Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-136/2022 08.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor İddiaçı MMC xx xxxx 1984-cü il tarixdə Şərur rayonunda doğumuş və hazırda Şərur rayonu, Dizə kəndində pasport qeydiyyatda olan borclu Cavabdeh 14 aprel 2019-cu il tarixli müqavilə üzrə 918 (doqquz yüz on səkkiz) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-659/2020 nömrəli, 11 dekabr 2020-ci il tarixli məhkəmə əmri ilə xx xxxx 1984-cü il tarixdə Şərur rayonu, Dizə kəndində doğulmuş və Şərur rayonu, Dizə kəndində qeydiyyatda olan borclu Cavabdeh 918 (doqquz yüz on səkkiz) manat məbləğində borc pul və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində pul alınaraq, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor İddiaçı MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. 11.01.2022-ci il tarixdə Şərur Rayon Məhkəməsinə borclu Cavabdeh Şərur Rayon Məhkəməsinin 2(110)-659/2020 nömrəli, 11 dekabr 2020-ci il tarixli məhkəmə əmrinə etiraz ərizəsi daxil olmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-659/2020 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərardadına əsasən Şərur Rayon Məhkəməsinin 2(110)-659/2020 nömrəli, 11 dekabr 2020-ci il tarixli məhkəmə əmri ləğv edilməsi və kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı “pul tələbinə” dair ərizəsinə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Məhkəmə qeyd edilən iddia ərizəsini 11.01.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclasını 09.02.2022-ci il tarixə təyin etmişdir. Məhkəmə qeyd edilən tarixdə hazırlıq iclasını cavabdehin nümayəndəsinin iştirakı ilə keçirərək, məhkəmə baxış iclasını 11.03.2022-ci il və 08.04.2022-ci il tarixlərinə təyin etmişdir. Qeyd edilən tarixlərdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0 və 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı MMC tərəfindən Azərbaycan Respulikası Mərkəzi Bankı Hökümət ödəniş portalı vasitəsilə 29.11.2020-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən Azərbaycan Respulikası Mərkəzi Bankı Hökümət ödəniş portalı vasitəsilə 29.11.2020-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-136/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-136/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver