Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-202/2021 16.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, “İddiaçı" Qeyri-Bank Kredit Təşkilatı X1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4500,68 manat məbləğində əsas borc, 1103 manat faiz borcu, 74,33 manat cərimə borcu olmaqla, ümumilikdə 5678,01 manat borcun və 30 manat dövlət rüsumunun alınıb bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi borclu Cavabdeh4 xx.xx.2019-cu il tarixli **********2429 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi ilə 24 ay müddətinə 6000 manat kredti verildiyini, həmin müqavilə əsasında öhdəliklərin icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2019-cuil tarixli **********2***-*******, **********2***-******* və **********2429-951599 saylı zaminlik müqavilələrinin bağlandığını, cavabdehlər üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, borcun qaytarılması ilə bağlı onlara rəsmi bildiriş göndərilməsinə baxmayaraq heç bir nəticə əldə olunmadığını, bunun üçün də məhkəməyə müraciət olunaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini göstərmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərk məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini və iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh4 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək məhkəmədə qaldırılan iddianı qəbul etdiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclsında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********2429 saylı kredit müqaviləsinə əsasənCavabdeh4 illik 29% dərəcəsi ilə 24 ay müddətinə 6000 manat kredt verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh4 6000 manat təhvil verilmişdir. İş materiallarında olan borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2019-cuil tarixli **********2***-*******, **********2***-******* və **********2429-951599 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızı borcluya zamin durmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, borclunun 4500,68 manat məbləğində əsas borc, 1103 manat faiz borcu, 74,33 manat cərimə borcu olmaqla, ümumilikdə 5678,01 manat borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə( kredit müqaviləsi, məxaric orderi, maliyyə arayışı ilə) sübuta yetirmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Zaminlər tərəfindən isə öhdəliklər təmin edilməmişdir. Cavabdeh4 iddianı etiraf etmiş və iddianın qəbul edilməsi ilə bağlı yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə verilən yazılı ərizələrdə ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh4 etirafı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun tam ödənildiyini təsdiq edən sübutları (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh3, Şərur rayonu Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 qızından müştərək qaydada 4500,68 (dörd min beş yüz manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 1103 (bir min yüz üç) manat faiz borcu, 74,33 (yetmiş dörd manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5678,01( beş min altı yüz yetmiş səkkiz manat bir qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlərdən alınaraq “İddiaçı" Qeyri-Bank Kredit Təşkilatı X1nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-202/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-202/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver