Məhkəmə qərarları › İş №2(110)-235/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-235/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-235/2022 29.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq aldığı 1650 (bir min altı yüz əlli) manat və dövlət rüsumu olaraq ödədiyi 36 (otuz altı) manat, cəmi 1686 (bir min altı yüz səksən altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh qız nəvəsi X7 Şərur şəhər 2 saylı tam orta məktəbində dərs dediyini, Cavabdeh ilə də nəvəsini dərsə gətirib-aparanda tanış olduğunu, təqribən 2021-ci ilin may ayında Cavabdeh nəvəsini məktəbdən aparmağa gələrkən müəllimə yoldaşı X2 yanında ona qızının xəstə olduğunu, müalicə üçün pul lazım olduğunu bildirərək ona iki aylığına borc pul verməyini xahiş etdiyini, onun cavabdehə bir valideyn kimi inandığını və ona “mənim özümdə pul yoxdur, amma çalışaram sənə pul tapım verim” dediyini, bu məqsədlə onun qudası X4 1650 (bir min altı yüz əlli) manat pulu borc alaraq cavabdeh elza X1 yanında verdiyini, həmin vaxt ona inandığı üçün ondan heç bir rəsmi sənəd almadığını, onun cavabdehə 1650 (bir min altı yüz əlli) manat pul borc verməyini şahid ifadələrinin də təsdiq edə biləcəyini, aralarında olan razılaşmaya əsasən Elza pulu iki ay müddətinə qaytarmalı olduğunu, lakin bu vaxta kimi Cavabdeh ondan aldığı pulu hələdə qaytarmadığını, bu müddət ərzində onun Elzaya pulu başqasından aldığını, pulun sahibinin pulunu istədiyini, pulu qaytarmaq lazım olduğunu bildirsə də hər dəfə Elzanın ona pulu olmadığını, ona görə də pulu qaytara bilməyəcəyini bildirdiyini, həmin vaxtı onun özünə də pul lazım olduğu üçün onun "xxxx" ASC-nin Şərur rayon filialına kredit verilməsi barədə müraciət etdiyini, "xxxx" ASC-nin Şərur rayon filialından ona 30.09.2021-ci il tarixdə kredit götürərək Elzaya borc olaraq götürüb verdiyi 1650 (bir min altı yüz əlli) manat pulu Ramiz İsmayılova qaytardığını, onun "xxxx" ASC-dən götürdüyü 9000 (doqquz min) manat kreditə görə hər ay ödəniş cədvəli üzrə 325 manat ödədiyini, Cavabdeh isə ona krediti ödəməkdə köməklik edəcəyini bildirsə də bu günə kimi ona olan borcunu qaytarmadığını, onun şifahi olaraq bu barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət etsə də hər dəfə Cavabdeh pulu olmadığını, ona görə də ondan borc olaraq aldığı pulu qaytara bilməyəcəyini bildirdiyini, bu səbəbdən də onun məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək Cavabdeh borc olaraq aldığı 1650 (bir min altı yüz əlli) manat və dövlət rüsumu olaraq ödədiyi 36 (otuz altı) manat, cəmi 1686 (bir min altı yüz səksən altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdehə 1650 manat pul verdiyini, bunu cavabdehin özünü də yaxşı bildiyini, lakin bunu təsdiq edəcək şahidin ərazidə olmadığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qismən qəbul etdiyini, iddiaçıdan onun qeyd etdiyi kimi 1650 manat deyil, qızı xəstə olduğu üçün 1500 manat pul aldığını, qızının müalicəsini davam etdirdiyi üçün borunu iddiaçıya qaytara bilmədiyini, Şərur şəhərində olan evlərini satışa çıxardıqlarını, müştərinin gəlib evə baxdığını, yaxın günlərdə evi satan kimi iddiaçıya olan borcunu ödəyəcəyini, iddiaçıya borcunun olmasına dair məhkəməyə ərizə də ünvanladığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Şərur rayon filialının 23 fevral 2022-ci il tarixli 156/001 saylı məktubundan görünür ki, 30.09.2021-ci il tarixdə "xxxx" ASC-nin Şərur rayon filialı tərəfindən İddiaçı verilmiş İK1006681 saylı kredit müqaviləsinə əsasən 9000 (doqquz min) manat məbləğində kreditin 23.02.2022-ci il tarixinə əsas borcu 8209.92 manat, faiz borcu 72.17 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 22.02.2022-ci il tarixli 6105 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 36.50 (otuz altı manat əlli qəpik) manat rüsum ödəmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ərizəsində İddiaçı ona qarşı iddia qaldıraraq 1650 manat pulun və 36 manat dövlət rüsmunu ondan alınaraq iddiaçıya ödənilməsini xahiş etdiyini, onun Rahilədən 1500 manat pul aldığını, qısa zamanda evini satıb borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1650 manat pulun tutulmasını tələb etsə də, məhkəmə baxışı iclasında iştirak edən cavabdeh isə iddiaçıdan 1650 manat deyil 1500 manat pul aldığını etiraf edərək məhkəməyə yazılı ərizəsini təqdim etmiş, idiaçı isə məhkəməyə cavabdehə 1650 manat pul verdiyini təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir Beləliklə də, məhkəmə bir daha qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbinin əsası kimi cavabdehə borc olaraq 1650 manat məbləğində pul verdiyini desə də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, məhəkəmə iclaslarında iştirak edən cavabdeh isə etirafedici izahatı ilə iddia tələbini qismən qəbul edərək iddiaçıya 1500 (bir min beş yüz) manat məbləğində borcunun olmasını etiraf etmişdir. Məhkəmə cavabdehin iddiaçıya 1500 (bir min beş yüz) manat məbləğində borcunun olmasını etiraf etməsini, iddiaçı tərəfindən isə iddia tələbinin digər hissədə sübut edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilərək Şərur şəhəri, H.Əliyev küçəsi 49, mənzil 02-də qeydiyyatda olan Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul tutularaq Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 36.50 (otuz altı manat əlli qəpik) manat dövlət rüsumunun 3.50 (üç manat əlli qəpik) manatı iddiaçıya aid edilməli, qalan 33 (otuz üç) manat isə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur şəhəri, H.Əliyev küçəsi 49, mənzil 02-də qeydiyyatda olan Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul tutularaq Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 36.50 (otuz altı manat əlli qəpik) manat dövlət rüsumunun 33 (otuz üç) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar