Məhkəmə qərarları › İş №2(110)-244/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-244/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-244/2024 10.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə dəymiş zərərin qarşılanması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı mənzilin su-kanalizasiya sisteminin nasazlığı səbəbindən kanalizasiya sularının sızması nəticəsində onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə dəymiş zərərin əvəzini, 4000 (dörd min) manat və dövlət rüsumu olaraq ödədiyi 60 (altmış) manat, cəmi 4060 (dörd min altmış) manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsində baxılan 2(110)-244/2024 nömrəli iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh xx.xx.2024-cü il tarixdə öz aralarında bağladıqları barışıq sazişini məhkəməyə təqdim etmişlər. Barışıq sazişinin məzmunundan görünür ki;

1. Mən, iş üzrə Cavabdeh iddiaçı Nümayəndə Əsvər oğluna məxsus mənzilə dəymiş ziyana görə ekspert rəyi ilə müəyyən olunmuş 1430.60 manat məbləğində pulu 13 ay ərzində hər ay 100 (bir yüz) manat olmaqla, sonuncu ay isə 130.60 manat olmaqla iddiaçının nümayəndəsi Nümayəndə ödəməyi öhdəmə götürürəm

2. Mən, iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iddiaçı Nümayəndə Əsvər oğluna məxsus mənzilə dəymiş ziyana görə ekspert rəyi ilə müəyyən olunmuş 1430.60 manat məbləğində pulu 13 ay ərzində hər ay 100 (bir yüz) manat olmaqla, sonuncu ay isə 130.60 manat olmaqla mənə ödəməsi barədə öhdəliyini qəbul edirəm.

3. Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi və cavabdeh artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Ona görə də barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı “evə dəymiş zərərin qarşılanması tələbi barədə” mülki işə iddiaçı və cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: Şərur Rayon Məhkəməsində baxılan 2(110)-244/2024 nömrəli iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh xx.xx.2024-cü il tarixdə öz aralarında aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişi bağlayırlar:

1. Mən, iş üzrə Cavabdeh iddiaçı Nümayəndə Əsvər oğluna məxsus mənzilə dəymiş ziyana görə ekspert rəyi ilə müəyyən olunmuş 1430.60 manat məbləğində pulu 13 ay ərzində hər ay 100 (bir yüz) manat olmaqla, sonuncu ay isə 130.60 manat olmaqla iddiaçının nümayəndəsi Nümayəndə ödəməyi öhdəmə götürürəm

2. Mən, iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iddiaçı Nümayəndə Əsvər oğluna məxsus mənzilə dəymiş ziyana görə ekspert rəyi ilə müəyyən olunmuş 1430.60 manat məbləğində pulu 13 ay ərzində hər ay 100 (bir yüz) manat olmaqla, sonuncu ay isə 130.60 manat olmaqla mənə ödəməsi barədə öhdəliyini qəbul edirəm.

3. Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik.

4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.

5. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. İddiaçı Cavabdeh qarşı “evə dəymiş zərərin qarşılanması tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Nümayəndə tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin təsdiq edilməsi ilə işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar