Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-185/2021 10.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 017R********** saylı kredit razılaşması üzrə yaranmış 9290,63 (doqquz min iki yüz doxsan manat altmış üç qəpik) manat əsas borc, 1301,49 (bir min üç yüz bir manat qırx doqquz qəpik) manat faiz borcu və 3280,75 (üç min iki yüz səksən manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla cəmi 13872,87 (on üç min səkkiz yüz yetmiş iki manat səksən yeddi qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 20 (iyirmi) manat xidmət haqqı tutulmasına, tutmanın Cavabdeh2 məxsus Abşeron rayon Digah qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilməsinə, həmin torpaq sahəsinin açıq hərracda satılmasına, satış hesabına əldə olunan vəsait hesabına borcun ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcu tam ödənilməsində yetmədikdə qalan mələğin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın torpaq sahəsinə yönəldilməsindən və satıldıqdan sonra 1 ay müddətinə boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Gülnar İsmayılova 09.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şərur rayon Məhkəməsinə müraciət etdiyini və hazırda həmin iddia ərizəsi üzrə 2(110)-185/2021 saylı mülki işin icraatda olduğunu, sözügedən iş üzrə 10.08.2021-ci il tarixli saat 14:00-a məhkəmə baxışının təyin edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmənin ərizəni baxılmamış saxlanıldığını, qeyd olunanlara əsasən mülki iş baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılmalı olduğunu hesab etdiyini qeyd edərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” mülki işin baxılmamış saxlanılması və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası iş üzrə cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh də məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı bank tərəfindən 14.12.2020-ci il tarixli ********* №li Mədaxil qəbzi ilə dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən 14.12.2020-ci il tarixli ********* №li Mədaxil qəbzi ilə dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı QSC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-185/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-185/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver