Məhkəmə qərarları › İş №2(110)-232/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-232/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-232/2020 12.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı” X8 X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X8 X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı” BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 2567,27 ABŞ dolları əsas borc, 6499,47 ABŞ dolları hesablanmış faiz, 2767,52 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 11834,26 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 ilə əvvəlki “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqavilələri imzalanığını, müvafiq olaraq xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 30 faizlə, 3486 ABŞ dolları kreditin verildiyini, kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli 142/15/PB/YF-Z saylı zaminlik müqaviləsinin bağlandığını, həmin zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin-faizlərin, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirlər ilə birgə məsuliyyətin daşıdığını, kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdrilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditrla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə iad edildikdə faizləri iki qat hesablayıb borcludan tələb edir. xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKTa 2567,27 ABŞ dolları əsas borc, 6499,47 ABŞ dolları hesablanmış faiz, 2767,52 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 11834,26 ABŞ dolları kredit borcunun olduğunu, Cavabdeh1 xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçdığını, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutumanın yönəldilməsinə dair cavabdehə bildirişin verildiyini qeyd edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı” BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 2567,27 ABŞ dolları əsas borc, 6499,47 ABŞ dolları hesablanmış faiz, 2767,52 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 11834,26 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 X6 Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsində qeyd edilən xüsusatları təkrarlayaraq məhkəmədən xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 2567,27 ABŞ dolları əsas borc, 6499,47 ABŞ dolları hesablanmış faiz, 2767,52 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 11834,26 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxışına gəlməmişlər və məhkəməyə gəlməmərinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaç təşkilaatın nümayəndəsinin izahatına və iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli 142/15/PB/YF saylı Kredit (Borc) müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə "İddiaçı” X8 X6 Cəmiyyətinin Yasamal filialı arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. X5 2-ci bəndinə əsasən kreditor “Borcluya” ev təmiri məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 30 faiz dərəcəsi ilə hesablanan 3486 (üç min dörd yüz səksən altı) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən kreditorun ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən hər ayın müfafiq günü əsas kredit və faiz borclarını ödəməlidir. Bununla əlaqədar borclu kredit götürdüyü pul vəsaiti ilə bir vaxtda müqavilənin bu bəndində göstərilən şərti tənzimləyən borcun ödəniş cədvəlini alır və ona dönmədən əməl etməlidir. Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0.2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 ilə “İddiaçıbank” ASC arasında xx xxxx 2015-ci il tarixli 142/15/PB/YF-Z saylı zaminlik müqavilədən aydın olur ki, borclu Cavabdeh1 ilə "İddiaçı” ASC arasında xx.xx.2015-ci il tarixli 142/15/PB/YF npmrəli (borc) müqaviləsi üzrə lik 30 faizlə 24 ay müddətinə aldığı 3486 (üç min dörd yüz səksən altı) ABŞ dolları kredit borcu öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bağlanılmış, zamin borclunun kreditor qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqaviləsinə əsasən 2567,27 ABŞ dolları əsas borc, 6499,47 ABŞ dolları hesablanmış faiz, 2767,52 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 11834,26 ABŞ dolları kredit borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 142/15/PB/YF saylı kredit müqaviləsinin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, "İddiaçıBANK" ASC Yasamal filialı tərəfindən Cavabdeh1 illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 3486 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2015 – xx.xx.2017 tarixləri ərzində ayda 195 ABŞ dolları, cəmi 4485 ABŞ dolları pulu “İddiaçıBANK" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, Cavabdeh1 3486 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3618/2016 saylı, xx.xx.2016-cı il tarixli Qərarının surətindən görünür ki, Məcburi ləğv prosesində olan “İddiaçıbank” ASC hüquqi varislik qaydasında yenidən təşkil olunmaqla X8 Təşkilatına çevrilmişdir. İş materiallarına əlavə olunmuş 009 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “xxxxxxxxxxxxxxxx” ASC vasitəsilə dövlət büdcəsinn AZ37NABZ******************** saylı müxbir hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan vətərtib edilmiş aktlardan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığından məktubun onlara çatdırılması mümkün olmamış və bununla bağlı aktlar tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 83/20 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli 142/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 ”İddiaçı“ X8 təşkilatı ASC-nə əsas borcu 2570,21 (iki min beş yüz yetmiş dollar iyirmi bir sent) ABŞ dolları, faiz borcu 1092,34 (bir min doxsan iki dollar otuz dörd sent) ABŞ dolları təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "İddiaçıBANK" ASC Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 142/15/PB/YF saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30 faiz ödəmək şərtilə 3486 (üç min dörd yüz səksən altı) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2015 – xx.xx.2017 tarixləri ərzində ayda 195 ABŞ dolları, cəmi 4485 ABŞ dolları pulu “İddiaçıBANK" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Eyni zamanda Cavabdeh2 “İddiaçıbank” ASC ilə aralarında bağaladıqları xx xxxx 2015-ci il tarixli 142/15/PB/YF saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 kreditor qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı ”İddiaçı“ X8 təşkilatı ASC borclu və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx xxxx 2020-ci il tarixli, 83/20 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli 142/15/PB/YF saylı Kredit (Borc) müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 oğlnun ”İddiaçı“ X8 təşkilatı ASC-nə olan əsas borcu 2570,21 (iki min beş yüz yetmiş dollar iyirmi bir sent) ABŞ dollarıdır. Lakin iş üzrə iddiaçının iddia ərizəsində iş üzrə cavabdehdən əsas borc üzrə 2567.27 (iki min beş yüz altmış yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları tutulması xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən əsas borc üzrə 2567.27 (iki min beş yüz altmış yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna dair hissədə qismən təmin edilərək, kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 2567.27 (iki min beş yüz altmış yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları, faiz borcuna görə 1092.34 (bir min doxsan iki dollar otuz dörd sent) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 2767,52 ABŞ dolları dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, kredit razılaşması üzrə 2767,52 ABŞ dolları məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləğinin 277 (iki yüz yetmiş yeddi) ABŞ dolları həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borclu Cavabdeh1 ilə yanaşı, zamin Cavabdeh2 da müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi xx xxxx 2015-ci il tarixində iki il müddətinə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə belə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin zamin Cavabdeh2 qarşı hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20.02 manatı iddiaçıya aid edilməli, qalan 9.98 (doqquz manat doxsan səkkiz qəik) manat məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq İddiaçı X8 X6 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, 142/15/PB/YF saylı kredit müqaviləsi üzrə əsas borca görə 2567.27 (iki min beş yüz altmış yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları, faiz borcuna görə 1092.34 (bir min doxsan iki dollar otuz dörd sent) ABŞ dolları, cərimə borcuna görə 277 (iki yüz yetmiş yeddi) ABŞ dolları olmaqla 3936.61 (üç min doqquz yüz otuz altı dollar altmış bir sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq İddiaçı X8 X6 Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı X8 X6 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 9.98 (doqquz manat doxsan səkkiz qəik) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar