Məhkəmə qərarları › İş №2(110)-18/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-18/2021

08.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-18/2021 08.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçıcavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh, cavabdehiddiaçının vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” mülki işə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla xx.xx.2020-ci il tarixdə Cavabdeh arasında bağlanmış ** BC *** dövlət qeydiyyat nişanlı “GEELY EMGRAND” markalı minik avtomobili barəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş 1000 manat maddi zərərin ödənilməsi və vəkilə ödənilmiş 500 manat vəkil xərcinin alınaraq ona ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh isə iddiaçı-cavabdeh İddiaçı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ona qarşı qaldırdığı iddianın rədd edilməsi və vurulmuş maddi zərərə görə 280 manat, mənəvi zərərə görə 2000 manat, ümumilikdə 2280 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh-iddiaçı ilə öz aralarında razılığa gəldiklərini, buna görədə hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh da xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edərək iddiaçı-cavabdeh İddiaçı ilə öz aralarında razılığa gəldiklərini, buna görədə hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdehin və cavabdeh-iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, iddiaçı-cavabdeh İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “xxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə 61905 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən məhkəmədə qarşılıqlı iddia qaldırılması ilə əlaqədar “xxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə 52976 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” mülki işə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair”mülki iş üzrə icraata xitam verilsin. İddiaçı-cavabdeh İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “xxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə 61905 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “xxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə 52976 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumları geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar