on beş qəpik) manat, faiz borcu 427.78 (dörd yüz iyirmi yeddi manat yetmiş səkkiz qəpik) manat, cərimə borcu 290.46 (iki yüz doxsan manat qırx altı qəpik) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2018-ci il tarixli 6-Y-2-0-2557-18 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 21.5 faiz ödəmək şərtilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 13.08.2018 – 13.06.2021 tarixləri ərzində ayda 227.59 manat, 13.07.2021 tarixində isə 227.79 manat olmaqla, cəmi 8193.44 manat pulu “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 40 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (maliyyə arayışının verilmə tarixi) faiz borcu 427.78 (dörd yüz iyirmi yeddi manat yetmiş səkkiz qəpik) manat, cərimə borcu 290.46 (iki yüz doxsan manat qırx altı qəpik) manatdır. Lakin iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə cavabdehdən faiz borcu üzrə 264.48 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat və cərimə borcu üzrə 101.54 (bir yüz bir manat, əlli dörd qəpik) manat tutulmasını xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən faiz borcu üzrə 264.48 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat və cərimə borcu üzrə 101.54 (bir yüz bir manat, əlli dörd qəpik) manat məbləğində pulun tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər . Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 13 iyul 2018-ci il tarixli, 6-Y-2-0-2557-18 saylı Kredit Müqaviləsi üzrə 2631.15 (iki min altı yüz otuz bir manat on beş qəpik) manat əsas borc, 264.48 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat faiz borcu və 101.54 (bir yüz bir manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2997.17 (iki min doqquz yüz doxsan yeddi manat on yeddi qəpik) manat məbləğində borc pul tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməli, eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış 13 iyul 2018-ci il tarixli 6-Y-2-0-2557-18 saylı Kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13 iyul 2018-ci il tarixli, 6-Y-2-0-2557-18 saylı kredit müqaviləsi üzrə 2631.15 (iki min altı yüz otuz bir manat on beş qəpik) manat əsas borc, 264.48 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat faiz borcu,101.54 (bir yüz bir manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 2997.17 (iki min doqquz yüz doxsan yeddi manat on yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3027.17 (üç min iyirmi yeddi manat on yeddi qəpik) manat pul tutularaq “xxxx” Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə tərəflər arasında bağlanmış 13 iyul 2018-ci il tarixli, 6-Y-2-0-2557-18 saylı Kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-136/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-136/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver