Məhkəmə qərarları › İş №2(110)-170/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-170/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-170/2024 28.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclərin ödənilməsi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək çəkilmiş xərc olaraq 4500 (dörd min beş yüz) manat pulun və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun Cavabdeh alınaraq onun – İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində, Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “çəkilmiş xərclərin ödənilməsi barədə” iddia qaldırdığını, iddianın baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclərin ödənilməsi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar