Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-179/2021 11.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-259/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 175 manat miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi tərəflərin arasındakı bağlanmış nikahın 2015-ci ildə pozulduğunu, yetkinlik yaşına çatmayan X2 onunla birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsi tərəfindən qət edilmiş bir uşağın saxlanması üçün 85 manat aliment təyin edildiyini, alimentin miqdarənən artırilaraq 100 miqdarında alimentin təyin edildiyini, bu məbləğin kifayət etmədiyini, uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında və verilmiş suallara cavabında cavabdehlə xx.xx.2011-ci il tarixdə nikaha daxil olduqlarını, birgə nikahdan xx.xx.2012-ci il tarixdə X3 doğulduğunu, aralarındakı nikahın Şərur Rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi ilə pozulduğunu, cavabdehdən yekinlik yaşına çatmayan uşağın saxlanılması üçün 85 manat miqdarında aliment tutulduğunu, bu məbləğ uşağın saxlanılmasında kifayət etmədiyindən Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 100 manat miqdarında qət edilldiyini, cavabdeh alimenti hər ay vaxtı-vaxtında ödədiyini, lakin ödədiyi aliment uşağının ehtiyacını ödəməkdə kifayət etmədiyini, ayrı olduqları müddət ərzində uşağı ilə heç maraqlanmadığını, əlavə olaraq heç bir maddi köməklik etmədiyini, özünün Naxçıvan şəhərində Hərbi Liseydə müəllim işlədiyini, 450 manat qazancının olduğunu, lakin ipoetka ilə ev götürdüyümdən həmin krediti ödədiyini, buna görə də uşağının ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin təsərrüfatla məşğul olduğunu bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olduqlarını, birgə nikahdan xx.xx.2012-ci il tarixdə X3 doğulduğunu, aralarındakı nikahın Şərur Rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi ilə pozulduğunu, ondan yekinlik yaşına çatmayan uşağın saxlanılması üçün 85 manat miqdarında aliment tutulduğunu, birinci evliliyindən 2 uşağının doğulduğunu, uşağı Məmmədli Rəvanın 11-ci sinifdə oxuduğunu, onunla birlikdə yaşadığını, Məmmədli Kənanın isə Naxçıvan şəhərində bacısıgillə birlikdə yaşadığını, hər ay onun ehtiyaclarının qarşılanması üçün bacısıgilə pul göndərdiyini, arvadının öldüyü üçün hər ay uşaqlara 233 manat pensiya təyin edildiyini, həmin pensiyadan 100 manat məbləğində aliment ödədiyini, alimenti vaxtı-vaxtında ödədiyini, amma uşağı ilə əlaqə saxlamadığını, onun 3cü dəfə evləndiyini, heç bir yerdə işləmədiyini, fərdi təsərrüfatla məşğul olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 666066 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 176293 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə 33 № ilə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-259/2020 nömrəli qətnamədən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.016.2004-cü il tarixli AZ-İ № 472791 nömrəli və xx.xx.2009-cu il tarixli AZ-İİ № 337208 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh Məmmədli Rəvan və Məmmədli Kənan adlı 2 uşağı vardır. İş materiallarında olan Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun PHŞ Şərur Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 08/140 nömrəli arayışından görünür ki, cavabdeh ailə başçısının itirilməsinə görə 233,20 manat miqdarında pensiya ilə təmin olunmuşdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər arasında nikah pozulmuşdur, yetkinlik yaşına çatmayan uşaq anası ilə birlikdə yaşayır. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq 100 manat miqdarında ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçıya alimentdən başqa maddi köməklik göstərmir, uşağın saxlanılması üçün isə 100 manat aliment kifayət etmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, lakin onun təsərrüfatla məşğul olduğunun bildirmişdir. Cavabdeh ailə başçısının itirməsinə görə 233,20 manat pensiya aldığına dair arayışı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir. Lakin məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin qərarı ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh oğlundan hər ay sabit pul məbləğində bir uşaq üçün 140 manat miqdarında aliment alınaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Naxçıvan şəhərində yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 24 (iyirmi dörd) manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Arbatan kəndində yaşayan Cavabdeh oğlundan hər ay sabit pul məbləğində bir uşaq üçün 140 manat miqdarında aliment alınaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Naxçıvan şəhərində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə münasib olaraq 24 (iyirmi dörd) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-179/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-179/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver