Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-199/2023 20.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 130 baş xırdabuynuzlu heyvanıın itməsi nəticəsində ona dəymiş 19500 manat və dövlət rüsumu olaraq ödədiyi 148,50 manat, ümumulikdə 19648,5 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi təsərrüfatla məşğul olduğunu, təsərrüfatında xırdabuynuzlu heyvanların olduğunu, Mahmudkənd ərazisində otlaq sahəsi olmadığından həmkəndlisi Mahmudov Zaur ilə birlikdə heyvanları Günnüt kəndində saxladıqlarını, heyvanları növbə ilə yeddi gündən bir dəyişilərək otardıqlarını, xx.xx.2022ci il tarixdə Zaurdan heyvanları sayaraq təhvil alıb otarılması üçün İlqara təhvil verdiyini, onların isə kəndə qayıtdıqlarını, xx.xx.2022-ci il tarixdə Zaurla birlikdə Günnüt kəndində getdiklərini, heyvanları sayarkən 130 baş xırdabuynuzlu heyvanın kəsir gəldiyini gördüklərini, İlqardan heyvanların harada olduğunu soruşduğunu, sentybar ayın 18-də Zaurun bura 2 nəfərlə gəldiklərini, birlikdə yeyib-içdiklərini, Zaurugilin gönorta getdiklərini, özünü isə uzanıb yatdığını, səhər duranda heyvanların kəsir gəldiyini gördüyünü, ona bu barədə niyə məlumat vermədiyini soruşduğunu, onun isə heyvanların çöldə qaldıqlarını fikirləşdiklərini, özünün gedib axtracağını bildirdiyini, heyvanların otarıldığı yerləri Zaurla birlikdə nə qədər axtarsalar da tapa bilmədiklərini, cavabdehin səhləkərlığı nəticəsində ona xeyli zərər dəydiyini, cavabdeh tərəfindən ona ödənilmiş zərərin ödəməli olduğunu, dəfələrlə zərərin əvəzinin ödənilməsini tələb etdiyini, lakin zərərin əvəzini hələ də ödəmədiyini bildirərək məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin azadılması barədə ərizə təqdim edərək cavabdehdən 12 baş qoç, 8 baş toğlu və 70 baş qoyun və ya onların dəyəri olan 15000 manat pul və ödənilmiş 135 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə azadılmış iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq Mahmudov Zaur ilə birlikdə heyvanları növbəlik şəklində otardıqların, xx.xx.2022-ci il tarixdə Zaurdan heyvanları sayaraq təhvil alıb otarılması üçün İlqara təhvil verdiyini, İlqarın isə heyvanlara nəzarət etmədiyindən 143 baş heyvan itdiyini, onlardan 67 baş onun, 76 baş isə Zaurun olduğunu, Zaurun itmiş heyvanlarına görə məhkəmədə iddia qaldırdığını, onun iddiası təmin edildiyindən heyvanların və ya onların dəyəri olan 9400 manat məbləğində vəsaitin ondan tutulması qət olunduğunu, İlqardan heyvanların harada olduğunu soruşanda heyvanların Ermənistana keçdiyini bildirdiyini, bununla bağlı həmin ərazidə olan posta müraciət etdiklərini, onlar isə o tərəfə heyvan keçmədiyini, kamera sisteminin olduğunu və heyvanları kameraya düşmədiyini bildirdiklərini, sonra hərbi prokororluğa müraciət etdiklərini, onların da sərhəddən heyvanların keçmədiyini bildirdiklərini, İlqarın həmin günü yeyib içdikdən sonra heyvanlara nəzarət edə bilmədiyini, ona aylıq 400 manat xidmət haqqını və yeməyini verdiyini, onun isə öz işinə məsuliyyətsiz yanaşdığını və ona maddi ziyanın dəydiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçı ilə 250 baş heyvanın otarılması üçün razılaşdığını, lakin iddiaçının 700 baş heyvan gətirdiyini, həmin heyvanların iddiaçının özünün və Zaur adlı şəxsin olduğunu, heyvanlar çox olduğu üçün onlara nəzarət edə bilmədiyini, özünün də 28 baş heyvanının itdiyini, xx.xx.2022-ci il tarixdən heyvanları otarmağa başladığını, iddiaçının ona aylıq 400 manat pul verdiyini, işə yeni başlayanda 250 baş heyvan otardığını, yazda Zaur heyvanları qatan zaman onlara heyvanın çox olduğunu bildirdiyini, heyvanları axtaran zaman heyvanların Ermənistana keçdiyini hərbiçilərin ona bildirdiklərini, heyvanları sentyabrın 17-də təhvil aldığını, 20-də itdiyini bildiyini, həmin vaxtı oraya başqa adamın gəlmədiyini, heyvanın çox olduğundan bölündüyünü hiss etmədiyini, 2-3 dəfə adiyyəti orqanlara müraciət etdiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində və verilən suallara cavabında 3 ildir ki, təsərrüfatla məşğul olduğunu, təsərrüfatında 250 baş xırdabuynuzlu heyvanın olduğunu, 2022-ci ilin may ayında heyvanları Süleyman əminin heyvanlarına qataraq növbəlik şəkildə otarmağa başladıqlarını, sentyabr ayına qədər heç bir problemin olmadığını, xx.xx.2022-ci ildə 560 baş heyvanı sayıb Süleyman əmiyə təhvil verdiyini, Süleyman əminin heyvanların otarılması üçün çobana təhvil verdiyini, sentyabr ayının 18də 2 baş qoçu gətirən vaxtı heç bir problemin olmadığını, İlqara su ilə bağlı zəng vuran zaman onun heyvanların itdiyini demədiyini, sentyabr ayının 24-də heyvanları təhvil alan zaman 143 baş heyvanın kəsir gəldiyini gördüyünü, İlqarın isə 1 baş qoçun və 1 baş qoynun itdiyini bildirdiyini, İlqardan heyvanların harada olduğunu soruşanda hərbiçilərin heyvanların Ermənistan ərazisinə keçdiyini bildirdiyini, bu məsələyə aydınlıq gətirmək üçün posta getdiklərini, lakin postun komandirinin İlqara ele söz demədiyini, heyvanların o tərəfə keçmədiyini, kamera sisteminin olduğunu, o tərəfə keçsəydi görə biləcəklərini bildirdiklərini, otardıqları hər yeri axtardıqlarını, lakin heç bir iz tapa bilmədiklərini, sonra polisə müraciət etdiklərini, izahatlarının alındıqdan sonra məhkəmə müraciət etməklərini bildirdiklərini, 310 baş heyvan Süleyman əminin, 250 baş heyvan onun olduğunu, Süleyman əminin növbəsində heyvanları İlqarın, öz növbəsində özünün otardığını, heyvanları axşam setkaya qatdıqlarını, onların oradan çıxa bilmədiklərini, heyvanları 1 həftədən bir dəyişilərək təhvil alıb otardıqlarını, heyvanların seçilməsi üçün üstlərinə rəng, həmçinin qulaqlarına brika vurduqlarını, Şərur Rayon Məhkəməsində 76 baş heyvanın itməsinə görə Süleymana qarşı iddia qaldırdığını, 13 baş heyvanı verdiklərini, 13 baş heyvanı isə güzəşt etdiyini, 50 baş heyvanın verilməsi və ya onun dəyəri 9400 manat pulun verilməsi qət olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında 2022-ci ilin payız ayında kənddə Süleymangilin heyvanların itdiyini bildirdiklərini, bacoğlusu Hüseyn ilə birlikdə 1 gün ərzində heyvanları axtardıqlarını, lakin heyvanları tapa bilmədiklərini, çölü axtardıqlarını, lakin hərbi hissədə olmadığını bildirdi. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 50/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, X3 X2 qarşı iddiası qismən təmin edilmiş, Şərur rayon Mahmudkəndində qeydiyyatda olan cavabdeh X1 12 baş qoç, 8 baş toğlu, 30 baş qoyun və ya onların dəyəri olan 9400 manat məbləğində pul və 135 manat dövlət rüsumunun 127 manatı alınaraq iddiaçı X4 ödənilməsi qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi olaraq tapşırıq müqaviləsi bağlanmışdır. İddiaçı 560 baş xırdabuynzlu heyvanın otarılmasını cavabdehə tapşırmış və bunun müqabilində aylıq 400 manat məbləğində xidmət haqqı vermişdir. 560 baş heyvanın 250 başı Mahmudov Zaurun olmuşdur. Mahmudov Zaur iddiaçıya qarşı iddia qaldırmış və onun iddiası qismən təmin olunmuşdur. İddiaçı ona qarşı qaldırılmış əvvəlki iddia üzrə Mahmudov Zaura ödənilməli olan 12 baş qoç, 8 baş toğlu, 30 baş qoyun və ya onların dəyəri olan 9400 manat məbləğində pulun və özünün 40 baş qoyunun və ya onun dəyəri 5600 manatın, ümumilikdə 15000 manat pulun cavabdehdən tutulması barədə iddia qaldırmışdır. İddia tələbinin əsaslığı məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Həmçinin Şərur Rayon Məhkəməsinin 2(110)-50/2023 nömrəli qətnaməsində öz əksini tapan ekspert rəyi ilə 1 baş qoyunun orta bazar qiyməti 140 manat, 1 baş qoçun orta bazar qiyməti 350 manat, 1 baş toğlunun orta bazar qiyməti 125 manat müəyyən olunmuşdur. Tərəflər isə 2(110)- 50/2023 nömrəli iş üzrə ekspert rəyi ilə müəyyən olunmuş qiymətlərlə razılşadığından yenidən ekspertizanın keçirilməsinin zəruri olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə elə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 12 baş qoç, 8 baş toğlu və 70 baş qoyun və ya onların dəyəri olan 15000 (on beş min) manat pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya, dövlət büdcəsinə artıq ödənilmiş 13,5 manat dövlət rüsumu isə iddaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 12 baş qoç, 8 baş toğlu və 70 baş qoyun və ya onların ümumi dəyəri olan 15000 (on beş min) manat pul və ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Dövlət büdcəsinə artıq ödənilmiş 13,5 manat (on üç manat əlli qəpik) dövlət rüsumu iddaçıya geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-199/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-199/2023
20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver