Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-214/2021 09.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş olduğu iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 163,02 manat əsas, 23,21 manat faiz borcu və 26,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 213,11 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; 73.4-cü maddəsinə əsasən, hüquqi şəxsin adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İddia ərizəsindən isə görünür ki, iddia ərizəsini imzalamış X3 “İddiaçı» ASC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair etibarnaməni imzalamış “İddiaçı» ASC-nin X2 və X1 direktoru Vüqar Kərimova belə bir səlahiyyəti vermiş Nikoloz Şurqaianın iddiaçı təşkilatın İdarə Heyətinin sədri vəzifəsinin icraçısı olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda “İddiaçı» ASC-nin X2 və X1 direktoru Vüqar Kərimova və Vüqar Kərimov tərəfindən X3 “İddiaçı» ASC adından iddia ərizəsini imzalama səlahiyyətinin olmasına dair verilmiş etibarnamələrin etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3.3-cü maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir; 13.4-cü maddəsində qeyd edilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-214/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-214/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver