Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-204/2024 26.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 (on iki) min manat pulun və ödəniş edilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində hüquqlarını müdafiə etdiyi İddiaçı Şərur rayon Xanlıqlar kənd sakini Cavabdeh ilə razılaşaraq xx.xx.2023-cü il tarixində xırda buynuzlu heyvanları satdığını, pulun bir qisminin verildiyini, 16000 (on altı min) manatın isə borc olaraq qaldığını, 16000 (on altı) min manat borcun verilməsi üçün Cavabdeh ilə aralarında yazılı razılaşma olduğunu və hər ikisinin imza edərək 2023-cü ilin sentyabr ayının sonunadək 16000 (on altı) min manatı pul borcunu Elsevərə qaytaracağını öhdəsinə götürdüyünü, 16000 (on altı) min manat borcdan 4000 (dörd) min manatını qaytardığını, qalan 12000 min manat borc pulu qaytarmadığını, hüquqlarını müdafiə etdiyi İddiaçı 2023-cü ilin sentyabr ayında Elsevərlə telefon əlaqəsi saxlayıb borcunu verməsini bildirsə də, Elsevərin 12000 (on iki) min manat borcunun olduğunu qəbul etdiyini, lakin həmin borc pulu ödəmədiyini bildirdiyini, əlavə olaraq heyvanların satışında şəxsən Sədərək rayon Dəmirçi kənd sakinləri X2, X5 və X1 iştirak etdiklərini, cavabdehin 12000 min manat borcu olduğunu etiraf etsə də borcu qaytarmadığından məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışi iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı təsərrüfatında olan qoyunları satdığını eşitdiyini, Elvinlə gedib görüşərək onun fermasında olan qoyunları alması barədə onunla razılaşdıqlarını, 2023-cü ilin yanvar ayının sonlarında Elvində bir baş qoyunu 110 manatdan olmaqla 357 baş qoyun, əlavə olaraq 1 kiloqramı 0.50 manat olmaqla 3.5 ton arpa, bir ədəd 5 manatdan olmaqla 1280 ədəd ot presi aldığını, aldıqlarının cəmi 47420 manat pul etdiyini, özünə məxsus “Vito” markalı avtomobili 27000 manata qiymtləndirərək həmin puldan çıxdıqlarını, əlavə olaraq 3000 manat pul verdiyini, əlavə olaraq Elvinə bir baş 300 manat dəyərində sibir alıb verdiyini, Elvinə 17120 manat borcunun qaldığını, həmin pulun 1120 manatını Elvinin onun borcundan sildiyini, Elvinə cəmi 16000 manat borcunun qaldığını, 2023-cü ilin fevral ayının ortalarında Elvinin ona zəng edərək, ona otuz baş yanıbalalı qoyun verməsini istədiyini, səbəbini soruşduqda ona çobanın onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə şikayət etdiyini, həmin qoyunları qaytarıb çobana verəcəyini, Elvinlə bir baş yanıbalalı qoyunu 250 manata razılaşdıqları, Elvinin 7500 manat pulu onun borcundan siləcəyini dediyini, Şahbuz rayon Biçənək kəndindən olan Eldəniz adlı şəxsin gəlib Elvindən aldıqları qoyunlardan deyil, öz təsərrüfatında olan qoyunlardan otuz baş yanıbalalı qoyunu apardığını, 2023-cü ilin sentyabr ayında borcunu ödəmək üçün təsərrüfatında olan qoyunlardan bir qismini satmaq istədiyini, Hikmət adlı Xanlıqlar kənd sakininin qoyun aldığını dediklərini, 1 baş 160 manatdan olmaqla 100 baş tək qoyunu razılaşaraq Hikmətə satdığını, Hikmətin ona “5-6 gün vaxt ver 16000 manatını verəcəm” dediyini, onunla razılaşdığını, lakin Hikmət dediyi vaxtda onun pulunu vermədiyini, Hikmətə zəng edərək qoyunların pulunu istəyəndə Hikmət ona “qoyunların pulunu verməyəcəyini” dediyini, səbəbini soruşduqda “İddiaçı onun 170 baş qoyununu aparıb pulunu vermədiyini, get Elvindən al” dediyini, onun da gedərək Daxili İşlər Nazirliyinə şikayət etdiyini, Hikməti ora çağırdıqlarını, Hikmət orada Elvinin ona borcunun olduğunu, Elvin onun pulunu verdikdən sonra, o da mənim pulumu verəcəyini dediyini, hal-hazırda Elvinə 8500 manat borcunun qaldığını bildirərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasına iddiaçının iddiacının vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilən şahid X5 ifadəsində Elvin, Məhəmməd və Fuad adlı şəxslə Şərur şəhəri ərazisində yerləşən Aqat restoranında yemək yeyən zaman Elsevərin Məhəmmədə zəng edərək, ondan qoyun stıb-satmamasını soruşduğunu, Məhəmmədin ona satmaq istədiyini bildirdiyini, Elsevərin Nicat və tanımadığı bir şəxslə oraya gəldiklərini, Elsevərin Hundai markalı avtomobilinin qarşılığında qoyunları almaq istədiyini, avtomobilin qiymətinin 30000 manat dediyini, lakin 27000 manata qiymətləndirdiklərini və əlavə olaraq 3000 manata razılaşdıqlarını, qoyunların 1 ədədini 110 manata razılaşdıqlarını, Məhəmmədin əlavə olaraq 20 baş qoyun verdiyini, onun pulunu hesablamadığını, Elsevərin cəmi 47420 manat borcu yarandığını, əlavə olaraq Məhəmmədin Elsevərdən 300 manata sibir aldığını, sonda Məhəmmədin borcundan bir hissəsini də sildiyini, Elsevərin Məhəmmədə cəmi 16000 manat borcunun qaldığını, təqribən 20 gün sonra məhəmmədin Elsevərdən 5000 manata 30 baş qoyun aldığını, qoyunları Eldəniz adlı şəxsə verdiyini, Elsevər qoyunların pulunu vermədiyi üçün Elvinin qardaşı Məhəmməd ona zəng edərək Şərur rayonunda yerləşən “Anadolu” restoranına çağırdığını, restoranda Məhəmməd, Elsevər, Fuad, Həsən və özünün oturaraq çay içdiklərini, söhbət zamanı Məhəmməd orada Elsevərə qardaşının ondan aldıqları 30 baş qoyuna görə onun borcundan 5000 (beş min) manat sildiyini, onlara 11000 manat borcunun qaldığını dediyini, Elsevərin ayın sonuna qədər həmin pulu qaytaracağını Məhəmmədə dediyini, başqa bu haqda heç nə bilmədiyini bildiri. Məhkəmə baxışı iclasına iddiacının vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilən şahid X6 ifadəsində Elvin, Məhəmməd, Fərhad, Elsevər və Nicatla birlikdə Dəmirçi kəndində qoyunlara baxmağa getdiklərini, razılaşma zamanı onların yanında olmadığını, səhəri gün Aqat restoranına çay içməyə getdiklərini, Elsevər, Nicat, Elvin və tanımadığı bir şəxslə birlikdə çay içdiklərini, Elvinin avomobilə baxdıqdan sonra avtomobili 27000 manata qiymətləndirdiklərini, Elsevərin fermadan qoyunları apardığını, Elsevərin avtomobili, əlavə olaraq 3000 manat pul verdiyini, 300 manatlıq sibir verdiyini, Elsevərin Elvinə 17120 manat borcu qaldığını, Elvinin 1120 manatı da sildiyini, sonda Elsevərin Elvinə cəmi 16000 manat borcu qaldığını, Elsevər qoyunların pulunu vermədiyi üçün Elvinin qardaşı Məhəmməd ona zəng edərək Şərur rayonunda yerləşən “Anadolu” restoranına çağırdığını, restoranda Məhəmməd, Elsevər, Fərhad, Həsən, Çoban və özünün oturaraq çay içdiklərini, söhbət zamanı Məhəmməd orada Elsevərə qardaşının ondan aldığı 30 baş qoyuna görə onun borcundan 5000 (beş min) manat sildiyini, onlara 11000 manat borcunun qaldığını dediyini, Elsevərin ayın sonuna qədər həmin pulu qaytaracağını Məhəmmədə dediyini bildirdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil əlavə olaraq izahatında şahidlərin dediyi kimi cavabdehin iddiaçıya qalan borcunun 11000 (on bir min) manat olduğunu, tələb etdikləri əlavə 1000 manat pulu isə cavabdehin iddiaçıdan aldığı, 2023-cü ilin sentyabrında geri qaytarmalı olduğu, lakin qaytarmadığı 15 ədəd şit, 8 ədəd balaca kalot, 14 ədəd böyük kalot üçün hesabladıqlarını bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X4 ifadəsində Eldəniz adlı şəxsin Elvin və Məhəmmədin çobanı olduğunu, Eldənizin ondan nisyə 19450 manat dəyərində 170 baş qoyun aldığını, daha sonra pulunu almaq üçün Elvin və qardaşı Məhəmmədin fermasına getdiyini, orada pulunu tələb etdiyini, lakin onların onun pulunu verməyəcəklərini bildirdiyini, özünün də sonradan Elsevərdən 100 baş qoyun aldığını, Elvin ondan aldığı qoyunların pulunu vermədiyi üçün, oda Elsevərdən aldığı həmin qoyunların pulunu vermədiyini, Elsevərə həmin qoyunların pulunu Elvindən almasını dediyini bildirmişdir. Məhkəmə iddiaçının vəlili-nümayəndəsinin, cavabdehin izahatlarını, şahidlərin ifadələrini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “qəbz”dən görünür ki, tərəflər arasında razılaşmaya əsasən 29 yanvar 2023-cü il tarixdə cavabdeh iddiaçıdan ümumi dəyəri 47420 manat olan bir baş qoyunu 110 manatdan olmaqla 357 baş qoyun, əlavə olaraq 1 kiloqramı 0.50 maanat olmaqla 3.5 ton arpa, bir ədəd 5 manatdan olmaqla 1280 ədəd ot presi almışdır. Aralarında olan razılaşmaya əsasən borcundan silinməsi üçün cavabdeh özünə məxsus “Vito” markalı avtomobili 27000 manata qiymtləndirərək iddiaçıya vermişdir. Əlavə olaraq cavabdeh iddiaçıya 3000 manat pul, bir baş 300 manat dəyərində sibir alıb vermişdir. Cavabdehin iddiaçıya 17120 manat borcu qalmış, qalan borcdan iddiaçı 1120 manatını cavabdehə güzəşt etdikdən sonra cavcabdehin ona 16000 manat borcu qalmış, qalan pulu 2023-cü ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023 il tarixli 17640 saylı Qəbzdən görünür ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinə 123 (bir yüz iyirmi üç) manat rüsum ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən iş materialında olan qəbz”lə müəyyən edilmişdir ki, 29 yanvar 2023-cü il tarixdə cavabdeh iddiaçıdan ümumi dəyəri 47420 manat olan bir baş qoyunu 110 manatdan olmaqla 357 baş qoyun, əlavə olaraq 1 kiloqramı 0.50 maanat olmaqla 3.5 ton arpa, bir ədəd 5 manatdan olmaqla 1280 ədəd ot presi almışdır. Aralarında olan razılaşmaya əsasən borcundan silinməsi üçün cavabdeh özünə məxsus “Vito” markalı avtomobili 27000 manata qiymtləndirərək iddiaçıya vermişdir. Əlavə olaraq cavabdeh iddiaçıya 3000 manat pul, bir baş 300 manat dəyərində sibir alıb vermişdir.Cavabdehin iddiaçıya 17120 manat borcu qalmış, qalan borcdan iddiaçı 1120 manatını cavabdehə güzəşt etdikdən sonra cavcabdehin ona 16000 manat borcu qalmış, qalan pulu 2023-cü ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən qeyd edilənlər etiraf edilmişdir. Lakin cavabdeh izahatında 2023-cü ilin fevral ayında bir baş yanıbalalı qoyunu 250 manata qiymətləndirməklə iddiaçıya 30 baş qoyun verdiyini, iddiaçının onun borcundan 7500 manat çıxdığını, haliyədə iddiaçıya 8500 manat borcunun qaldığını bildirsədə buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında iştirak edən şahidlərin ifadələri ilə 30 baş yanıbalalı qoyunlara görə razılaşmalarına görə iddiaçının cavabdehin borcundan 5000 (beş min) manat çıxdığı, cavabdehin iddiaçıya 11000 (on bir min) manat borcunun qaldığı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsinin izahatında qeyd etdiyi cavabdehin iddiaçıdan aldığı, 2023-cü ilin sentyabrında geri qaytarmalı olduğu, lakin qaytarmadığı 15 ədəd şit, 8 ədəd balaca kalot, 14 ədəd böyük kalota görə tələb olunan 1000 pul hazırki iddia tələbində nəzərdə tutulmadığından, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia tələbini həmin hissədə təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəməyə bunu təkzib edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş, izahatında yalnız iddia tələbinə etiraz etməklə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 123 manat dövlət rüsumunun 10.25 manatı iddiaçıya aid edilməli, qalan 112.75 (on beş) manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və 123 manat dövlət rüsumunun 112.75 (bir yüz on iki manat yetmiş beş qəpik) manatı olmaqla, ümumilikdə 11112.75 (on bir min bir yüz on iki manat yetmiş beş qəpik) manat məbləğində pul alinaraq Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və 112.75 (bir yüz on iki manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11112.75 (on bir min bir yüz on iki manat yetmiş beş qəpik) manat məbləğində pul alinaraq Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-204/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-204/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver