Məhkəmə qərarları › İş №2(110)-227/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-227/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-227/2024 13.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan aldıqları pulun qalanı olan 8800 (səkkiz min səkkiz yüz) manat borclarını və dövlət rüsumu olaraq ödədiyi 108 (bir yüz səkkiz) manat, cəmi 8908 (səkkiz min doqquz yüz səkkiz) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsində baxılan 2(110)-227/2024 nömrəli iş üzrə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə öz aralarında bağladıqları barışıq sazişini məhkəməyə təqdim etmişlər. Barışıq sazişində qeyd edilmişdir ki,

1. Biz, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı borclu olduğumuz 8800 manat məbləğində pulun 1000 (bir min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu aprel ayından başlayaraq, hər ay 1950 manat olmaqla, xx.xx.2024-cü il tarixdək İddiaçı ödəməyi öhdəmizə götürürük.

2. Mən, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənə borclu olduqıarı 8800 manat məbləğində pulun 1000 (bir min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu aprel ayından başlayaraq, hər ay 1950 manat olmaqla, xx.xx.2024-cü il tarixdək mənə ödəmələri barədə öhdəliklərini qəbul edirəm.

3. Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını, üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul etdiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını, üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul etdiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı və cavabdehlər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Ona görə də barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Qələndərov X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” 2(110)-227/2024 saylı mülki iş üzrə iddiaçı və cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.Biz, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı borclu olduğumuz 8800 manat məbləğində pulun 1000 (bir min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu aprel ayından başlayaraq, hər ay 1950 manat olmaqla, xx.xx.2024-cü il tarixdək İddiaçı ödəməyi öhdəmizə götürürük,

2. Mən, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənə borclu olduqıarı 8800 manat məbləğində pulun 1000 (bir min) manatını xx.xx.2024-cü il tarixədək, qalan 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu aprel ayından başlayaraq, hər ay 1950 manat olmaqla, xx.xx.2024-cü il tarixdək mənə ödəmələri barədə öhdəliklərini qəbul edirəm.

3. Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilir ki, barışıq sazişinin təsdiq edilməsi ilə işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar