Məhkəmə qərarları › İş №2(110)-204/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-204/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-204/2021 04.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğvedici prosesində olan “xxxx” Kommersiya Bankının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, iddiaçı “xxxx” KB ilə cavabdeh X1 arasında bağlanmış kredit müqaviləsi üzrə 1986.50 (bir min doqquz yüz səksən altı manat əlli qəpik) manat əsas borc, 2507.57 (iki min beş yüz yeddi manat, əlli yeddi qəpik) manat faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 302.68 (üç yüz iki manat, altmış səkkiz qəpik) manat faiz məbləği, ümumilikdə isə 4796.75 (dörd min yeddi yüz doxsan altı manat, yetmiş beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilata məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi Əfifə Əsgərova məhkəməyə ünvanladığı ərizəsində icraatlarında oan iş sayının çoxluğu səbəbindən məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirərək iddianın təmin edilməsi, QSC “xxxx” KB ilə cavabdeh X1 arasında bağlanmış kredit müqaviləsi üzrə 1986.50 (bir min doqquz yüz səksən altı manat əlli qəpik) manat əsas borc, 2507.57 (iki min beş yüz yeddi manat, əlli yeddi qəpik) manat faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 302.68 (üç yüz iki manat, altmış səkkiz qəpik) manat faiz məbləği, ümumilikdə isə 4796.75 (dörd min yeddi yüz doxsan altı manat, yetmiş beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “xxxx” KB ilə cavabdeh X1 arasında 04 iyun 2012-ci il tarixində kredit verilməsi haqqında 100/15/1458/10/1saylı müqavilə bağlandığını və həmin müqviləyə əsasən Bank cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 54 (əlli dörd) ay müddətinə 1986.50 (bir min doqquz yüz səksən altı manat, əlli qəpik) kredit verdiyini, lakin cavabdehin öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini, bunun nəticəsində cavabdehin banka 1986.50 (bir min doqquz yüz səksən altı manat, əlli qəpik) məbləğində əsas borc, 2507.57 (iki min beş yüz yeddi manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 302.68 (üç yüz iki manat altmış səkkiz qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 4796.75 (dörd min yeddi yüz doxsan altı manat, yetmiş beş qəpik) manat məbləğində borcu qaldığını qeyd edərək, iddiaçı “xxxx” KB ilə cavabdeh X1 arasında bağlanmış kredit müqaviləsi üzrə 1986.50 (bir min doqquz yüz səksən altı manat əlli qəpik) manat əsas borc, 2507.57 (iki min beş yüz yeddi manat, əlli yeddi qəpik) manat faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 302.68 (üç yüz iki manat, altmış səkkiz qəpik) manat faiz məbləği, ümumilikdə isə 4796.75 (dörd min yeddi yüz doxsan altı manat, yetmiş beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızının 02.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ona qarşı kredit müqaviləsi üzrə olan borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırdığını, sözügedən banka borcu olmadığını, iddianın rədd olunmadı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 21 noyabr 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, 18 noyabr 2019-cu il tarixə Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızınının Banka kredit müqaviləsi üzrə 1986.50 (bir min doqquz yüz səksən altı manat əlli qəpik) manat əsas borc, 2507.57 (iki min beş yüz yeddi manat, əlli yeddi qəpik) manat faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 302.68 (üç yüz iki manat, altmış səkkiz qəpik) manat faiz borcu, ümumilikdə isə 4796.75 (dörd min yeddi yüz doxsan altı manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 03.12.2019-cu il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “xxxx” KB vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu və 0.40 manat xidmət haqı ödəmişdir. İş materiallarına əlavə olunmuş 01.01.2000 - 11.08.2020-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müxtəlif vaxtlarda Bank tərəfindən ona açılmış hesab vasitəsilə müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2020-ci il tarixli, 151/20 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 04.06.2012-ci il tarixli 100/15/1458/10/1 nömrəli Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh “xxxx” QSC-nə 18 noyabr 2019-cu il tarixə (iddia tarixinə) kredit üzrə olan əsas borcu 1986.50 (bir min doqquz yüz səksən altı manat əlli qəpik) manat, faiz borcu 2502.99 (iki min beş yüz iki manat, doxsan doqquz qəpik) manat və müqavilə müddəti bitdikdən sonra 5%-lə 293.56 (iki yüz doxsan üç manat əlli altı qəpik) manat, ümumilikdə 4783.05 (dörd minyeddi yüz səksən üç manat beş qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə borcun könüllü şəkildə ödənilməsi barədə bildirişlər ünvanlanmış, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış 04.06.2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına istinad etsə də, müqavilənin əslini, yaxud müqavilənin təsdiq olunmuş surətini və pulun verilməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin, yaxud müqavilənin təsdiq olunmuş surətinin və pulun verilməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim edilməsi təklif edilərək, vaxt verilməklə məhkəmə iclası təxirə salınsa da, iddiaçı təşkilat tərəfindən həmin sənədlərin məhkəməyə göndərilməsi təmin edilməmişdir. Belə olan halda isə iddiaçının istinad etdiyi kimi cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızı ilə Bank arasında 04.06.2012-ci il tarixli kredit müqaviləsinin bağlanması halı öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.; 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhz yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilənin əsli, yaxud onun təsdiq təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iş matareriallarına əlavə olunmuş maliyyə arayışı, hesabdan şıxarış və digər sənədlər isə öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış etmədiyindən və iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən bu səbəbdən iddia tələbi özü-özlüyündə əsassız olduğundan məhkəmə hazırki iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə bu nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşımasını, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçının istinad etdiyi cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızı ilə QSC “xxxx” Kommersiya Bankı arasında 04 iyun 2012-ci il tarixli kredit müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətlərinin yaranmasını müəyyən etmək mümkün deyil, ona görə də hazırki iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının cavabdeh Həsənova (Ağayeva) Saniyə Nəcəfalı qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. İddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar