Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-246/2021 19.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh onun xeyrinə 1593,70 (bir min beş yüz doxsan üç manat yetmiş qəpik) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazada onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 313272 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı 2572 manat dəyrində mətbəx mebeli aldığını, alınmış malların dəyərindən ilkin ödəniş etmədən, məbləği 15 aya bölərək, hər ay üçün 171,47 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 2572 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin borclunun alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 978,30 manat ödəniş etdiyini, qalan 1593,70 manat əsas borcu indiyədək ödəmədiyini, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu qeyd edərək, Cavabdeh onun xeyrinə 1593,70 (bir min beş yüz doxsan üç manat yetmiş qəpik) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişin Cavabdeh və ya onun yaxın qohumlarına çatdırılması üçün onun qeydiyyatda olduğu yer üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən Cavabdeh mobil telefonuna zəng edilərək mülki iş üzrə məlumat vermiş və bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 313272 saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 313272 saylı müqavilənin 1.1, 1.2, 3.1 və 3.4-cü bəndlərinə əsasən “Satıcı” dəyəri 2572 manat olan “kux.komplekt” markalı mebeli “Alıcıya” satır, “Alıcı” isə Malın ümumi dəyərini 15 ay müddətinə hissə-hissə “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 313272 saylı müqavilə üzrə 1593,70 (bir min beş yüz doxsan üç manat yetmiş qəpik) əsas borcu, 150 (bir yüz əlli) manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir” 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər . 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materialında olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 313272 saylı müqaviləyə əsasən “Satıcı” dəyəri 2572 manat olan “kux.komplekt” markalı mebeli 15 ay müddətinə hissə-hissə (ayda 171.47 manat) ödəmək şərti ilə “Alıcıya” satmış, Lakin Cavabdeh razılaşma pozaraq aldığı kux.komplekt” markalı mebelin aylıq ödənişini razılaşmaya uyğun ödəmədiyindən “Satıcı” həmin əşyanın pulunu məhkəmə qaydasında tələb etmişdir. Beləliklə də, Cavabdeh xx.xx.2018-ci il tarixli 313272 saylı alqı-satqı müqaviləsi üzrə 1593,70 (bir min beş yüz doxsan üç manat yetmiş qəpik) manat borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizə üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1- 284- 6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 313272 saylı müqavilə üzrə 1593,70 (bir min beş yüz doxsan üç manat yetmiş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1623,70 (bir min altı yüz iyirmi üç manat yetmiş qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-246/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-246/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver