Məhkəmə qərarları › İş №2(110)-233/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-233/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-233/2021 07.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3097.31 (üç min doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu üzrə 108.18 (bir yüz səkkiz manat on səkkiz qəpik) manat, cəmi 3205.49 üç min iki yüz beş manat qırx doqquz qəpik) manat borcun, həmçinin iddia ərizəsi üzrə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 30 mart 2021-ci il tarixdə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ünvanlayaraq ərizəsində iddiaçı “xxxx” ASC tərəfindən Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə Naxçıvan MR Şərur rayon məhkəməsinə müraciət edildiyini, iş üzrə yeni maliyyə arayışı təqdim edilərək bildirilir ki, 15.03.2021-ci il tarixinə 3063,67 (üç min altmış üç manat altmış yeddi qəpik) manat əsas borc, 104,53 (bir yüz dörd manat əlli üç qəpik) manat faiz borcu, cəmi 3168,20 (üç min bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat borc məbləği mövcud olduğunu, Cavabdeh Qafar oğlundan iddiaçı “xxxx” ASC-nin xeyrinə 3063,67 (üç min altmış üç manat altmış yeddi qəpik) manat əsas borc, 104,53 (bir yüz dörd manat əlli üç qəpik) manat faiz borcu, cəmi 3168,20 (üç min bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat borc məbləğinin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə 2(110)-233/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qərardadla mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı “xxxx” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi 30.03.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" barədə iddia ərizəsi ilə Naxçıvan MR Şərur Rayon Məhkəməsinə müraciət etdiklərini, 2(110)-233/2020 saylı mülki iş üzrə iddia tələbini müdafiə edərək mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 26% dərəcəsi ilə hesablanmaqla, 4800 (dörd min səkkiz yüz manat 0 qəpik) manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın müqavilə ilə müəyyən edilmişmüddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, lakin cavabdehin müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəmədiyini, 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli kredit müqaviləsinə əsasən 15.01.2021-ci il tarixinə Cavabdeh əsas borc üzrə 3097.31(üç min doxsan yeddi manat otuz bir qəpik) manat, faiz borcu üzrə 108.18 (bir yüz səkkiz manat on səkkiz qəpik) manat, cəmi 3205.49 (üç min iki yüz beş manat qırx doqquz qəpik) manat borcu olduğunu qeyd edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3097.31 (üç min doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu üzrə 108.18 (bir yüz səkkiz manat on səkkiz qəpik) manat, cəmi 3205.49 üç min iki yüz beş manat qırx doqquz qəpik) manat borcun. həmçinin iddia ərizəsi üzrə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq о, məhkəmə baxışı iclaslarına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”xxxx” ASC ilə Cavabdeh arasında 26.07.2018-ci il tarixdə BPM**********39 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.2, 5.3 və 6.1-ci bəndinə əsasən Borcverən istehlak məqsədi ilə 4800 (dörd min səkkiz yüz) AZN məbləğində krediti 48 (qırx səkkiz) ay müddətinə (26.07.2022 tarixədək) illik 26 (iyirmi altı) faiz ödəmək şərtilə Borcalana verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 8-ci bəndinə əsasən Borcverən Borcalandan krediti və ona hesablanmış faizləri vaxtından əvvəl qayatarılmasını tələb edə bilər... Həmin Müqavilənin 12.7-ci bəndinə əsasən Borcalan kreditin rəsmiləşdirilməsi və xidməti üzrə Borc verənə kredit məbləğinin 1 %-i (minimum 20 AZN) miqdarında, 48 manat məbləğində komisyon haqqı ödəyir. İş materiallarına əlavə olunmuş 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli Məxaric orderinin surətindən görünür ki, "xxxx” ASC tərəfindən Cavabdeh 4752 (dörd min yeddi yüz əlli iki manat, 0 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 15 yanvar 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 15.01.2021-ci il tarixə Cavabdeh Banka əsas borc üzrə 3097.31 (üç min doxsan yeddi manat otuz bir qəpik) manat faiz borcu üzrə 108.18 (bir yüz səkkiz manat on səkkiz qəpik) manat, cəmi 3205.49 üç min iki yüz beş manat qırx doqquz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli Kredit Müqaviləyə Əlavə 1-ə (ödəniş cədvəlinə) əsasən, ”xxxx” ASC tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi ilə 48 ay müddətinə 4800 AZN məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 26.08.2018 – 26.06.2022 tarixləri ərzində ayda 161.9 manat, 26.07.2022 tarixində isə 157.17 manat olmaqla, cəmi 7766.47 manat pulu ”xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 12.01.2021-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin 16.11.2020 il tarixli, bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 15 mart 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 15.03.2021-ci il tarixə Cavabdeh Banka əsas borc üzrə 3063.67 (üç min altmış üç manat altmış yeddi qəpik) manat, faiz borcu üzrə 104.53 (bir yüz dörd manat əlli üç qəpik) manat olmaqla, cəmi 3168.2 (üç min bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-233/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qərardadından görünür ki, iddia tələbinin həcmi azaldılmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə 48 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Borcalan isə götürdüyü krediti faizləri ilə birlikdə 26.08.2018 – 26.06.2022 tarixləri ərzində ayda 161.9 manat, 26.07.2022 tarixində isə 157.17 manat olmaqla, cəmi 7766.47 manat ”xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq Banka əsas borc üzrə 3063.67 (üç min altmış üç manat altmış yeddi qəpik) manat, faiz borcu üzrə 104.53 (bir yüz dörd manat əlli üç qəpik) manat olmaqla, cəmi 3168.2 (üç min bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı “xxxx” ASC Borcalana qarşı borcun qaytarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməklə “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 3063.67 (üç min altmış üç manat altmış yeddi qəpik) manat, faiz borcu üzrə 104.53 (bir yüz dörd manat əlli üç qəpik) manat olmaqla, cəmi 3168.2 (üç min bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat borc tutularaq ”xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26.07.2018-ci il tarixli BPM**********39 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 3063.67 (üç min altmış üç manat altmış yeddi qəpik) manat, faiz borcu üzrə 104.53 (bir yüz dörd manat əlli üç qəpik) manat olmaqla, cəmi 3168.2 (üç min bir yüz altmış səkkiz manat iyirmi qəpik) manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 (qırx) manat bank xidmət haqqının əvəzi, ümumilikdə 3198.6 (üç min bir yüz doxsan səkkiz manat altmış qəpik) manat pul tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar