Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-142/2025 23.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 12000 (on iki min) manat pul vəsaitinin, 5000 (beş min) manat dəymiş maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mən İddiaçı ünvan 1 ünvanında qeydiyyatda dayanan X8 Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2013-cü il tarixli 568 nömrəli sərəncamı əsasında icarə hüququ ilə ayrılmış torpaq sahəsindən 0.06 hektarını işdə vasitəçilər olan Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "Zeytunluq" deyilən ərazidən aldım. Bu məqsədlə X13 25 avqust 2020-ci il tarixdə mənə etibarnamə verdi. Sotu 2000 (iki min) manat olmaqla cəmi 12000 (on iki min) manat pul ödəməyimlə bağlı Cavabdeh1 və Cavabdeh2 ilə razılaşdıq. Həmin pulu nağd ödənişlə 6500 (altı min beş yüz) manat verdim. 5500 (beş min beş yüz) manatı 13 ay ərzində hər ay 400 (dörd yüz) manat ödəməklə razılaşdıq. Həmin pulu ayda 500(beş yüz) manat olmaqla tam ödədim. Cavabdeh1 və Cavabdeh2 pulu məndən almalarını öz imzaları ilə təsdiq etmişlər (həmin qəbz iddia ərizəsinə əlavə olunur). Lakin sahənin sənədləşdirilməsi ilə bağlı onların addım atmamasına görə Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə oğlum X12 müraciət etdi. Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında aşağıdakılar qeyd olunur: Ərizə və alınmış izahatında X12 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə kirayədə yaşadığı evin yaxınlığında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Zeytunluq” deyilən ərazidə olan torpaq sahəsini almaq üçün tanışı Cavabdeh1 və Natiq ah şəxlərə ilkin olaraq 6500 manat, sonradan isə hər 500 manat olmaqla ümumilikdə 12.000 manat pul vermişdir. Lakin aralarında olan pul verildikdən sonra o, “Çıxarış” verilməli olsa da bu günə kimi müxtəlif bəhanələr gətirilərək vədə əməl edilməmişdir. Abşeron rayon İH Başçısının Sərəncamı, Etibarnamənin və digər sənədlərin surətləri alınaraq materiala əlavə edilmişdir. İzahatı alınmış xx.xx.1969-cu il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Aşağı Daşarx ərazi dairəsi, Oğuzkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, bağ evləri adlanan inzibati ərazidə yaşayan Cavabdeh1 (***-***-**-**, FİN: xxxxxxx, AA*******) bildirmişdir ki, sözügedən torpaq sahəsi Əlizadə Coşqun adlı şəxsə məxsusdur, Köçəri adlı şəxs Coşqunun torpaq sahəsinin satışı ilə məşğul olmuşdur, Cavabdeh2 isə onun kürəkənidir. 2020-ci il tarixdə İddiaçı ev alqı-satqısı ofisinə yaxınlaşmış, o, həmin torpaq sahəsini Balakişiyə göstərmiş, bu işdə vasitəçi rolu olmuşdur. Razılaşmaya görə Balakişi 11.500 manat pul ödəməli idi. İlkin olaraq torpaq sahəsinə 6500 manat, ümumilikdə isə ona və Namiqə hissə-hissə olmaqla 12.000 manat pul ödənilmişdir. Həmin pulun 8000 manatını o, Köçəriyə vermişdir, 3500 manat isə onunla Namiq arasında xeyir olaraq bölünmüşdür. Onun tərəfindən Balakişiyə torpaq sahəsinə görə “Etibarnamə” verilmişdir. Köçəri ilə isə bundan sonra əlaqə yaratmaq olmamışdır. Araşdırma zamanı xx.xx.1977-ci il təvəllüdlü, Naxçıvan MR-da anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, döngə 7, bağ evləri adlanan inzibati ərazidə yaşayan Cavabdeh2 (AA*******, FİN:xxxxxxx. ***-***-**- **) izahatı alınmış, Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. Təhqiqat zamanı əməliyyataxtarış tədbirlərinin təşkil edilməsi, Köçəri adlı, şəxsin, Əlizadə Coşqun adlı şəxsin, hadisə barədə məlumat olan şəxslərin, şahidlərin müəyyən edilib izahatları alınması üçün təşqiqata təmin edilmələri barədə 36-cı PŞ-nə əməliyyat tapşırığı verilmiş, lakin icra müddəti ərzində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Etibardan sui-istifadə etmədə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir, belə münasibətlərin əsasında razılığa gəldikləri hər hansı bir biznes və ya kommersiya fəaliyyəti üçün yerinə yetirilməli razılıqdan irəli gələn mülki-hüquq münasibətləri durur, öz öhdəsinə götürdüyü işi faktiki olaraq lazımınca yerinə yetirmir və əvəzsiz olaraq əmlakı və ya pulu öz xeyrinə keçirir. Bu əməl o, vaxt dələduzluq heşäb edilir ki, təqsirkar şəxs əmlakı əldə edərkən niyyəti vəzifəsini yerinə yetirilməməsi deyil, özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə baxışı iclasına gəlməmişlər. Lakin iddiaçının vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərk, ərizəsində İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə məhkəmə baxışı iclası 23 aprel saat 10:15-ə təyin olunduğunu, məhkəmə iclasını iştirakımız olmadan keçirməyinizi və tələbimizin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 ifadəsində izahatında bildirmişdir ki, iddianı qismən, yəni 12000 (on iki min) manata dair hissədən qəbul etdiyini, Köçəri adlı şəxsin ev alqısatqısı ilə məşğul olan şəxslərə, eynilə bizə - ona və Natiqə 15 ha torpaq sahəsinin satışda olduğunu, istəyən oarlsa ona məlumat verməyimizi dediyini, İddiaçı onlara müraciət edərək torpaq sahəsi almaq istədiyini dediyini, torpaq sahəsinin yerləşdiyi ərazini ona göstərdiklərini, onunla 6 sot torpağı ona 12000 manata satmaqları barədə razılaşdıqlarını, o, 6500 ilkin ödəniş etdiyini, qalan 5500 matat məbləğində pulu hər ay 500 manat olmaqla ödəyəcəyi barədə öz aralarında sadə yazılı formada sənəd tərtib etdiklərini, İddiaçı həmin puluda tamamilə ödədiyini, həmin pulun 8500 manatını Köçəriyə verdiklərini, qalan 3500 manat qazanc olaraq onunla Namiq arasında bölündüyünü, Köçərinin ölkəni tərk edərək Türkiyə Respublikasına getdiyi üçün və verilmiş etibarnamə ləğv edildiyi üçün torpaq sahəsini İddiaçı adına sənədləşdirə bilmədiklərini, həmçinin ilkin ödəniş olaraq ödənilmiş 6500 manat pulun Namiqə verildiyini, amma qəbzi özünün imzaladığını, bunun əksini təsdiq edəcək heç bir sübutunun olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində bildirmişdir ki, mən Cavabdeh2 xx.xx.1977-ci il tarixdə Şərur rayon Oğuz kəndində anadan olmuşam və orada qeydiyyatdayam. Hazırda Bakı şəhər Suraxanı rayon yeni Suraxanı qəsəbəsində yaşayıram. Ailəliyəm. 3 övladım və 4 nəvəm var. 2019-cu ildən 2023-cü ilə qədər həmkəndlim Cavabdeh1 ilə bərabər ona məxsus olan ofisdə evlərin kirayəsi, satışı və torpaqların alqısatqısı(makler) kimi bərabər işləmişəm. Təqribən 2021-ci ildə Bəxtiyar mənə dedi ki, Coşquna məxsus olan torpağı satıram. Mənə nömrə verdi ki bu nömrəyə zəng et və get Naxçıvanski deyilən yerdə Balakişi adlı şəxs sənə pul verəcək. Mən getdim həmin ünvana, həmin şəxslə görüşdüm və ondan 500 manat olmaq şərti ilə 3dəfə yəni 1500 manat pul aldım. Hər dəfə ondan pul alanda o Bəxtiyara zəng vururdu deyirdi ki, pulu verirəm göndərdiyin şəxsə. Hər dəfəsində də aldığım pula görə sənədə qol çəkmişəm. 