Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-187/2023 06.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Ta Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh ona borclu olduğu 100000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun uzun zamandır ki, ticarətlə məşğul olduğunu, bu səbəbdən rayonda hər kəsin onu tanıdığını, Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh ilə uzun zamandır ki, tanış olduqlarını, arada ona xairici valiyuta lazım olanda Fuaddan aldığını, aralarında ticari əlaqələr olduğundan Fuadın ondan arada borc pul istədiyini, onun Fuada 2022ci il sentyabr ayında ona manat alması üçün 20000 ABŞ dolları, oktyabr ayında 70000 manat və noyabr ayında 80000 ABŞ dolları məbləğində pul verdiyini, Fuadın ondan borc alması barədə dilindən iltizam yazaraq həmin borcu nə vaxt qaytaracağını göstərdiyini, həmçinin şəxsi maşının və şəxsiyyət vəsiqəsinin surətini ona verdiyini, Fuadın ondan aldığı 70000 manatı hissə-hissə olaraq qaytardığını, lakin digər borcaların müddəti tamam olsa da həmin borcları vermədiyini, onun ona bu barədə müraciət edəndə hər dəfə imkanı olmadığını bir az da vaxt istədiyini, 2023-cü ilin yanvar ayının 15-də Fuaddan pulu almaq üçün getdiyində onun ona 70000 manatdan qalan 15000 manatı verərək, onun Naxçıvan şəhərinə getməyini və orda olan tanışından da 18000 manat verəcəyini xahiş etdiyini dediyini, onunda ona inanaraq Naxçıvan şəhərinə şəxsi maşını ilə getdiyini, lakin ona heç kimin pul vermədiyini, sonradan ona məlum oldu ki, Fuadın ondan DİN orqanlarına şikayət etdiyini, vaxt qazanmaq üçün belə etdiyini, Fuadın həm də ona şər ataraq onun pulunu vermək istəmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini, onun müharibə veteranı olduğunu ona görə də mühairə veteranları üçün müəyyən olunan güzəştlərdən yəni dövlət rüsumundan azad olunduğunu, eyni zamanda da həm də şəhid ailəsi olduğunu bildirmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 2022-ci ilin sentyabr ayının 19-da gəlib onu evdən götürdüyünü, Sərxanlı yolunda maşın işiğında ona qol kağızı yazıb verərək ondan 20000 dollar pul aldığını, həmin pulu bacısının müalicəsi məqsədilə, dollar alıbsatmaq məqsədilə və xarici ölkələrə pul köçürmək məqsədilə qazanc əldə etmək üçün aldığını, o pulu ona geri qaytarmadığını, 2-ci dəfə oktyabrın 26-da Dizə kəndi üstündə ona qəbz verərək 70000 dollar pul aldığını, həmin pulu qaytardığını, həmin pulla bağlı mübahisələri olmadığını, 3cü dəfə noyabrın 15-də Dizə kəndinin ərazisində ona qəbz verərək 80000 dollar aldığını, 16 yanvar 2023-cü il tarixdə sahə müvəkkilinin ona zəng edərək onun Naxçıvan MR Daxili İşlər Nazirliyinə çağrıldığını bildirdiyini, bazar günü olduğu üçün ora getmədiyini, Fuadın ondan şikayət etdiyini dediklərini, Fuadın evinə getdiyini, yoldaşına ərin məndən 100000 dollar pul alıb vermir hələ gedib məni polisə şikayət edib dediyini, 20 dəqiqə sonra Fuadın özünün gəldiyini, onu təhqir etdiyini, onu vurmaq istədiyini, yoldaşının mane olduğunu, sonra ona sənin evinə bazarlıq etmişəm dediyini, ona 70000 dollar borcdan 10000 dollar qaldığını dediyini, həmin puldan 1000 manatını bazarlığa çıx dediyini, onunda həmin puldan 1000 manat çıxaraq 9000 pul qaytardığını, yanvarın 22-də nazirliyə getdiyini, nazirin qəbulunda olduğunu, sonra başqa bir əməkdaşın qəbulunda olduğunu, Fuadın ondan aldığı pulları Badamlı zavodunun direktoru Hümbət Qəhrəmanova verdiyini, onlardanda pulu ala bilmədiyini, ona görə onun pulunu qaytara bilmədiyini dediyini, lakin xx.xx.2023-cü il tarixdə Qəhrəmanov Hümbətin daxili işlər nazirliyinin əməkdaşının iştirakı ilə 95000 manat pulu aktlaşdırılaraq Fuada qaytrdığının sonradan ona məlum olduğunu, Fuadın isə ona pul qaytarmadığını, haliyədə Fuadın ona 100000 (bir yüz min) ABŞ dolları borcunun qaldığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkilinümayəndəsi Nümayəndə izahatında cavabdehin həmin qəbzləri özünün yazdığını, bunu məhkəmə iclaslarında etiraf etdiyini, həmçinin tanımadığı nömrədən ona zəng gəldiyini, bu işi Fuadın xeyrinə həll edək 10000 manat sənə ödəniş edərəm dediyini, onunda qəbul etmədiyini, telefonu söndürdüyünü, Təranəyə bu barədə məlumat verdiyini, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iş materialında olan pulun alınması barədə qəbzləri həqiqətəndə onun yazdığını, xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunan 20000 (iyirmi min) ABŞ dollarını aldığını, xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunan 7000 (yeddi min) manat pulu tamammilə ödədiyini, həmin məbləğidə Təranə məhkəmə iclaslarında verdiyi izahatlarında həmin pulu yetmiş min manat kimi qeyd etdiyini, bunun yalan olduğunu, xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunan pulun 80000 (səksən min) ABŞ dolları deyil, 8000 (səkkiz min) ABŞ dolları olduğunu, sonradan Təranənin özünün həmin qəbzdə qeyd olunan səkkiz min rəqəmini səksən min kimi düzəliş etdiyini, müxtəlif vaxtlarda Təranəyə həmin pulların xeyli hissəsini ödədiyini, bunun iş materialında olan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə bir birimizə atdığımız səs yazıları ilə də təsdiqini tapdığını, haliyədə Təranəyə 28000 (iyirmi səkkiz min) manat borcunun qaldığını, maddi vəziyyəti pisləşdiyi üçün həmin pulu ödəyə bilmədiyini, həmin puluda ona ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, iş materiallarında olan digər sübutlarla qarşılıqlı qiymətləndirərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzdə qeyd olunmuşdur ki, mən Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh Şərur şəhər sakini İddiaçı 20000 $ (iyirmi min dollar) aldım. Pulu xx.xx.2023-cü il tarixdə qaytaracağıma söz verdim; - xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzdə qeyd olunmuşdur ki, mən Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh Şərur şəhər sakini İddiaçı 7000 (yeddi min) manat aldım. Pulu xx.xx.2023-cü il tarixdə qaytaracağıma söz verdim; - xx.xx.2022 ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzdə qeyd olunmuşdur ki, mən Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh Şərur şəhər sakini İddiaçı 80000 $ (səksən min dollar) aldım. Pulu xx.xx.2023-cü il tarixdə qaytaracağıma söz verdim; - Şərur rayon Məhkəməsinin 2(110)-187/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 352 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya göndərilmiş 2(110)- 187/2023 nömrəli mülki işin 08-ci vərəqəsində olan, 15 noyabr 2022-ci il tarixli qəbzdə “80000” rəqəminin sonundakı sıfır rəqəmi İddiaçı tərəfindən və ya Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. - Şərur rayon Məhkəməsinin 2(110)-187/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə icraat təzələnmişdir. - Şərur rayon Məhkəməsinin 2(110)-187/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə əlavə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/978 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 2(110)-187/2023 nömrəli mülki işin 08-ci vərəqəsində olan, 15 noyabr 2022-ci il tarixli qəbzdə “80000” rəqəminin sonuncu “0” rəqəminin İddiaçı tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını, həmçinin“80000” rəqəminin sonuncu “0” rəqəminin və “15.2022” rəqəmlərindəki “0” rəqəminin eyni şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. - Şərur rayon Məhkəməsinin 2(110)-187/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə icraat təzələnmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarının, Cavabdeh Bəhlul oğlunun və “N-Crap” xərçəng fermasının sahibi X1 X3 iştirakı ilə Cavabdeh Bəhlul oğluna 1975 ədəd 20-lik pul əksinası olmaqla 39500 manat, 1750 ədəd 10-luq pul əksinası olmaqla 17500 manat, 7600 ədəd 5-lik pul əksinası olmaqla 38000 manat olmaqla, ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində pul qaytarılmışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-43/2- 8291/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş Cavabdeh İddiaçı barəsində Naxçıvan MR Daxili İşlər Nazirliyinə ünvanlanmış 12 fevral 2023-cü il tarixli müraciətinə baxılmış və müraciətdə göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan müraciət Naxçıvan MR Daxili İşlər Nazirliyini Katibliyində işə tikilmişdir. - cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş olunmuş CD dicklərdən görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda pulun alınıb verilməsinə dair səs yazıları mövcuddur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cabdehə xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə 20000 (iyirmi min) ABŞ dolları, xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə 7000 (yeddi min) manat, xx.xx.2022 ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə 80000 (səksən min) ABŞ dolları pul verilmişdir. xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə verilmiş 7000 (yeddi min) manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya qaytarıldığından iddiaçı tərəfindən həmin məbləğ mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən isə həmin qəbzlərin onun tərəfindən yazılması etiraf edilmiş, cavabdeh 20000 (iyirmi min) ABŞ dolları və 7000 (yeddi min) manat pulun iddiaçıdan alınması etiraf edilsədə, lakin xx.xx.2022 -ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzlə iddiaçıdan 80000 (səksən min) ABŞ dolları məbləğində deyil 8000 (səkkiz min) ABŞ dolları pulun aldığını bildirsədə buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda iş materialında olan ekspert rəyləri ilə də cavabdehin mübahisələndirdiyi 80000 (səksən min) ABŞ dolları yazısının sonuncu sıfır rəqəminin iddiaçı və ya cavabdeh tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə baxışı iclasında iş materialında olan tərəflər arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə səs yazıları ilə tərəflər arasında olan borcun məbləği aydınlaşdırıldığından məhkəmə tərəfindən xx.xx.2022 -ci il tarixli əlyazma ilə yazılmış pulun alınması barədə qəbzdə qeyd edilən məbləğin 80000 (səksən min) ABŞ dolları və ya 8000 (səkkiz min) ABŞ dolları olmasına münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. Belə ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə və Cavabdeh göndərdiyi səs yazısinda cavabdehin ona borclu olduğu 54000 (əlli dörd min) manat borcundan 20000 (iyirmi min) manatını adığını, 34000 (otuz dörd min) manatının qaldığını, qalan 34000 (otuz dörd min) manatı isə xx.xx.2023-cü il tarixdə ona qaytardıqdan sonra, 2022-ci ilin dekabr ayının 28-29-da 80000 (səksən min) manatı, yəni 40000 (qırx min) ABŞ dollarını da qaytardıqdan sonra cavabdehin ona heç bir borcunun qalmayacağını bildirmişdir. Sonrakı tarixlərdə cavabdeh iddiaçıya müəyyən məbləğlərdə pul qaytardığına dair səslər atsada iddiaçı cavabdehin borclu olduğu 34000 (otuz dörd min) manat və 40000 (qırx min) ABŞ dolları məbləğində puldan 4000 (dörd min) manat, 1000 (bir min) manat, 3500 (üç min beş yüz) manat qaytardığını etiraf etmişdir. Cavabdeh tərəfindən isə məhkəməyə iddiaçıya müxtəlif vaxtlarda pul göndərməsinə dair səs yazıları təqdim etsə də, cavabdehin həmin pul məbləğlərini almasının təsdiqinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi üzrə cavabdehdən 55000 ((əlli beş min) (34000-4000 -1000-3500=25500 manat / 1.70 ABŞ dolları = 15000 (on beş min) ABŞ dolları +40000 (qırx min) ABŞ dolları)) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində alınaraq iddiaçıya ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamnda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan aldığı pulları tam olaraq geri qaytarmaması onun üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və o risk dairəsinə daxil olan öhdəliyi icra etmədiyi bütün halları üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qalan borcunu razılaşdırdıqları kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı iddia tələbini qismən sübut etmiş, cavabdeh isə iddiaçıya olan borcunu ona qaytardığına dair məhkəməyə özünə məxsus səs yazıları təqdim etsədə, həmin pulun iddiaçıya qaytarmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh əsssız varlandığından, İddiaçı isə əmlakından məhrum olduğundan, həmçinin cavabdehin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o əldə etdiklərini iddiaçıya qaytarmalıdırlar. Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/978 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; -117.1- ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehin vəsatət əsasında ekspertizanın təyin edildiyindən ekspertiza xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabana ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan Cavabdeh 5500 (əlli beş min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ödənilsin. Cavabdeh ekspertiza xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabana ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-187/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-187/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver