Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-189/2021 01.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin 2(110)- 174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X1 üçün hər uşa üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 2003-cü illdə evləndiklərini, nikahlarının qeydiyyat şöbəsində qeydə alındığını, birgə nikahdan xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X3 anadan olduğunu, evləndikdən sonra ailə münasibətlərinin bir müddət keçdikdən sonra tədricən soyuyaraq hazırda tamamilə kəsildiyini, Şərur rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, onların on il olar ki, ayrı yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşaqlarının da onun yanında qaldıqlarını, Şərur rayon Məhkəməsinin 2(110)-174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün Yasindən iki uşaq üçün ayda 200 manat aliment kəsildiyini, lakin cavabdehin ayda 80 manat aliment ödədiyini və bundan başqa uşaqların maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, haliyyədə uşaqların təminatını ödəməyin çətin olduğunu, çünki uşaqların böyüdükcə təlabatının artdığını, cavabdehin Türkiyə Respublikasının İstanbul şəhərində fərdi əməklə məşğul olduğunu, qazancı barədə məlumatının olmadığını qeyd edərək, Şərur rayon Məhkəməsinin 2(110)-174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında uşaqları böyüdükcə təlabatlarının da artıdığını, hazırki ödənilən alimentlə uşaqları saxlaya bilmədiyini, ödənilən alimentlə övladlarının normal qidalanmasını, istirahətlərini, keyfiyyətli tibbi müalicə almalarını təşkil edə bilmədiyini, uşaqlarının hər ikisinin X4 ödənişli təhsil aldıqlarını, onların təhsill haqqını ödəməkdə çətinlik çəkdiyini, övladlarının öz yaşıdlarından geri qalmamasını, sağlam böyüməsini istədiyini, bu səbəbdən də alimentin miqdarının artırılması zərurətinin yarandığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о məhkəmə baxışı iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-İ 168322 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxxxx 2012-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əkbərova soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxx 2005-ci il tarixli AZ-İ 623704 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxx 2004-cü il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Şərur rayon Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2005-ci il tarixli AZ-İ 624861 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx xxxxxx 2005-ci il təvəllüdlü X3 valideynləridir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(110)-183/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşağa 100 (bir yüz) manat olmaqla ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq hər ay İddiaçı ödənilməsi müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında uşaqların böyüdükcə təlabatlarının artıdığını, Cavabdeh Türkiyə Respublikasının İstanbul şəhərində fərdi əməklə məşğul olduğunu, onun isə ödənilən alimentlə uşaqları saxlaya bilmədiyini, ödənilən alimentlə övladlarının normal qidalanmasını, istirahətlərini, keyfiyyətli tibbi müalicə almalarını təşkil edə bilmədiyini, uşaqlarının hər ikisinin X4 ödənişli təhsil aldıqlarını, onların təhsill haqqını ödəməkdə çətinlik şəkdiyini, onun da övladlarının öz yaşıdlarından geri qalmamasını, sağlam böyüməsini istədiyini, bu səbəbdən də alimentin miqdarının artırılması zərurətinin yarandığını qeyd etmişdir. Məhəkəmə iddiaçının sabit pul məbləğində alimentin artırılması ilə bağlı iddia ərizəsində qeyd etdiklərini, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu, uşaqların maraqlarını, həmçinin onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları- İddiaçı ödənilməli, iddia digər hissədə rədd olunmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Belə ki, alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “X6” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır Həmçinin «X6» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “X6” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X5 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X6” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X6” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, sağlamlıq vəziyyətlərini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddia tələbinin qismən təmin edərək Şərur Rayon Məhkəməsinin 2(110)-174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə və iddia da qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə münasib olan 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev