Məhkəmə qərarları › İş №2(110)-229/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-229/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-229/2020 21.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı” X8 X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X8 X6 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 6988,54 ABŞ dolları əsas borc, 18000,11 ABŞ dolları hesablanmış faiz, 7600,53 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 32589,18 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə əvvəlki “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqavilələri imzalanığını, müvafiq olaraq xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 26 faizlə 10329 ABŞ dolları kreditin verildiyini, kredit müqavilələrinin 2.8-ci bəndinə görə şərtləşdrilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditrla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə iad edildikdə faizləri iki qat hesablayıb borcludan tələb edir. xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 6988,54 ABŞ dolları əsas borc, 18000,11 ABŞ dolları hesablanmış faiz, 7600,53 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 32589,18 ABŞ dolları kredit borcunun olduğunu, Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçdığını, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutumanın yönəldilməsinə dair cavabdehə bildirişin verildiyini qeyd edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 6988,54 ABŞ dolları əsas borc, 18000,11 ABŞ dolları hesablanmış faiz, 7600,53 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 32589,18 ABŞ dolları kredit borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 X6 Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsində qeyd edilən xüsusatları təkrarlayaraq məhkəmədən xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 6988,54 ABŞ dolları əsas borc, 18000,11 ABŞ dolları hesablanmış faiz, 7600,53 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 32589,18 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına və iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli 155/15/PB/YF saylı Kredit (Borc) müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "İddiaçı” X8 X6 Cəmiyyətinin Yasamal filialı arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. X5 2-ci bəndinə əsasən kreditor “Borcluya” ev təmiri məqsədilə 36 (otuz altı) ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanan 10329 (on min üç yüz iriymi doqquz) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən kreditorun ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən hər ayın müfafiq günü əsas kredit və faiz borclarını ödəməlidir. Bununla əlaqədar borclu kredit götürdüyü pul vəsaiti ilə bir vaxtda müqavilənin bu bəndində göstərilən şərti tənzimləyən borcun ödəniş cədvəlini alır və ona dönmədən əməl etməlidir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0.2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 6988,54 ABŞ dolları əsas borc, 18000,11 ABŞ dolları hesablanmış faiz, 7600,53 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 32589,18 ABŞ dolları kredit borcu vardır. İş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsinin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, "İddiaçıBANK" ASC Yasamal filialı tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 10329 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2015 – xx.xx.2018 tarixləri ərzində ayda 417 ABŞ dolları, xx.xx.2018 tarixində isə 376 ABŞ dolları olmaqla, cəmi 14971 ABŞ dolları pulu “İddiaçıBANK" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, Cavabdeh 10329 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3618/2016 saylı, xx.xx.2016-cı il tarixli Qərarının surətindən görünür ki, Məcburi ləğv prosesində olan “İddiaçıbank” ASC hüquqi varislik qaydasında yenidən təşkil olunmaqla X8 Təşkilatına çevrilmişdir. İş materiallarına əlavə olunmuş 010 nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunu 7 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, əks təqdirdə onlara qarşı məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan və tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından məktubun onlara çatdırılması mümkün olmamış və bununla bağlı akt tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 114/20 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ”İddiaçı“ X8 təşkilatı ASC-nə əsas borcu 6877,97 (altı min səkkiz yüz yetmiş yeddi dollar doxsan yeddi sent) ABŞ dolları, faiz borcu 3572.01 (üç min beş yüz yetmiş iki dollar bir sent) ABŞ dolları təşkil edir, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Məhkəmə tədqiqatının nəticəsində müəyyən edildi ki, ”İddiaçı“ X8 təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 155/15/PB/YF saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 10329 (on min üç yüz iyirmi doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2015 – xx.xx.2018 tarixləri ərzində ayda 417 ABŞ dolları, xx.xx.2018 tarixində isə 376 ABŞ dolları olmaqla, cəmi 14971 ABŞ dolları pulu “İddiaçıBANK" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx xxxx 2020ci il tarixli, 114/20 nömrəli ekspert rəyi ilə Cavabdeh xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı Kredit (Borc) müqaviləsi üzrə ”İddiaçı“ X8 təşkilatı ASC-nə əsas borcunun 6877,97 (altı min səkkiz yüz yetmiş yeddi dollar doxsan yeddi sent) ABŞ dolları, faiz borcunun isə 3572.01 (üç min beş yüz yetmiş iki dollar bir sent) ABŞ dolları olması təsdiqini tapmışdır. Cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı ”İddiaçı“ X8 təşkilatı ASC borclu Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx xxxx 2020-ci il tarixli, 114/20 nömrəli ekspert rəyi ilə Cavabdeh xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı Kredit (Borc) müqaviləsi üzrə ”İddiaçı“ X8 təşkilatı ASC-nə əsas borc üzrə 6877,97 (altı min səkkiz yüz yetmiş yeddi dollar doxsan yeddi sent) ABŞ dolları, faiz borcuna görə 3572.01 (üç min beş yüz yetmiş iki dollar bir sent) ABŞ dolları olması müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna dair hissədə qismən təmin edilərək, kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 6877,97 (altı min səkkiz yüz yetmiş yeddi dollar doxsan yeddi sent) ABŞ dolları, faiz borcuna görə 3572.01 (üç min beş yüz yetmiş iki dollar bir sent) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 7600,53 ABŞ dolları dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 7600,53 ABŞ dolları cərimə (dəbbə pulu) onun əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 500 (beş yüz) ABŞ dolları məbləğədək azaldılaraq, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması ədalətli hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx xxxx 2015-ci il tarixli, 155/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 6877,97 (altı min səkkiz yüz yetmiş yeddi dollar doxsan yeddi sent) ABŞ dolları, faiz borcuna görə 3572.01 (üç min beş yüz yetmiş iki dollar bir sent) ABŞ dolları, cərimə borcuna görə 500 (beş yüz) ABŞ dolları olmaqla cəmi 10949.98 (on min doqquz yüz qırx doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq İddiaçı X8 X6 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 19.92 manatı iddiaçıya aid edilməli, qalan 10.08 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq İddiaçı X8 X6 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 155/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 6877,97 (altı min səkkiz yüz yetmiş yeddi dollar doxsan yeddi sent) ABŞ dolları, faiz borcuna görə 3572.01 (üç min beş yüz yetmiş iki dollar bir sent) ABŞ dolları, cərimə borcuna görə 500 (beş yüz) ABŞ dolları olmaqla cəmi 10949.98 (on min doqquz yüz qırx doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq İddiaçı X8 X6 Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı X8 X6 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 10.08 (on manat səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar