Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1402/2025 11.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı Cavabdeh tapılıb məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsi tələbi barədə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın ödənilməsi məqsədilə qeyd olunan Cavabdeh tapılıb məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib məhkəmə müəyyən edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsində qeyd olunur ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 13-cü bəndində qeyd edilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Məhkəməyə ünvanlanmış iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verilmişdir, iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150,152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. İddiaçı Cavabdeh qarşı Cavabdeh tapılıb məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın.
2. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər.
3. Qərardad, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlkin Zeynalov