3 dəfə aldığım 500 manatı Bəxtiyara verəndə Bəxtiyar o pulu mənlə yarı bölüb. Yəni 750 manat pulu mən almışam. Bildirmək istəyirəm ki, İddiaçıla Bəxtiyar və köçərinin torpaq alış-verişlərindən xəbərim olmayıb. Möhtərəm hakim bildirmək istəyirəm ki, Bəxtiyarın mənə verdiyi 750 manatı qaytarmağa hazıram. Möhtərəm hakim yuxarıda qeyd etdiyim kimi mən ailəmdə nə yoldaşım nə də oğlanlarımın rəsmi iş yeri yoxdur. Bizim ailənin dolanışığı anamın 385 manat təqaüdü və böyük oğlum (2-ci Qarabağ müharibə veteranı X14) verilən 80 manat müavinətlə, birdə mənim özəl işlədiyim ev alqı-satqı işidir. Sizdən xahiş edirəm ki, həmin 750 manat pulu aylıqlara bölünməklə ödəməyimdə mənə köməklik göstərəsiniz. İş materialında olan: - xx.xx.2013-cü il tarixli 568 nömrəli sərəncamın notarital qaydada təsidq olunmuş surətində göstərilmişdir ki, Abşeron rayonunun X16 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun 1 N-li Zeytunçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 1,23 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında X10 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilsin. Fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsi ilə təmin etsin; - tərəflər arasında sadə yazılı formada bağlanmış ödəmələr barədə qeydin surətindən görünür ki, İddiaçı Cavabdeh1 6 sot torpaq almış, bunun nəticəsində sotu 2000 manatdan cəmi 12000 (on iki min) ödəməli olduğunu, Cavabdeh1 6500 (altı min beş yüz) manat nağd ödəniş etdiyi, qalan 5500 manatı 13 ayda ərzində hər ay 400 (dörd yüz) manat olmaqla razılaşsalarda, İddiaçı hər ay 500 mat olmaqla həmin pulu Cavabdeh1 ödəmişdir; - xx.xx.2020-ci il tarixli AR-İİ 060934 nömrəli etibarnamədən görünür ki, X1 X6 ötürmüş, X11 isə onu təmsil edərək Abşeron rayonu 1 nömrəli Zeytunçulq sovxozu ərazisində 1.23 ha torpaq sahəsindən 600.0 kv.m hissəsinin istifadəsilə bağlı səlahiyyətləri İddiaçı vermişdir; - Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısının Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; - xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ- də verdiyi izahatda qeyd etmişdir ki, mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. İzahatımın kompyuter vasitəsi ilə alınmasında heç bir etirazım yoxdur. Azərbaycan dilində və latın qrafikası ilə yazıb oxumağı bacarıram. Vətəndaş İddiaçı yazmış olduğu izahat ilə tanış oldum. Qeyd edirəm ki, Suraxanı rayonu, Zeytunluq deyilən ərazidə olan torpaq sahəsi Coşqun Əlizadə deyilən şəxsə məxsusdur. Köçəri adlı şəxs həmin Coşqun adlı şəxsin torpaqlarının satışı ilə məşğuldu. X9 isə mənim kirvəmdir. Təxminən 2020-ci ilin avqust ayında İddiaçı Bəxtiyara 6500 (altı min beş yüz) manat pul ödəyib. Yerdə qalan 5500 manat məbləği isə ayda 500 manat olmaqla Balakişi tərəfindən Bəxtiyara tam şəkildə ödənilib. Həmin 12000 (on iki min) ümumi məbləğdən 2000 manat mənə çatıb. Həmin puluda mən Bəxtiyara vermişəm. Bəxtiyarda həmin pulu Köçəri adlı şəxsə vermişdir. Mən Bəxtiyar ilə birlikdə vasitəçi idim; - xx.xx.2024-cü il tarixdə X9 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ- də verdiyi izahatda qeyd etmişdir ki, mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. İzahatımın kompyuter vasitəsi ilə alınmasında heç bir etirazım yoxdur. Azərbaycan dilində və latın qrafikası ilə yazıb oxumağı bacarıram. Vətəndaş İddiaçı yazmış olduğu izahat ilə tanış oldum. Qeyd edirəm ki, Suraxanı rayonu, Zeytunluq deyilən ərazidə olan torpaq sahəsi Coşqun Əlizadə deyilən şəxsə məxsusdur. Köçəri adlı şəxs həmin Coşqun adlı şəxsin torpaqlarının satışı ilə məşğuldu. Natiq Əzizov mənim kirvəmdir. 2020-ci il tarixdə İddiaçı Suraxanıda yerləşən ev-alqı satqı ofisinə yaxınlaşdı. Mən həmin torpaq sahəsini ona göstərdim və həmin torpaq sahəsinin Köçəriyə məxsus olduğunu bildirdim. Mən orada vasitəçi idim. Razılaşmaya əsasən Balakişi torpaq sahəsinə 11.500 manat pul ödəməli idi. O, torpaq sahəsinə görə 6500 manat pul verdi, yerdə qalan məbləği isə hissə hissə ödəyəcəyini bildirdi. Mənə və Natiqə ümumilikdə 12 000 manat pul verildi. Həmin pulun 8 000 manatını Köçəriyə verdim. 3.500 manat isə Natiq və mənim aramda xeyir kimi bölündü. Həmin torpaq sahəsinə görə həmin şəxsə etibarnamə mən tərəfindən Balakişiyə təqdim olunub. Köçəri ilə sonra əlaqə yaratmaq olmadı; Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, Cavabdeh1 izahatını və iş materiallarında olan sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı iş materialında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 vasitəçiliyi ilə X10 məxsus Abşeron rayonu 1 nömrəli Zeytunçulq sovxozu ərazisində 1.23 ha torpaq sahəsindən 600.0 kv.m torpaq sahəsinin 12 min manata ona satmaları barədə razılaşdıqlarını, o, torpaq sahəsinə görə 6500 ilkin ödəniş etdiyini, qalan 5500 matat məbləğində pulu hər ay 400 manat olmaqla ödəyəcəyi barədə öz aralarında sadə yazılı formada sənəd tərtib etdiklərini, lakin İddiaçı qalan 5500 mant pulu hər ay 500 manat olmaqla cavabdehlərə ödədiyini, lakin iddiaçıya verilmiş etibarnamə ləğv edildiyindən o həmin torpaq sahəsini öz adına sənədləşdirə bilmədiyini, ona görədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin alınması üçün ödədiyi 12000 (on iki min) manat pul vəsaitinin, 5000 (beş min) manat dəymiş maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə müraciət edərək, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "Zeytunluq" deyilən ərazidə olan torpaq sahəsini almaq üçün X9 və Namiq adlı şəxslərə ilkin olaraq 6500 manat, sonradan isə hər ay 500 manat olmaqla ümumilikdə 12000 manatpul verdiyini, lakin onlar ona torpaq sahəsinə görə “Çıxarış” verilməli olsada bu günədək müxtəlif bəhanələrlə ona verdikləri vədə əməl etməmişlər. Onun müraciəti əsasında Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin təhqiqatçısı tərəfindən X4 və Cavabdeh2 izahatları alınmışdır. X9 verdiyi izahatda vətəndaş İddiaçı yazmış olduğu izahat ilə tanış olduğunu, Suraxanı rayonu, Zeytunluq deyilən ərazidə olan torpaq sahəsinin Coşqun Əlizadə deyilən şəxsə məxsus olduğunu, Köçəri adlı şəxs həmin Coşqun adlı şəxsin torpaqlarının satışı ilə məşğul olduğunu, Natiq Əzizovun onun kirvəsi olduğunu, 2020-ci il tarixdə İddiaçı Suraxanıda yerləşən ev-alqı satqı ofisinə yaxınlaşdığını, həmin torpaq sahəsini ona göstərdiyini, həmin torpaq sahəsinin Köçəriyə məxsus olduğunu bildirdiyini, özünü orada vasitəçi olduğunu, razılaşmaya əsasən Balakişinin torpaq sahəsinə 11.500 manat pul ödəməli olduğunu, onun, torpaq sahəsinə görə 6500 manat pul verdiyini, yerdə qalan məbləği isə hissə hissə ödəyəcəyini bildirdiyini, ona və Natiqə ümumilikdə 12 000 manat pul verildiyini, həmin pulun 8 000 manatını Köçəriyə verdiyini, 3.500 manatın isə Natiq və onun arasında xeyir kimi bölündüyünü, həmin torpaq sahəsinə görə həmin şəxsə etibarnamə onun tərəfindən Balakişiyə təqdim olunduğunu, Köçəri ilə sonra əlaqə yaratmağın olmadığını bildirmişdir. Həmçinin Cavabdeh2 da verdiyi izahatında vətəndaş İddiaçı yazmış olduğu izahat ilə tanış olduğunu, Suraxanı rayonu, Zeytunluq deyilən ərazidə olan torpaq sahəsinin Coşqun Əlizadə deyilən şəxsə məxsus olduğunu, Köçəri adlı şəxs həmin Coşqun adlı şəxsin torpaqlarının satışı ilə məşğul olduğunu, X4 isə onun kirvəsi olduğunu, təxminən 2020-ci ilin avqust ayında İddiaçı Bəxtiyara 6500 (altı min beş yüz) manat pul ödədiyini, yerdə qalan 5500 manat məbləği isə ayda 500 manat olmaqla Balakişi tərəfindən Bəxtiyara tam şəkildə ödənildiyini, həmin 12000 (on iki min) ümumi məbləğdən 2000 manatının ona çatdığını, həmin puluda Bəxtiyara verdiyini, Bəxtiyarında həmin pulu Köçəri adlı şəxsə verdiyini, özünün Bəxtiyar ilə birlikdə vasitəçi olduğunu bildirmişdir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsində müəyyən olunur ki, torpaq sahəsinin alınması üçün ödənilmiş 12000 manat pul iş üzrə cavabdeh X5 verilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən X9 izahatında iddiaçıdan 12000 manat pulun alınmasını etiraf etmişdir. Lakin ilkin ödəniş olaraq ödənilmiş 6500 manat pulun Namiqə verildiyini, amma qəbzi özünün imzaladığını bildirsədə məhkəməyə bunu təsdiq edəcək hər hansı bir subut təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh2 da məhkəməyə ünvanladığı ərizəsində 12000 manat puldan Bəxtiyarın ona 750 manat verdiyini qeyd etsədə məhkəməyə bunu təsdiq edəcək hər hansı bir subut təqdim edə bilməmiş, həmçinin Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsində verdiyi izahatında 12000 (on iki min) ümumi məbləğdən 2000 manatının ona çatdığını etiraf etmişdir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi bunu deməyə əsas verir ki, cavabdehlər heç bir hüquq olmadan iddiaçının hesabına əsassız varlanmışlar və bu varlanma nəticəsində cavabdehlər əldə etdiklərini iddiaçıya geri qaytarmalıdırlar. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində torpağa görə verdiyi pulu cavabdehlərdən müştərək qaydada tələb etsədə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən ayrı-ayrılıqda tutulacaq pulun məbləği cavabdehlərə münasibətdə əhəmiyyətli dərəcədə fərqlidir. Belə ki, torpağın alınmasına görə ödənilmiş 12000 (on iki) manat pulun 10000 (on min) manatı cavabdeh X3, 2000 (iki min) manat isə digər Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1-maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində 5000 (beş min) manat dəymiş maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb etsədə, həmin tələb üzrə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini həmin hissədə yalnız iddia ərizəsində qeyd etməklə kifayətlənmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Belləliklə də, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməlidir. Bununla da cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkəti nəticəsində iddiaçıya qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Bununla da məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X18 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1 10000 (on min) manat və Cavabdeh2 isə 2000 (iki min) manat məbləğinə pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 10000 (on min) manat və Cavabdeh2 isə 2000 (iki min) manat məbləğinə pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-142/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-142/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver