Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-209/2021 25.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən,Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddi ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV üçün 152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə Kunc divan Adona Mobilya-Violetta üçün 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44439 HOFFMANN X Prime markalı telefon üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1377 (bir min üç yüz yetmiş yeddi) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1407 (bir min dörd yüz yeddi) manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh iddiaçı “xxxx” MMC ilə bağladığı xx xxxxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən HOFFMANN LED TV, İMEİ kodu **********44439 HOFFMANN X Prime markalı telefon, Kunc divan Adona Mobilya-Violetta aldığını və nəticədə 1377 (bir min üç yüz yetmiş yeddi) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1043 (bir min qırx üç) manat (18 ay x 43 manat + 269 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə 167 (bir yüz altmış yeddi) manat olmaqla, ondan 152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1440 (bir min dörd yüz qırx) manat (24 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan Kunc divan Adona Mobilya-Violetta üçün ümumilikdə 992 (doqquz yüz doxsan iki) manat olmaqla, ondan 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********44439 HOFFMANN X Prime markalı telefon üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla ondan 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1555 (bir min beş yüz əlli beş) manat təşkil etdiyini qeyd edərək, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV üçün 152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə Kunc divan Adona Mobilya-Violetta üçün 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********44439 HOFFMANN X Prime markalı telefon üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1377 (bir min üç yüz yetmiş yeddi) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1407 (bir min dörd yüz yeddi) manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 00300933 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan 1770456M00162 kod nömrəli HOFFMANN LED 50E3400 model televizordur. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 00300933 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1043 (bir min qırx üç) manat olan televizor üçün ilkin ödəniş olaraq 269 (iki yüz altmış doqquz) manat ödəməklə 18 (on səkkiz) ay müddətinə, ayda 43 (qirx üç) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2018-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMANN LED 50E3400 model televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 00301007 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan Adona Mobilya-Violetta model künc divanıdır. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 00301007 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1440 (bir min dörd yüz qırx) manat olan künc divanı üçün ilkin ödəniş etmədən 24 (iyirmi dörd) ay müddətinə, ayda 60 (altmış) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2018-ci il tarixli, 00301007 saylı Müqavilə üzrə əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Adona Mobilya-Violetta model kunc divanını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00478706 saylı, Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyanı (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə 2 il yeni qızıl zemanetli, telefon qurashdırma xidmeti də daxil olmaqla ona məxsus fərdi əlamətləri olan əşya- İMEİ kodu **********86445 və **********86442 olan Samsung galaxy A10 (SM-A105) mobil telefondur. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00478706 saylı Müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 324 (üç yüz iyirmi dörd) manat olan telefon üçün ilkin ödəniş etmədən 18 (on səkkiz) ay müddətinə, ayda 18 (on səkkiz) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMANN X Prime mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 1252 (bir min iki yüz əlli iki) manat ödənilməmiş hissə, 125 (bir yüz iyirmi beş) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1377 (bir min üç yüz yetmiş yeddi) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 00300933 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 1043 (bir min qırx üç) manat olan HOFFMANN LED TV markalı televizor üçün ilkin ödəniş 269 (iki yüz altmış doqquz) manat ödəyərək, 18 (on səkkiz) ay müddətinə, ayda 43 (qırx üç) manat olmaqla ödəməyi, xx xxxxxxxx 2018-ci il tarixli 00301007 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 1440 (bir min dörd yüz qırx) manat olan Adona Mobilya-Violetta model künc divanı üçün ilkin ödəniş etməyərək, 24 (iyirmi dörd) ay müddətinə, ayda 60 (altmış) manat olmaqla ödəməyi, xx xxxxxx 2019-cu il tarixli 00478706 saylı müqaviləyə əsasən qiyməti 324 (üç yüz iyirmi dörd) manat olan İMEİ kodu **********44439 olan HOFFMANN X Prime markalı telefon üçün ilkin ödəniş etmədən, 18 (on səkkiz) ay müddətinə, ayda 18 (on səkkiz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək cəmi 1555 (bir min beş yüz əlli beş) manat ödəniş etmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya ümumilikdə 1377 (bir min üç yüz yetmiş yeddi) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2018ci il tarixli, 00300933 saylı müqaviləyə əsasən HOFFMANN LED TV üçün 152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx xxxxxxxx 2018-ci il tarixli, 00301007 saylı müqaviləyə əsasən Adona Mobilya-Violetta model künc divanı üçün 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli, 00478706 saylı müqaviləyə əsasən İMEİ kodu **********44439 olan HOFFMANN X Prime markalı telefon üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1377 (bir min üç yüz yetmiş yeddi) manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, 00300933 saylı müqaviləyə əsasən HOFFMANN LED TV üçün 152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx xxxxxxxx 2018-ci il tarixli, 00301007 saylı müqaviləyə əsasən Adona Mobilya-Violetta model künc divanı üçün 902 (doqquz yüz iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, xx xxxxxx 2019-cu il tarixli, 00478706 saylı müqaviləyə əsasən İMEİ kodu **********44439 olan HOFFMANN X Prime markalı telefon üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1377 (bir min üç yüz yetmiş yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1407 (bir min dörd yüz yeddi) manat məbləğində pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-209/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-209/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver