Məhkəmə qərarları › İş №2(110)-196/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-196/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-196/2021 02.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5650 (beş min altı yüz əlli) manat pulu və ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə birlikdə 5680 (beş min altı yüz səksən) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehlə aralarında razılaşdıqlarını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin şərtlərinə görə:

1. Cavabdeh İddiaçı hər ay 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 5680 (beş min altı yüz səksən) manat məbləğindəki pulu ilk ödəmə tarixi xx xxx 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ödənilməsini öhdəsinə götürür;

2. İddiaçı isə 5680 (beş min altı yüz səksən) manat pulun Cavabdeh tərəfindən hər ay 450 (dörd yüz əlli) manat olmaqla ilk ödəmə tarixi xx xxx 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ödənilməsinə dair təklifini qəbul edir. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Ona görə də barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verir; - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair 2(110)-196/2021 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh İddiaçı hər ay 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 5680 (beş min altı yüz səksən) manat məbləğində pulu ilk ödəmə tarixi xx xxx 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ödəməyi öhdəsinə götürür.

2. İddiaçı 5680 (beş min altı yüz səksən) manat məbləğində pulun Cavabdeh tərəfindən hər ay 450 (dörd yüz əlli) manat olmaqla ilk ödəmə tarixi xx xxx 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ona ödənilməsinə dair təklifini qəbul edir. İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar