Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-228/2020 16.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, "İddiaçı” X8 X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X8 X6 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə xx.xx.2015-ci il tarixli 062/15/PB/YF saylı kredit müqaviləsinə əsasən cəsas borc, 7900,44 ABŞ dolları hesablanmış faiz, 3581,14 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 14803,60 ABŞ dolları kredit borcunun, xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 19095,23 ABŞ dolları əsas borc, 42237,95 ABŞ dolları hesablanmış faiz, 20699,23 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 82032.41 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə əvvəlki “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2015-ci il tarixli 062/15/PB/YF və xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqavilələri imzalanığını, müvafiq olaraq xx.xx.2015-ci il tarixli 062/15/PB/YF saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 28 faizlə, 4500 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqaviləsi üzrə isə 36 ay müddətinə, illik 24 faizlə 22800 ABŞ dolları kreditin verildiyini, kredit müqavilələrinin 2.8-ci bəndinə görə şərtləşdrilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditrla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aidedildikdə faizləri iki qat hesablayıb borcludan tələb edir. xx.xx.2015-ci il tarixli 062/15/PB/YF saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKTa 3222,02 ABŞ dolları əsas borc, 7900,44 ABŞ dolları hesablanmış faiz, 3581,14 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 14803,60 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 19095,23 ABŞ dolları əsas borc, 42237,95 ABŞ dolları hesablanmış faiz, 20699,23 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 82032.41 ABŞ dolları kredit borcunun olduğunu, Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçdığını, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutumanın yönəldilməsinə dair cavabdehə bildirişin verildiyini qeyd edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 062/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 3222,02 ABŞ dolları əsas borc, 7900,44 ABŞ dolları hesablanmış faiz, 3581,14 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 14803,60 ABŞ dolları kredit borcunun, xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 19095,23 ABŞ dolları əsas borc, 42237,95 ABŞ dolları hesablanmış faiz, 20699,23 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 82032.41 ABŞ dolları kredit borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 X6 Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsində qeyd edilən xüsusatları təkrarlayaraq məhkəmədən xx.xx.2015-ci il tarixli 062/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 3222,02 ABŞ dolları əsas borc, 7900,44 ABŞ dolları hesablanmış faiz, 3581,14 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 14803,60 ABŞ dolları kredit borcunun, xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 19095,23 ABŞ dolları əsas borc, 42237,95 ABŞ dolları hesablanmış faiz, 20699,23 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 82032.41 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli 062/15/PB/YF saylı Kredit (Borc) müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "İddiaçı” X8 X6 Cəmiyyətinin Yasamal filialı arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. X5 2-ci bəndinə əsasən kreditor “Borcluya” ev təmiri məqsədilə 24 (itirmi dörd) ay müddətinə illik 28 faiz dərəcəsi ilə iki aylıq güzəşt dövrü ilə hesablanan 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən kreditorun ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən hər ayın müfafiq günü əsas kredit və faiz borclarını ödəməlidir. Bununla əlaqədar borclu kredit götürdüyü pul vəsaiti ilə bir vaxtda müqavilənin bu bəndində göstərilən şərti tənzimləyən borcun ödəniş cədvəlini alır və ona dönmədən əməl etməlidir. Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0.2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 062/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 3222,02 ABŞ dolları əsas borc, 7900,44 ABŞ dolları hesablanmış faiz, 3581,14 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 14803,60 ABŞ dolları kredit borcu vardır. İş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli 062/15/PB/YF saylı kredit müqaviləsinin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, "İddiaçıBANK" ASC Yasamal filialı tərəfindən Cavabdeh illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə iki aylıq güzəşt müddəti ilə 4500 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2015 xx.xx.2015 tarixləri ərzində ayda 105 ABŞ dolları, xx.xx.2015- xx.xx.2017 tarixləri ərzində ayda 264 ABŞ dolları, xx.xx.2017 tarixində isə 259 ABŞ dolları olmaqla, cəmi 6013 ABŞ dolları pulu “İddiaçıBANK" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, Cavabdeh 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2015-ci il tarixli 217/15/PB/YF saylı Kredit (Borc) müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı X8 X6 Cəmiyyətinin Yasamal filialı arasında kredit bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. X5 2-ci bəndinə əsasən kreditor “Borcluya” ev təmiri məqsədilə 36 (otuz altı) ay müddətinə illik 24 faiz dərəcəsi ilə üç aylıq güzəşt dövrü ilə hesablanan 22800 (iyirmi iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən kreditorun ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən hər ayın müfafiq günü əsas kredit və faiz borclarını ödəməlidir. Bununla əlaqədar borclu kredit götürdüyü pul vəsaiti ilə bir vaxtda müqavilənin bu bəndində göstərilən şərti tənzimləyən borcun ödəniş cədvəlini alır və ona dönmədən əməl etməlidir. Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0.2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 19095,23 ABŞ dolları əsas borc, 42237,95 ABŞ dolları hesablanmış faiz, 20699,23 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 82032.41 ABŞ dolları kredit borcu vardır İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, Cavabdeh 22800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2015-ci il tarixli 217/15/PB/YF saylı kredit müqaviləsinin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, "İddiaçıBANK" ASC Yasamal filialı tərəfindən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 3 aylıq güzət müddəti ilə 22800 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 3 aylıq güzət müddəti ərzində xx.xx.2015 – xx.xx.2016 tarixləri ərzində ayda 456 ABŞ dolları, xx.xx.2016– xx.xx.2018 tarixləri ərzində ayda 951 ABŞ dolları, xx.xx.2018 tarixində isə 925 ABŞ dolları olmaqla, cəmi 32725 ABŞ dolları pulu “İddiaçıBANK" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh həçmin ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamış və bu barədə müvafiq akt tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 82/20 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli 062/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinin şərtlərinə əsasən Cavabdeh oğlnun ”İddiaçı“ X8 təşkilatı ASC-nə əsas borcu 3408.21 (üç min dörd yüz səkkiz) ABŞ dolları, faiz borcu 1233.31 (bir min iki yüz otuz üç) ABŞ dolları, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 217/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinin şərtlərinə əsasən isə Cavabdeh oğlnun ”İddiaçı“ X8 təşkilatı ASC-nə əsas borcu 18806.29 (on səkkiz min səkkiz yüz altı) ABŞ dolları, faiz borcu 13783 (on üç min yeddi yüz səksən üç) ABŞ dolları təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, ”İddiaçı“ X8 təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 062/15/PB/YF saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə iki aylıq güzəşt müddəti ilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2015 -xx.xx.2015 tarixləri ərzində ayda 105 ABŞ dolları, xx.xx.2015-xx.xx.2017 tarixləri ərzində ayda 264 ABŞ dolları, xx.xx.2017 tarixində isə 259 ABŞ dolları olmaqla, cəmi 6013 ABŞ dolları pulu “İddiaçıBANK" ASCyə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda ”İddiaçı“ X8 təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 217/15/PB/YF saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə iki aylıq güzəşt müddəti ilə 22800 (iyirmi iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 3 aylıq güzət müddəti ərzində xx.xx.2015 – xx.xx.2016 tarixləri ərzində ayda 456 ABŞ dolları, xx.xx.2016– xx.xx.2018 tarixləri ərzində ayda 951 ABŞ dolları, xx.xx.2018 tarixində isə 925 ABŞ dolları olmaqla, cəmi 32725 ABŞ dolları pulu “İddiaçıBANK" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı ”İddiaçı“ X8 təşkilatı ASC borcluya qarşı məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 82/20 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli 062/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinin şərtlərinə əsasən Cavabdeh oğlnun ”İddiaçı“ X8 təşkilatı ASC-nə əsas borcu 3408.21 (üç min dörd yüz səkkiz) ABŞ dollarıdır. Lakin iş üzrə iddiaçının iddia ərizəsində cavabdehdən xx xxxx 2015-ci il tarixli 062/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinə əsasən əsas borc üzrə 3322,02 (üç min üç yüz iyirmi iki dollar iki sent) ABŞ dolları tutulması xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən xx xxxx 2015-ci il tarixli 062/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinə əsasən əsas borc üzrə 3322,02 (üç min üç yüz iyirmi iki dollar iki sent) ABŞ dolları məbləğində pulun tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizasının rəyini sübut kimi qiymətləndirərək həmin rəyə müvafiq olaraq bu qənaətə gəlir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas və faiz borcuna dair hissədə qismən təmin edilərək xx xxxx 2015-ci il tarixli, 062/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 3322,02 (üç min üç yüz iyirmi iki dollar iki sent) ABŞ dolları, faiz borcuna görə 1233.31 (bir min iki yüz otuz üç dollar otuz bir sent) ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 217/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 18806.29 (on səkiz min səkkiz yüz altı dollar iyirmi doqquz sent) ABŞ dolları, faiz borcuna görə 13783.12 (on üç min yeddi yüz səksən üç dollar on iki sent) ABŞ dolları olmaqla, ümumilikdə hər iki müqavilə üzrə əsas borca görə 22128.31 (iyirmi iki min bir yüz iyirmi səkkiz dollar otuz bir sent) ABŞ dolları, faiz borcuna görə 15016.43 (on beş min on altı dollar qırx üç sent) ABŞ dolları olmaqla, cəmi 37144.74 (otuz yeddi min bir yüz qırx dörd dollar yetmiş dörd sent) ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin xx xxxx 2015-ci il tarixli, 062/15/PB/YF saylı kredit müqaviləsi üzrə tələb olunan 3581.14 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 217/15/PB/YF saylı kredit müqaviləsi üzrə isə 20699.23 ABŞ dolları dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş əsas və faiz borcunun miqdarını, kreditorun və borclunun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Məhkəmə hər iki müqavilə üzrə ümumilikdə tələb olunan 24280.37 ABŞ dolları məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləğinin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, xx xxxx 2015-ci il tarixli, 062/15/PB/YF saylı kredit müqaviləsi üzrə dəbbə pulunun 358 (üç yüz əlli səkkiz) ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 217/15/PB/YF saylı kredit müqaviləsi üzrə isə 2070 (iki min yetmiş) ABŞ dolları olmaqla, ümumilikdə 2428 (iki min dörd yüz iyirmi səkkiz) ABŞ dolları həcmində cərimə borcunun müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15.52 manatı iddiaçıya aid edilməli, qalan 14.48 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq İddiaçı X8 X6 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2015-ci il tarixli, 062/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 3322,02 (üç min üç yüz iyirmi iki dollar iki sent) ABŞ dolları, faiz borcuna görə 1233.31 (bir min iki yüz otuz üç dollar otuz bir sent) ABŞ dolları, cərimə borcuna görə 358 (üç yüz əlli səkkiz) ABŞ dolları olmaqla 4913.33 (dörd min doqquz yüz on üç dollar otuz üç sent) ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 217/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 18806.29 (on səkiz min səkkiz yüz altı dollar iyirmi doqquz sent) ABŞ dolları, faiz borcuna görə 13783.12 (on üç min yeddi yüz səksən üç dollar on iki sent) ABŞ dolları, cərimə borcuna görə 2070 (iki min yetmiş) ABŞ dolları olmaqla 34659.41 (otuz dörd min altı yüz əlli doqquz dollar qırx bir sent) ABŞ dolları, ümumilikdə hər iki müqavilə üzrə əsas borca görə 22128.31 (iyirmi iki min bir yüz iyirmi səkkiz dollar otuz bir sent) ABŞ dolları, faiz borcuna görə 15016.43 (on beş min on altı dollar qırx üç sent) ABŞ dolları, cərimə borcuna görə 2428 (iki min dörd yüz iyirmi səkkiz) ABŞ dolları olmaqla, cəmi 39572.74 (otuz doqquz min beş yüz yetmiş iki dollar yetmiş dörd sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq İddiaçı X8 X6 Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı X8 X6 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 14.48 (on dörd manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-228/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-228/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver