Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-247/2022 25.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli 2(110)-685/2017 saylı məhkəmə əmri bu nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 05.05.2006-cı il təvəllüdlü X3 və 26.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında 02.04.019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat miqdarında sabit pul məbləğində müəyyən edilmiş alimentlərin miqdarının artırılması “Yaşayış minimumu haqqında“ Azərbaycan Respublikası qanunu ilə 2022-ci ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq bir uşağa görə 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh İslam oğlundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Məhkəməsinin 14.10.2016-cı il tarixli 2(110)-854/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikahın xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən pozulduğunu bu nikahdan doğulmuş 05.05.2006-cı il təvəllüdlü X3, 26.02.2009-cu il təvəllüdlü X4 yaşayış yerinin onun yanında qalmasının müəyyən edildiyini, Şərur Rayon Məhkəməsinin 2(110)-685/2017 nömrəli 10.08.2017-ci il tarixli məhkəmə əmri ilə bu nikahdan doğulmuş azyaşlı uşaqları 05.05.2006-cı il təvəllüdlü X3, 26.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında, 02.04.2019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, cavabdehin bu günə kimi ödədiyi aliment məbləğinin “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası qanununa əsasən ölkədə uşaqlar üçün müəyyən olunmuş minimum dolanışacaq məbləğindən çox aşağı olduğunu, cavabdehin aliment ödəməkdən başqa uşaqların digər xərcləri ilə maraqlanmadığını, halhazırda uşaqların böyüdüyünü, Aysunun 16, Ayselin 13, Sevdanın 5 yaşı olduğunu onların orta məktəbdə oxuduqlarını, cavabdehin aliment ödəməkdən başqa uşaqların digər tələbatları ilə maraqlanmadığını, ödədiyi alimentin miqdarının isə uşaqların gündəlik tələbatını ödəməyə yetmədiyini, özünün yenidən ailə qurduğunu, heç bir yerdə işləmədiyini, üç azyaşlı övladı ilə birlikdə Siyaqut kəndində yeni qurduğu ailəsi ilə birlikdə yaşadığını, uşaqların gündəlik tələbatını ödəməyə yeni ailəsinin köməklik etdiyini, uşaqların bütün qayğısını ehtiyacını tamamilə özünün çəkdiyini, böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdehin onlara qarşı aliment ödəməkdən başqa heç bir qayğı və diqqət göstərmədiyini, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək bir qadın olaraq onun üçün çətin olduğunu, ona görə də üç azyaşlı uşağın saxlanması üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimentlərin miqdarının “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası qanununa əsasən ölkədə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun artırılmalı olduğunu, cavabdehlə ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılmasına dair mübahisənin məhkəmədənkənar həlli məqsədilə Mediasiya şurasına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də cavabdehin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də mediasiya şurası tərəfindən mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edildiyini, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17.02.2022-ci il tarixdə MŞİH-14760/2022 saylı arayış verildiyini, buna görə də aliment məbləğinin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək, Şərur rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli 2(110)-685/2017 saylı məhkəmə əmri bu nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 05.05.2006-cı il təvəllüdlü X3 və 26.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında 02.04.019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat miqdarında sabit pul məbləğində müəyyən edilmiş alimentlərin miqdarının artırılması “Yaşayış minimumu haqqında“ Azərbaycan Respublikası qanunu ilə 2022-ci ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq bir uşağa görə 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh İslam oğlundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi” barədə iddia qaldıraraq, Şərur Rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli 2(110)- 685/2017 saylı məhkəmə əmri ilə bu nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 05.05.2006-cı il təvəllüdlü X3 və 26.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında, 02.04.2019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat miqdarında sabit pul məbləğində müəyyən edilmiş alimentlərin miqdarının artırılması, “Yaşayış minimumu haqqında“ Azərbaycan Respublikası qanunu ilə 2022-ci ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq bir uşağa görə 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh İslam oğlundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, məhkəmə baxışı ərəfəsində cavabdehlə öz aralarında razılığa gəldikləri üçün, iddia tələbinin azaldılması zərurəti yarandığını, buna görə də, hal-hazırda iddia tələbini azaldaraq, Şərur Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat miqdarında sabit pul məbləğində alimentin cavabdehən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)-247/2022 saylı, 25.05.2022-ci il tarixli qərardadla mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı ilə məhkəmə baxışı iclasında öz aralarında razılaşdıqlarını, birgə nikahlarından doğulmuş 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat miqdarında sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsinə razı olduğunu bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.07.2017-ci il tarixli AZ-İ № 176319 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25.07.2017-il tarixdə 510 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Qasımova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Maxta kənd izibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 25.01.2022-ci il tarixli AZ-İV 634620 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 05.05.2006-ci il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan Şərur rayon Maxta kənd izibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06.11.2009-cu il tarixli AZ-İİ 339564 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 26.02.2009-cu il təvəllüdlü X4 valideynləridir. İş materiallarında olan Şərur rayon Maxta kənd izibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06.02.2017-ci il tarixli AZ-İİİ 534183 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 10.01.2017-ci il təvəllüdlü X5 valideynləridir. İş materiallarında olan Mediator tərəfindən verilmiş 17.02.2022-ci il tarixli, MŞİH-14760/2022 nömrəli İlkin mediasiya sessiyasına xitam verilməsi barədə protokoldan məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək istəməmişlər. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-685/2017 nömrəli 10.08.2017-ci il tarixli məhkəmə əmrinin məzmunundan görünür ki, Cavabdeh hər növ aylıq qazancının (digər gəlirlərinin) 1/3 hissəsi 09 avqust 2017-ci il tarixdən hesablanaraq 05.05.2006-cı il təvəllüdlü X3, 26.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayonu Siyaqut kəndində yaşayan anası X8 qızına ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-278/2019 nömrəli 02.04.2019-cu il tarixli qətnamənin məzmunundan görünür ki, 05 mart 2019-cu il tarixdən hesablanmaqla 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh anası-İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbində Şərur rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli 2(110)-685/2017 saylı məhkəmə əmri bu nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 05.05.2006-cı il təvəllüdlü X3 və 26.02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında 02.04.019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat miqdarında sabit pul məbləğində müəyyən edilmiş alimentlərin miqdarının artırılması “Yaşayış minimumu haqqında“ Azərbaycan Respublikası qanunu ilə 2022-ci ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun olaraq bir uşağa görə 193 (bir yüz doxsan üç) manat miqdarında olmaqla üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh İslam oğlundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə baxışı ərəfəsində cavabdehlə öz aralarında razılığa gəldikləri üçün, iddia tələbinin azaldılması zərurəti yarandığını, buna görə də, hal-hazırda iddia tələbini azaldaraq, Şərur Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)-247/2022 saylı, 25.05.2022-ci il tarixli qərardadla mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh da izahatında iddiaçı ilə öz aralarında razılaşdıqlarını, birgə nikahlarından doğulmuş 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsinə razı olduğunu bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə idiaçının iddia tələbinin azaldılması barədə ərizəsini, cavabdehin iddanı qəbul etməsi barədə izahatını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X7 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, tərəflərin öz aralarında qarşılıqlı razılığını nəzərə alaraq qeyd edir ki, iddia təmin edərək, Şərur Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 40 manatdır ki, bu da il ərzində 480 manat (40x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia təmin edilsin. Şərur Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli 2(110)-278/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 10.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev