Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-191/2021 11.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən iddia ərizəsini xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclasını xx xxxxxx 2021-ci il tarixə təyin etmişdir. Qeyd edilən tarixdə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirən məhkəmə, mülki işi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edərək, həmin iş üzrə məhkəmə baxışı iclasını xx xxxxxx 2021-ci il və xx xxxx 2021-ci il tarixlərə təyin etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixlərə təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq, 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 172.2-ci maddəsinin tələbinə görə, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Belə ki, tərəflər təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu kateqoriya işlərə 1 ay müddətində baxılır. Tərəflər gəlmədiyindən mülki işə baxılmanın mümkün olmadığını, mülki işin təxirə salındığı təqdirdə prosesual pozuntuya yol verilmiş olacağını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ərizəni baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-191/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-191/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver