Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-173/2021 09.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1100 (bir min yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “borc tələbinə“ dair iddia qaldırdığını, cavabdehin ona borclu olduğu 1100 manat puldan 300 manatını ödədiyini, buna görə də hal hazırda iddia tələbini azaldaraq Cavabdeh ona borclu olduğu 800 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşdir. Şərur Rayon Məhkəməsin 2(110)-173/2021 nömrəli, xx xxxxx 2021-ci il tarixli qərardadı ilə mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxıçı iclasında iştirak edən İddiaçı izahatında Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh 2500 (iki min beş yüz) manat borc verdiyini haliyyədə Bayramın ona 1100 (bir min bir yüz) manat borcu qaldığını o bu pulu tələb edəndə də onu aldatdığını qalan pulu vermədiyini, istəyəndə də hərdən bir yalan dediyini, hər dəfə istəyəndə imkanı olmadığını dediyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini, məhkəmədə iddia qaldırdıqdan sonra Cavabdeh ona borclu olduğu 1100 (bir min bir yüz) manat puldan 300 (üç yüz) manatını ödədiyini, buna görə də hal hazırda iddia tələbini azaldaraq Cavabdeh ona borclu olduğu 800 (səkkiz yüz) manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı borclu olduğu 1100 (bir min bir yüz) manat puldan 300 (üç yüz) manatını ödədiyini, iddiaçıya hal-hazırda 800 (səkkiz yüz) manat borcunun qaldığını etiraf etdiyini, qalan borcunu qısa müddət ərzində İddiaçı ödəyəcəyini, məhkəmə tərəfindən iddianı etiraf etməsi ilə bağlı elan edilmiş qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətlərin nəticələrinin ona aydın olduğunu bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının iddianı müdafiə etməsinə, cavabdehlərin isə iddianı etiraf etməsinə dair izahatlarını dinləyib və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Çomaxtur kənd sakini Cavabdeh həqiqətən Şərur rayon Çomaxtur kəndində yaşayır. İş materiallarında olan və Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı Şərur Rayon Məhkəməsində ona qarşı borc tələbinə dair iddia qaldırdığını, onun həqiqətəndə iddiaçıya 1100 manat borcunun olduğunu, həmin borcdan 300 manat ödədiyini, iddiaçıya hal-hazırda 800 manat borcunun qaldığını, qalan borcunu qısa müddət ərzində İddiaçı ödəyəcəyini qeyd etmişdir Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı borclu olduğu 2500 (iki min beş yüz) manat puldan bir qismini ödədikdən sonra 1100 (bir min bir yüz) manat borcu qalmış, lakin aradan uzun müddət keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona qalan borcundan 300 (üç yüz) manatını da ödədikdən sonra iddiaçıya 800 (səkkiz yüz) manat borcu qalmişdir. İddiaçı da eyni zamanda məhkəməyə iddia tələbini azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 800 (səkkiz yüz) manat borcu tələb etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 800 (səkkiz yüz) manat borclu olduğunu etiraf edərək, məhkəməyə borcun etirafı barədə ərizə təqdim etmişdir. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. - 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı iddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı iddiaçı Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh iddiaçıya 800 (səkkiz yüz) manat borcunun olmasını etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyindən, eyni zamanda iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borc pul və iddiaçın İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 830 (səkkiz yüz otuz) manat pul alınaraq İddiaçı oğluna ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-173/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-173/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver