Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1448/2025 12.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X15 Elmar oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh yaxın qohum olan nümandəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimetin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları – xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(110)-47/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin aylıq qazancına və digər gəlirlərinə münasibətdə tutulmalı olan alimentin sabit pul məbləğində tutulmasına dəyişdirilməsini, hər uşağa görə 240 (iki yüz qırx) manat olmaqla üç uşağa görə hər ay ümumilikdə 720 (yeddi yüz iyirmi) manat məbləğində sabit pul şəklində alimentin, habelə mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı üç övladları doğulmuşdur. Cavabdeh ilə ilk vaxtlar yaxşı münasibətləri olsa da, sonradan ailə münasibətləri tamamilə pozulmuşdur. Bir müddət sonra Cavabdeh nikahın pozulması ilə bağlı Şərur Rayon Məhkəməsinə müraciət etmiş və Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(110)-47/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, həmçinin cavabdehin hər ay qazancının yarısı miqdarında aliment tutulmaqla iddiaçının xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, uşaqların bütün qayğı və ehtiyaclarını özü qarşılayır. Uşaqlar böyüdükcə onların maddi və sosial tələbatları artmışdır. Hazırda İsmayılın 11 yaşı, Gövhərin 9 yaşı, Həsrətin isə 5 yaşı vardır və onlar orta məktəbdə təhsil alırlar. Uşaqların gündəlik tələbatlarının ödənilməsi, onların təlim-tərbiyəsi ilə məşğul olmaq tək qadın kimi onun üçün olduqca çətindir. İddiaçı həmçinin bildirmişdir ki, cavabdeh hazırda Bakı şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində işləyir və onun aylıq qazancının yarısı aliment kimi tutulur. Lakin alimentin cavabdehin aylıq qazancına münasibətdə deyil, sabit pul məbləğində müəyyən edilməsi daha məqsədəuyğundur. İddiaçı göstərmişdir ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulmasına dair mübahisənin məhkəmədən kənar həlli məqsədilə mediasiya təşkilatına müraciət etmişdir. Lakin Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, M§N/25-İ-01936 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh qarşı alimentin aylıq qazancına və digər gəlirlərinə münasibətdən sabit pul məbləğində tutulmasına dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “alimetin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia qaldırdığını, iddia ərizəsində bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 240 manat olmaqla, ümumilikdə üç uşaq üçün 720 manat məbləğində alimentin tutulmasını xahiş etdiyini, hal-hazırda iddia tələbini azaltmaq zərurəti yarandığını, iddia tələbinə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 140 manat olmaqla, ümumilikdə üç uşaq üçün 420 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi həddində baxılmasını xahiş edir. Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(110)-1448/2025 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi təmin edilmiş və işə işə azaldılmış iddia tələbləri hüdudunda baxılması qərara alınmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən sualları cavablandırarkən iddianı müdafiə etdiyini, ərizəsində qeyd etdiyi halları təsdiq etdiyini, aliment cavabdehin qazancına uyğun olaraq tutulduğunu, lakin həmin məbləğlərin sabit olmadığını, bəzən 287 manat, bəzən 315 manat və elə olur ki, 325 manat aldığını, amma hər ay sabit məbləğində tutulmasını istədiyini, həmçinin cavabdehin 3300 manat aliment borcu olduğunu, nikahlarının 2021-ci ildə pozulan vaxtı uşaqların saxlanması üçün cavabdehin qazancının yarısı miqdarında aliment təyin olunduğunu, 3 il ərzində aliment almadığını, son 2 ildir ki, aliment aldığını, əvvəlcə cavabdehin onun kartına hər ay 300 manat göndərdiyini, 2025-ci ilin oktyabr ayından isə alimentin onun əmək haqqısına yönəldiyini, lakin həmin məbləğ dəyişkən olduğu üçün sabit məbləğində alimentin ödənilməsini istədiyini, oktyabr ayında 415 manat, noyabr ayında 315 manat, dekabr ayında 443 manat, yanvar ayında isə 335 manat aldığını, uşaqların Muğanlı məktəbində oxuduqlarını, böyük uşaqların iki fənndən hazırlığa getdiyini və aylıq 80 manat ödəniş etdiyini, əvvəlcə özünün işlədiyini və valideynlərinin yanında yaşadığından aliment istəmədiyini, həm də cavabdehin əmək haqqısının 250 manat kimi qeyd olunduğunu, onun yarısı da 125 manat olduğu üçün istəmədiyini, indi isə uşaqlara baxdığı üçün işləmədiyini, həmçinin özünün 2024-cü ilin mart ayından ayrı evdə yaşadığını, ona görə də alimenti tələb etdiyini, əlavə gəlir olaraq da ayda 379 manat sosial yardım aldığını, cavabdehin qeyri-rəsmi evli olduğunu və onun bir uşağı olduğunu, cavabdehin 3800 manat aliment borcu olduğunu, 500 manatı ödədiyini, qalan borcunu isə hələ ödəmədiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh yaxın qohum olan nümandəsi Nümayəndə izahatında və verilən sualları cavablandırarkən iddianı qəbul etmədiyini, oğlunun standart əmək haqqısı olduğunu, həmçinin oğlunun yenidən evləndiyini və həmin nikahdan da bir uşağının olduğunu, oğlunun iş yeri olduğu üçün alimentin hissəvi olaraq ödənilməsini istədiklərini, oğlu Bakı şəhərində kirayədə yaşadığını, onun 2023-cü ildə evləndiyini bir uşağı olduğunu, iddiaçının onlara uşaqlar ilə görüşməyə icazə vermədiyini, uşaqlar ilə görüşmürlərsə niyə ona aliment ödəməli olduqlarını, oğlunun əvvəlcə kredit ödənişi olduğunu, hazırda isə bağladığını, aylıq nə qədər ödədiyini bilmədiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 307681 nömrəli və xx.xx.2016-cı il tarixli AZ-İİİ № 753176 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü iİ tarixdə doğulmuş X5 və xx.xx.2016-cı iİ tarixdə doğulmuş X8 ata məlumat qrafasında Cavabdeh, ana məlumat qrafasında X10 yazılmışdır. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V № 214636 nömrəli doğum haqqında şəhadətnamənin surətnindən görünür ki, xx.xx.2020-ci iİ tarixdə doğulmuş X9 ata məlumat qrafasında Cavabdeh, ana məlumat qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(110)-47/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarda alimentin alınıb xx.xx.2014-cü iİ tarixdə doğulmuş X11, xx.xx.2016-cı iİ tarixdə doğulmuş X12 və xx.xx.2020-ci iİ tarixdə doğulmuş X13 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 400607 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasındakı nikah Şərur Rayon Məhkəməsini qətnaməsindən çıxarışa əsasən xx.xx.2021-ci ildə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Hacızadə, qadına İmanova soyadı verilmişdir. İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli, MŞN/25-İ-01936 nömrəli arayışından görünür ki, iddiaçı “Aylıq qazanca görə təyin olunmuş alimentin dəyişdirilərək sabit pul məbləğində təyin olunması” tələbi barədə X2 müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış görünür ki, cavabdeh “Socar Petroleum” Qapalı Səhimdar Cəmiyyətinin benzin doldurma məntəqəsində köməkçi fəhlə vəzifəsində işləyir aylıq əmək haqqısı 549,12 manat məbləğindədir. Beləliklə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, xx.xx.2014-cü iİ təvəllüdlü X11, xx.xx.2016-cı iİ təvəllüdlü X12 və xx.xx.2020-ci iİ təvəllüdlü X9 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaqlar hazırda anasının yanında yaşayır və məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə cavabdehin gəlirinin sabit olmayaraq dəyişkən xarakter daşımasını nəzərə alıb hesab edir ki, alimentin qazancın müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində müəyyən edilməsi daha məqsədəuyğundur. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və elektron məhkəmə informasiya sisteminin məlumatları əsasında müəyyən olunmuşdur ki, cavabdeh Socar Petroleum” Qapalı Səhimdar Cəmiyyətinin benzin doldurma məntəqəsində köməkçi fəhlə vəzifəsində işləyir. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun mövculuğunu, uşaqların saxlanılmasında hər iki valideynin məsuliyyətinin bərabərliyini, bununla bərabər yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılmaqla məişət qayğılarının onun üzərinə düşməsini, cavabdehin gəlirləri barədə sübutların təqdim olunmamasını, eyni zamanda cavabdehin iddiaya qarşı etirazının olmasını, 2025-ci ildə uşaqların saxlanılması üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarını nəzərə alan məhkəmə belə hesab edir ki, aliment miqdarı bir uşaq üçün 130 manat olmaqla, üç uşaq üçün 390 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən həmin Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən bir uşaq üçün alimentin miqdarı minimum əmək haqqının 0,325 misli həddində (130 manat : 400 manat = 0,325) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə Şərur Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(110)-47/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 23,83 manat (iyirmi üç manat səksən üç qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, - iddia qismən təmin olunmalı; - Şərur Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(110)-47/2021 saylı qətnaməsi ilə İddiaçı himayəsində olan xx.xx.2014-cü iİ tarixdə doğulmuş X11, xx.xx.2016cı iİ tarixdə doğulmuş X12 və xx.xx.2020-ci iİ tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2014-cü iİ tarixdə doğulmuş X11, xx.xx.2016-cı iİ tarixdə doğulmuş X12 və xx.xx.2020-ci iİ tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh-Şərur rayonunun Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı-Şərur rayonunun Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilməli; - Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,83 manat (iyirmi üç manat səksən üç qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməli; - İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-47/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü iİ təvəllüdlü X7, xx.xx.2016-cı iİ təvəllüdlü X8 və xx.xx.2020-ci iİ təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı-İddiaçı ödənilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,83 manat (iyirmi üç manat səksən üç qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-1448/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1448/2025
12.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver