Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-215/2021 25.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxx” X3 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 1046,68 (bir min qırx altı manat qırx altmış səkkiz qəpik) manat əsas borc, 271,46 (iki yüz yetmiş bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu, 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1362,41 (bir min üç yüz altmış iki manat qırx bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 12% ödəmək şərtilə 2341 (iki min üç yüz qırx bir) manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə borverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd edərək, Cavabdeh 1046,68 (bir min qırx altı manat qırx altmış səkkiz qəpik) manat əsas borc, 271,46 (iki yüz yetmiş bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu, 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1362,41 (bir min üç yüz altmış iki manat qırx bir qəpik) manat borc pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2018-ci il tarixli 3044nkBANK/18 nömrəli Kredit və X1 aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “xxxx” KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 36 ay müddətinə illik 12 faiz ödəmək şərtilə 2341 (iki min üç yüz qırx bir) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən kreditin verilməsində məqsəd xx.xx.2015-ci il tarixli, 2024tkXLQ/15 nömrəli müqavilə üzrə 787.65 USD məbləğində borcun və xx.xx.2015-ci il tarixli, 1535nk XLQ/15 nömrəli müqavilə üzrə 588.87 USD məbləğində borcun bağlanmasıdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” krediti və kreditdən istifadəyə görə faizlərin ödənilməsini bir təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən - 360%-dək miqdarında və kreditdən istfadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən - 360%-dək miqdarında cərimə tətbiq edir. Həmin Müqavilənin 3.7 ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə Bankbu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2021-ci il tarixə Cavabdeh Banka 1046,68 (bir min qırx altı manat qırx altmış səkkiz qəpik) manat əsas borc, 271,46 (iki yüz yetmiş bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu, 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1362,41 (bir min üç yüz altmış iki manat qırx bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxx 2018-ci il tarixli 3044nkBANK/18 nömrəli Kredit və X2 1 saylı əlavədən görünür ki, “xxxx” KB ASC tərəfindən Cavabdeh illik 12 faiz dərəcəsi ilə 36 ay müddətinə 2341 (iki min üç yüz qırx bir) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2018 – xx.xx.2021 tarixləri ərzində ayda 78 manat, xx.xx.2021-ci il tarixində isə 73,6 manat olmaqla, cəmi 2803,6 manat pulu “xxxx” KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2018 - xx.xx.2019-cu illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, xxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar VN Milli Gəlir Departamentinin AZ17CTRE******************** saylı hesabına 30 manat rüsum ödəmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1046,68 (bir min qırx altı manat qırx altmış səkkiz qəpik) manat əsas borc, 271,46 (iki yüz yetmiş bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu, 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1362,41 (bir min üç yüz altmış iki manat qırx bir qəpik) manat məbləğində pul tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 1046,68 (bir min qırx altı manat qırx altmış səkkiz qəpik) manat əsas borc, 271,46 (iki yüz yetmiş bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu, 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1362,41 (bir min üç yüz altmış iki manat qırx bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1392,41 (bir min üç yüz doxsan iki manat qırx bir qəpik) manat borc pul məcburi tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-215/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-215/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver