Məhkəmə qərarları › İş №2(110)-147/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-147/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-147/2021 05.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi borc 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat məbləğində kredit borcunun ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********70 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 24 faizlə 500 (beş yüz) manat kredit verildiyini, kredit müqaviləsinin 7.3.7-ci əndinə əsasən borcalanın bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, cavabdehin kredit vəsatətindən tam istifadə etdiyini, lakin kredit borcu və hesablanmış faizləru müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırdığını, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlərin heç bir nəticə vermədiyini və filial tərəfindən verilmiş arayışa əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu, cəmi 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat borcunun mövcud olduğunu qeyd edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu, cəmi 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”İddiaçı” ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu tarixli BPM**********70 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bank Müştəriyə şəxsi istehlak məqsədi ilə illik 22 faizədək Tam kartın qüvvədə olduğu müddətə 15000 (on beş min) manat məbləğinədək kredit xətti açmağı, Müştəri isə Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, krediti tətinatı üzrə istifadə etməyi və bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh Banka 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kreditin anderraytinqinə dair qərardan görünür ki, Cavabdeh 36 ay müddətinə illik 22 faiz şərti ilə 500 manat kreditin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat ödənilmiş xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx.xx.2020 il tarixli, 14/A513 nömrəli bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıqdan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli BPM**********70 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 (beş yüz) manat məbləğində Tam kart verilmişdir. Cavabdeh isə Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, krediti tətinatı üzrə istifadə etməyi və bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq Banka 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməklə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli BPM**********70 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat borc tutularaq ”İddiaçı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə müraciət etməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatını və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzininin tutulmasıni xahiş etdiyindən, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq iddiaçının tələb etdiyi 20 (iyirmi) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzininin cavabdehdən tutulması qənaətinə gəlir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat borc, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 618,63 (altı yüz on səkkiz manat altmış üç qəpik) manat manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar