Məhkəmə qərarları › İş №2(110)-237/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-237/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-237/2024 29.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat borc, kredit müqaviləsi üzrə sığorta haqqı və ödənilmiş faiz məbləği olraq 1628 manat və 1000 manat məbləğində mənəvi ziyan olmaqla ümumilikdə 5628 (beş min altı yüz iyirmi səkkiz) manat pulun eyni zamanda ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun Cavabdeh alınaraq onun - İddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh onun keçmiş iş yoldaşı olduğunu, onu uzun müddətdir tanıdığını və vaxtı ilə aralarında səmimi yoldaşlıq münasibəti də olduğunu, bu münasibətə əsaslanaraq 2021-ci ilin iyun ayında cavabdehin bu etibarından istifadə edərək təcili olaraq onun 10.000 manat pula ehtiyacı olduğunu bildirdiyini, onun münasibətləri olduğu üçün ona köməklik etməyi özünə borc bildiyini, həmin vaxt bildiyinə görə cavabdehin həqiqətən də bu pula çox ehtiyac olduğunu, göstərilən tarixdə onun adına artıq götürülmüş kredit olduğu üçün, məcburi qaydada anası Lalabəyim Əliyevanın adına kredit götürülərək Cavabdeh verilməsi barədə razılaşdıqlarını, hansı ki, cavabdehin bu borcu 5-6 ay ərzinda qaytaracağını və bununla bağlı ona dəymiş bütün zərəri ödəyəcəyini öhdəsinə götürdüyünü, bu məqsədlə 2021-ci ilin avqust ayının 02-də anası illik 24,71 faizlə 20 ay müddətinə ödəmək şərtilə Kapitalbank ASC-nin Şərur filialından 5800 manat kredit götürüb üzərinə müəyyən məbləğ əlavə etməklə hazırki məzənnəyə uyğun cavabdehə 5000 ABŞ dolları (8500 manat) pul verdiyini, cavabdehin kredit müqaviləsi üzrə borcunu vaxtında ödəməyi öhdəsinə götürsə də bu vədinə əməl etmədiyini və dəfələrə ona edilmiş xəbərdarlıqların isə heç bir nəticəsi olmadığını, nəticədə bu səbəbdən aralarında münasibət də pozulduğunu, sonradan onun tələbi ilə onun ona 2021 və 2022-ci illərdə müxtəlif vaxtlarda 1500 manat, 2023-cü ilin əvvəllərində isə yenə 1500 manat pul qaytardığını, bundan sonra onun ona olan borcunu qaytarmaq niyyətinin olmamasını görüb polis orqanlarına müraciət etdiyini, bu vəsilə ilə həmin ilin sentyabr ayında cavabdehin ona daha 2500 manat pul ödədiyini, müraciəti əsasında Şərur rayon Polis İdarəsinin əməkdaşı tərəfindən 18 dekabr 2023cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini, cavabdehin isə həmin orqanda vermiş olduğu izahatında ona olduğu borcunu etiraf edərək qalıq borcunu guya 2024-cü ilin yazında qaytaracığına söz verdiyini, onun ona olan borcunu qaytaracağına ümidi olmadığını, bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etdiyini, onun cavabdehə 5000 ABŞ dolları (8500 manat) pul borc verdiyini, cavabdehin həmin borcun 5500 manat hissəsini qaytardığını, lakin onun cavabdehə borc vermək üçün anasının adına götürdüyü olduğu kredit məbləği üzrə 290 manat sığorta haqqı, 1338 manat isə həmin kreditə uyğun faiz ödəməklə əlavə zərər çəkdiyini, halbu ki, cavabdehin qeyd etdiyi məbləğləri ona qaytaracağına söz verdiyini, bundan başqa cavabdehin qanunazidd davaranışı nəticəsində ona 1000 manat məbləğində mənəvi ziyan da vurduğunu, hazırda da cavabdehin ona olan borcunu başqa yolla ala bilmədiyindən müvafiq tələblə məhkəməyə müraciət etməyə məcbur olduğunu, qalıq borc 3000 manat, kredit müqaviləsi üzrə sığorta haqqı və ödənilmiş faiz məbləği olraq 1628 manat və 1000 manat məbləğində mənəvi ziyan olmaqla ümumilikdə 5628 (beş min altı yüz iyirmi səkkiz) manat pul Cavabdeh alınaraq ona ödənilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının izahatına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, Cavabdeh qarşı hər hansı tələbi olarsa məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarına əlavə olunmuş M-Lİ P095194/21 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X1 Kapital Bank ASC ilə arasında bağlanmış kredit müqaviləsinə görə 290 manat məbləğində sığorta haqqı tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, GTKR3998158A133 nömrəli ödəniş qrafikinə əsasən 21 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 5800 manat kredit götürmüş və 1338.82 manat faiz ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən “Naxçıvanbank” Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə 77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatının nəticəsində iş materiallarına əlavə olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh izahatında 2021-ci ildə İddiaçı 5000 ABŞ dolları borc pul aldığını, İddiaçı kredit əldə edib ona borc verdiyi üçün kreditin faizi də ödəməyi öz öhdəliyinə götürdüyünü, onun 2022-ci il tarixində borcundan hissə-hissə 1500 manat, 2023-cü ilin əvvəllərində1500 manat, 2023-cü ilin sentyabr ayında isə İddiaçı 2500 manat pul qaytardığını, qalıq borcu 2024-cü ilin yaz aylarında qaytaracağını etiraf etmişdir. Lakin borcalan müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, aldığı borcu geri qaytarmamışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görədə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi borcun tutulmasına dair hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Eyni zamanda məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbində mənəvi zərər olaraq 1000 (bir min) manat miqdarında mənəvi təzminatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsədə, onun mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin bəndin 3-cü abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 77 manat dövlət rüsumunun 14 manatı iddiaçıya aid edilməli, qalan 63 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh iddiaçıdan aldığı borcu iddiaçıya ödəməyərək üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən iddiaçı cavabdehə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin olunaraq Cavabdeh 4628 (dörd min altı yüz iyirmi səkkiz) manat məbləğində borc və ödənilmiş 77 manat dövlət rüsumunun 63 manatı olmaqla, ümumilikdə 4691 manat məbləğndə pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4628 (dörd min altı yüz iyirmi səkkiz) manat məbləğində borc və ödənilmiş 77 manat dövlət rüsumunun 63 manatı olmaqla, ümumilikdə 4691 manat məbləğndə pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar