Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-148/2021 05.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı ASC Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “FİNtrend” X1 Təşkilatı ilə Cavabdeh arasında balanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 127,8 AZN əsas borc, 27,4 AZN faiz borcu və cərimə borcu 75,67 manat olmaqla, cəmi 230,87 AZN məbləğində olan borcu və 20 manat dövlət rüsumunu məcburi tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi “FİNtrend” X1 Təşkilatı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə illik 40 faizlə 12 ay müddətinə 325 manat kredit verildiyini, 04 №-li xx.xx.2018-ci il tarixli bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair müqaviləyə görə bağlanmış xx.xx.2019-cu il tarixli 682 №-li sazişə əsasən borcun tələbetmə hüququnun “xxxx” İKB ASC-yə ötürüldüyünü, borclunun müqavilənin tələblərini pozaraq öhdəlikləri icra etmədiyini, xəbərdarlıq edilməsini baxmayaraq borclunun borcu ödəməkdən boyun qaçırdığını, bir nəticə əldə olunmadığını bildirərək iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2019-cu il tarixli 56-0***-******* nömrəli müqavilədən görünür ki, Cavabdeh “FİNtrend” X1 Təşkilatından illik 40 faizlə 12 ay müddətinə 325 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2019-ci il tarixli ödəmə tapşırığından görünür ki, cavabdehe 325 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 230,87 manat borcu vardır. İş materiallarında olan 04 №-li xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “FİNtrend” X1 Təşkilatı tələbetmə hüququnun güzəş olunması qaydasında özünün tələbetmə hüququnu “xxxx” İKB ASC-yə ötürmüşdür. xx.xx.2019-cu il tarixli 682 №-li sazişdən görünür ki, xx.xx.2019-cu il tarixli 56-0***- ******* nömrəli müqavilənin tələbetmə hüquqları “xxxx” İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.20119-cu il tarixli çıxarışından görünür ki, “xxxx” İKB ASC-nin hazırkı adı İddiaçı ASC-dir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında müqavilə bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya 230,87 manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit üzrə faizlərin hesblanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən kredit üzrə faizlər kreditin borcalana verdiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 230,87 manat (iki yüz otuz manat səksən yeddi qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi manat) manat məbləğində vəsait tutularaq İddiaçı-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-148/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-148/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver