Məhkəmə qərarları › İş №2(110)-232/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-232/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-232/2022 16.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(110)-602/2019 saylı qətnaməsi ilə bu nikahdan olan yetkinlik yaşına çatmayan 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılması, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2022-ci il uşaqlar üçün müəyyən olunuş yaşayış minimumuna uyğun olaraq bir uşağa görə 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla iki uşağa görə 386 (üç yüz səksən altı) manat miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh uşaqlara görə əlavə xərclərdə iştirakının təmin olunması, hər ay əlavə xərclərinin yarısının 90 manatının alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Şərur rayon Məhkəməsinin 14.09.2020-cu il tarixli 2(110)-224/2020 saylı qətnaməsinə əsasən Cavabdeh Nizami oğlu arasında 29.12.2008-ci il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində 278 saylı akt qeydi ilə bağlanmış nikahın xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən pozulduğunu, bu nikahdan doğulmuş 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yaşayış yerinin onun yanında qalmasının müəyyən edildiyini, Şərur rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(110)-602/2019 saylı qətnaməsi ilə bu nikahdan olan azyaşlı uşaqları 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 100 manat miqdarında olmaqla iki uşağa görə hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, cavabdehin bu günə kimi ödədiyi alimentin məbləğinin Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş minimum dolanışacaq məbləğindən çox aşağı olduğunu, cavabdehin aliment ödəməkdən başqa uşağın digər xərcləri ilə maraqlanmadığını, hal-hazırda uşaqların böyüdüyünü, Cabirin 13, Zümrüdün isə 11 yaşı olduğunu, onların orta məktəbdə oxuduqlarını və gündəlik tələbatlarının da yetərincə artdığını, cavabdehin aliment ödəməkdən başqa uşaqların digər tələbatları ilə maraqlanmadığını, ödədiyi aliment miqdarının isə uşaqların tələbatlarının ödənilməsinə yetmədiyini, o cümlədən ödənilən alimentin miqdarının isə uşaqların ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox aşağı olduğunu, özünün heç bir yerdə işləmədiyini, uşaqların gündəlik tələbatını ödəməyin onun üçün çox çətin olduğunu, cavabdehin isə maddi vəziyyətinin yaxşı olduğunu, alimentin məbləğin artırılmasının cavabdehin maddi vəziyyətinə təsir etməyəcəyini hesab etdiyini, cavabdehin övladı ilə ümumiyyətlə maraqlanmadığını, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtlıvaxtdan ödəmədiyini qeyd etmək istədiyini, uşağın bütün qayğısını ehtiyacını tamamilə özünün çəkdiyini, böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdehin onlara qarşı aliment ödəməkdən başqa heç bir diqqqət və qayğı göstərmədiyini, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmənin tək qadın olaraq onun üçün çətin olduğunu, aralarında olan ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılmasına dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Şurasına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də mediasiya şurası tərəfindən mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16.02.2022-ci il tarixdə MŞİH 14695/2022 saylı arayış verildiyini buna görə də “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək, Şərur rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(110)-602/2019 saylı qətnaməsi ilə bu nikahdan olan yetkinlik yaşına çatmayan 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılması, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2022-ci il uşaqlar üçün müəyyən olunuş yaşayış minimumuna uyğun olaraq bir uşağa görə 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla iki uşağa görə 386 (üç yüz səksən altı) manat miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh uşaqlara görə əlavə xərclərdə iştirakının təmin olunması, hər ay əlavə xərclərinin yarısının 90 manatının alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında həqiqətən də, iddiaçı ilə 2018-ci il tarixdə ailə qurduqlarını, birgə nikahlarından iki uşaqlarının-26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 doğulduğunu, iddiaçı ilə aralarındakı nikahın 2020-ci ildə pozulduğunu və birgə nikahdan doğulmuş uşaqlarının iddiaçının yanında qalmasının müəyyən olunduğunu, uşaqların saxlanması üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində ödədiyini, alimenti vaxtında ödəməsinə baxmayaraq, iddiaçının uşaqları ilə görüşməsinə maneə yaratdığını, özünün yenidən ailə qurduğunu, 568 manat əməkhaqqı aldığını, 200 manatdan artıq aliment ödəyə bilməyəcəyini bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.12.2020-ci il tarixli AZ-İ № 221912 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 02.12.2020-ci il tarixdə rəsmi nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə 85 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2008-ci il tarixli, AZ İİ 331966 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 26 noyabr 2008-ci il təvəllüdlü X4 valideyinləridir. İş materiallarında olan Şərur rayon Alışar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 dekabr 2010-cu il tarixli, AZ İİ 507872 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 09 noyabr 2010-cu il təvəllüdlü X1 valideyinləridir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-602/2021 nömrəli 30.09.2019-cu il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddia qismən təmin edilməklə Şərur rayon Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh oğlundan 26 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 09 noyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Alışar kəndində qeydiyyatda olan X3 ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan 16.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasına xitam verilməsi haqqında protokoldan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən ilkin mediasiya sessiyasına xitam verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsi tərəfindən verilmiş 8/74 nömrəli, 06.05.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq qazancı tutqular tutulduqdan sonra 587 manat, 25 qəpikdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında Cavabdeh ona ayda cəmi 200 (iki yüz) manat aliment ödədiyini, aliment ödəməkdən başqa uşağın digər xərcləri ilə maraqlanmadığını, haliyyədə uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini, çünki övladlarının böyüdüyünü, uşaqlar böyüdükcə tələbatlarının artdığını və.s qeyd etməklə aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-175/2021 nömrəli 11.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə hər ay 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X6 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddia tələbini qismən təmin edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-602/2019 nömrəli, 30.09.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin Cavabdeh uşaqlara görə əlavə xərclərdə iştirakının təmin olunması, yəni hər ay əlavə xərclərinin yarısının 90 manatının alınıb onun xeyrinə ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia ərizəsində məhz hər ay uşaqlar üçün əlavə xərclər çəkdiyini və onun yarısının cavabdehdən alınaraq ona ödənilməsini xahiş etsədə əlavə xərclərə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin təsdiqlənməsi üçün iddiaçının sübut etmədiyi halları mövcud olmayan hal kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 70 manatdır ki, bu da il ərzində 840 manat (70x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-602/2019 nömrəli, 30.09.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar