Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-137/2021 28.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı “xxxx” X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 176,78 (bir yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) əsas borc, 36,73 (otuz altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 213,51 (iki yüz on üç manat əlli bir qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "İddiaçı“ İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 2000 (iki min) manat kredit götürdüyünü, borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, xx xxxxxx 2020-ci ilədək Cavabdeh1 banka xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 176,78 (bir yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat əsas borc, 36,73 (otuz altı manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə cəmi 213,51 (iki yüz on üç manat əlli bir qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını qeyd edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 176,78 (bir yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) əsas borc, 36,73 (otuz altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 213,51 (iki yüz on üç manat əlli bir qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlarına göndərilmiş, iş materialında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdəndən görünür ki, məhkəmə bildirişləri cavabdehlərin ünvanına çatdırılmışdır. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708-19 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən də Cavabdeh1 ilə "İddiaçı" İKB ASC-nin 4 saylı Filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verilməsi, Borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və keditə hesablanmış faizləri Kreditora ödənilməsi təşkil edir. Həmin Müqavilənin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən kreditor borcalana istehlak məqsədilə 12 (on iki) ay müddətinə illik 28 faiz dərəcəsi ilə hesablanan 2000 (iki min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üşün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənililr. Həmin Müqavilənin 7.1 -ci bəndlərində qeyd olunmuşdur ki, kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Həmin Müqavilənin 8.1-ci maddəsinə əsasən Müqavilə üzrə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam şəkildə ödəməlidir. İş materiallarına əlavə olunmuş Zaminlik Müqaviləsindən aydın olur ki, "İddiaçı" İKB ASC-nin 4 saylı Filialı ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708-19 saylı saylı Zaminlik Müqaviləsi bağlanmışdır və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşlər. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708- 19 saylı kredit müqaviləsinə Bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh1 Banka 176,78 (bir yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat əsas borc, 36,73 (otuz altı manat yetmiş üç qəpik) manat məbləğində faiz olmaqla ümumilikdə 213,51 (iki yüz on üç manat əlli bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "İddiaçı" İKB ASC-nin 4 saylı filialı tərəfindən Cavabdeh1 illik 28 faiz dərəcəsi ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2020 tarixləri ərzində ayda 193,01 manat, xx.xx.2020 tarixində isə 193,03 manat olmaqla, cəmi 2316,14 manat pulu, "İddiaçı" İKB ASC-nin 4 saylı filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 2000 AZN məbləğində pulu imza edərək təhvil almışdır. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı Bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Kreditor "İddiaçı" İKB ASC-nin 4 saylı Filialı ilə Borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708-19 saylı kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 28 % olmaqla 12 ay müddətinə Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (ik min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda Kreditor "İddiaçı" İKB ASC-nin 4 saylı Filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708-19 saylı zaminlik müqaviləsinə əsasən Kreditor "İddiaçı" İKB ASC ilə Borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh- zamin Abbasova X2 qismində Cavabdeh1 ilə birgə iddiaçı “Kreditor "İddiaçı" İKB ASC qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırda Borcalan kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcalana rəsmi olaraq xəbərdarlıq edilsə də o öhdəliyini yerinə yetirilməmişdir. Haliyədə Borcalanın xx xxxxx 2019-cu il tarixli 11-MZ-1-0-708-19 saylı kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə Kreditora 176,78 (bir yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat əsas borc, 36,73 (otuz altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 213,51 (iki yüz on üç manat əlli bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. Buna görə də Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün Kreditor Borcalan və zaminə qarşı birgə cavabdeh kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 176,78 (bir yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat əsas borc, 36,73 (otuz altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 213,51 (iki yüz on üç manat əlli bir qəpik) manat məbləğində pul tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu da cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 176,78 (bir yüz yetmiş altı manat yetmiş səkkiz qəpik) manat əsas borc, 36,73 (otuz altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 213,51 (iki yüz on üç manat əlli bir qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi məcburi tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-137/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-137/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver