Məhkəmə qərarları › İş №2(110)-201/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-201/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-201/2021 21.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı MMM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məməd qızı və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məməd qızı və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4348 manat, faiz borcu üzrə 1137 manat, cərimə borcuna görə 162,10 manat, cəmi 5647,10 manat borcun 30 manat dövlət rüsumunun alınıb İddiaçıMMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh1 ilə aralarında bağlanmış 11.03.2020-ci il tarixli, **********5791 saylı kredit müqaviləsi üzrə borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verildiyini, həmin müqvilə üzrə borclunun hər ay 276 manat ödəməsinin razılaşdırıldığını, həmin mqavilə üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 Məməd qızı, Cavabdeh3 ilə **********5***-******* və **********5***-******* saylı zaminlik müqavilələrinin bağlandığını, lakin cavabdehlərin müqavilə üzrə üzərilərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi 19.06.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan 11.03.2020-ci il tarixli, **********5791 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.03.2020-ci il tarixli **********5***-******* və **********5***- ******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 Məməd qızı 11.03.2020-ci il tarixli, **********5791 saylı kredit müqaviləsi üzrə zamin qismində çıxış edirlər. İş materiallarında olan 24.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11.03.2020-ci il tarixli, **********5791 saylı kredit müqaviləsinə əsasən 4348 manat əsas, 1137 manat faiz, 162,10 manat cərimə borcu olmaqla cəmi 5647,10 manat borcu var. İş materiallarında olan 11.03.2020-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 hesabına 5000 manat pul köçürülmüşdür. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25.05.2021-ci il tarixli 110 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 11.03.2020-ci il tarixli **********5791 saylı kredit müqaviləsi üzrə İddiaçıMMM QBKT-yə 21.07.2021-ci il tarixə əsas borcu 4353,53 manat, faiz borcu 351,85 manat, cərimə borcu 227,03 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçıMMM QBKT ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Maliyyə-kredit ekspertizasının rəyinə əsasən cavabdehin 21.07.2021-ci il tarixə əsas borcu 4353,53 manat, faiz borcu 351,85 manat, cərimə borcu 227,03 manat təşkil edir. Cavabdeh hər hansı ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İşə iddia tələbinin hüdudlarında baxıldığı üçün kredit müqaviləsi üzrə əsas borc iddia ərizəsində göstərilən 4348 manat, faiz borcu ekspert rəyində göstərilən 351,85 manat, cərimə borcu isə iddia ərizəsində göstərilən 162,10 olmaqla hesablanmalıdır. Beləliklə cavabdehin iddiaçıya müqavilə üzrə olan borcu 4348 manat əsas, 351,85 manat faiz, 162,10 manat cərimə borcu olmaqla ümumilikdə 4861,95 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 11.03.2020-ci il tarixli, **********5791 saylı kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən günə görə gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Yuxarı Aralıq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 Məməd qızından və Şərur rayonu Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada 11.03.2020-ci il tarixli, **********5791 saylı kredit müqaviləsi üzrə 4348 (dörd min üç yüz qırx səkkiz) manat əsas, 351,85 (üç yüz əlli bir manat səksən beş qəpik) manat faiz, 162,10 (bir yüz altmış iki manat on qəpik) manat cərimə borcu borcu olmaqla ümumilikdə 4.861,95 (dörd min səkkiz yüz altmış bir manat doxsan beş qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMM QBKTyə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar