Məhkəmə qərarları › İş №2(110)-244/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-244/2020

27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-244/2020 27.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh Sadıq oğluna qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Sadıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadıq oğlundan aldığı Şərur rayon Gümüşlü kəndində yerləşən 2 otaqlı mənzilə və həyətyanı torpaq sahəsinə görə ödədiyi 5900 (beş min doqquz yüz) ABŞ dollarının manatla ekvivalenti və həmin torpaq sahəsində tikdiyi əlavə tikililərə və evin təmir işlərinə görə çəkilmiş 15100 (on beş min bir yüz) manat pulun cavabdehdən alnıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə öz aralarında razılaşdıqlarını, mübahisəli evin onun mülkiyyətinə keçirilməsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmaqla müvafiq sənədləşmə işini yekunlaşdırdıqlarını, cavabdehlə aralarında heç bir mübahisənin olmadığını, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də ailənin bərpası məqsədilə hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. İş materiallarına əlavə edilmiş Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2020-ci il taixli, 4Ə-277 nömrəli bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Gümüşlü kəndində yerləşən 0.1988 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 56.04 kv.m, yaşayış sahəsi 39.93 kv.m, yardımçı sahəsi 16.11 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh Sadıq oğlu tərəfindən İddiaçı bağışlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlərdə həll oluna bilər; 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə TT**********89530 saylı qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Sadıq oğluna qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə TT**********89530 saylı qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar