Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-216/2024 22.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona vurduğu zərərin əvəzi olaraq Cavabdeh 6660 (altı min altı yüz altmış) manatın alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsində baxılan 2(110)-216/2024 nömrəli iş üzrə İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixdə öz aralarında bağladıqları barışıq sazişini məhkəməyə təqdim etmişlər. Barışıq sazişinin məzmunundan görünür ki;
1. Mən, iş üzrə Cavabdeh İddiaçı “pul tələbinə dair” iddiası üzrə öz aramızda olan razılığa əsasən İddiaçı ödəyəcəyim 4300 manat pulun 3500 manatını xx.xx.2024-cü il tarixədək, qalan 800 manatını isə xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəmə götürürəm.
2. Mən, iş üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dairiddiam üzrə cavabdehlə öz aramızda olan razılığa əsasən cavabdehin mənə ödəyəcəyi 4300 manat pulun 3500 manatını xx.xx.2024cü il tarixədək, qalan 800 manatını isə xx.xx.2025-ci il tarixədək ödəməsi öhdəliyini qəbul edirəm. 3.Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı və cavabdeh artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Ona görə də barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işinibilavasitə özləri, yaxud mediasiya vasitəsiləbarışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlliüçün təkliflər verməyə haqlıdır; - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdədəifadəoluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Naxçıvan şöbəsi vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 86.6 (səksən altı manat altmış qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi barədə” 2(110)-216/2024 saylı mülki iş üzrə iddiaçı və cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: Şərur Rayon Məhkəməsində baxılan 2(110)-216/2024 nömrəli iş üzrə İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixdə öz aralarında aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişi bağlayırlar:
1. Mən, iş üzrə Cavabdeh İddiaçı “pul tələbinə dair” iddiası üzrə öz aramızda olan razılığa əsasən İddiaçı ödəyəcəyim 4300 manat pulun 3500 manatını xx.xx.2024-cü il tarixədək, qalan 800 manatını isə xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəmə götürürəm.
2. Mən, iş üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dairiddiam üzrə cavabdehlə öz aramızda olan razılığa əsasən cavabdehin mənə ödəyəcəyi 4300 manat pulun 3500 manatını xx.xx.2024cü il tarixədək, qalan 800 manatını isə xx.xx.2025-ci il tarixədək ödəməsi öhdəliyini qəbul edirəm.
3. Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik.
4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
5. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. İddiaçı cavabdehlər Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Naxçıvan şöbəsi vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 86.6 (səksən altı manat altmış qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin təsdiq edilməsi ilə işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Seymur Qarayev