Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-250/2021 21.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 16 avqust 2019-cu il tarixli, RBN- 5973/MK_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2514.2 (iki min beş yüz on dörd manat iyirmi qəpik) manat, faiz borcuna görə 1.82 (bir manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2516.02 (iki min beş yüz on altı manat 02 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş və 21.05.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda İddiaçı ASCnin Cavabdeh1 qarşı iddiası üzrə 21.05.2021-ci ildə saat 11:50-də keçiriləcək 2(110)-250/2021 saylı mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1, arasında bağlanmış 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2524.5 (iki min beş yüz iyirmi dörd tam onda beş) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3; 2.4; bəndləri), həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 16 avqust 2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər cavabdeh(lər), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ı arasında zaminlik müqaviləsinin imzalandığını, həmin müqavilə üzrə zamin 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı kredit müqaviləsi öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıdığını, 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə,penya), faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin öhdəliyin icra edilməsindən qərəzli olaraq yayındıqlarını, tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 16-dan gec olmayaraq hər ay 43.16 (qırx üç manat on altı qəpik), manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2514,2 (iki min beş yüz on dörd manat 20 qəpik) manat, faiz borcuna görə 1,82 (bir manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2516,02 (iki min beş yüz on altı manat 02 qəpik) manat təşkil etdiyini, qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2514.2 (iki min beş yüz on dörd manat 20 qəpik) manat, faiz borcuna görə 1.82 (bir manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2516.02 (iki min beş yüz on altı manat 02 qəpik) manat pul tutulmalı olduğunu qeyd edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2514.2 (iki min beş yüz on dörd manat 20 qəpik) manat, faiz borcuna görə 1.82 (bir manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2516.02 (iki min beş yüz on altı manat 02 qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 07 aprel 2021-ci ildə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında İddiaçı ASC-dən 02.04.2015-ci il tarixli, RBN-5973/MK_DEV saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə İddiaçı ASC ilə 16 avqust 2019-cu il tarixdə "Güzəştli şərtlərlə" Kredit müqaviləsi bağladıqlarını, İddiaçı ASC-yə 2524.5 manat məbləğində borcunun olduğunu, 2015-ci ildə bağladığı kredit müqaviləsi götürdüyü krediti qardaşına verdiyini, restrukturizasiya ilə əlaqədar müqavilə bağladıqdan sonra həmin borcu COVİD-19 virusu ilə əlaqədar qardaşının işlərinin düz getməməsi və özünün də səhhətində olan problemlərlə əlaqədar ödəyə bilmədiklərini, bununla əlaqədar qardaşının borcu hissə-hissə ödəmələri üçün Bankla razılaşmaq üçün Banka müraciət edəyəcəyini bildirərək məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 02.04.2015-ci il tarixli, RBN-5973/MK_DEV saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə yenidən 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı "Güzəştli şərtlərlə" Kredit müqaviləsi bağlanmış və Müştəri 1 illik güzəşt müddəti şərti ilə illik 1% faiz olmaqla, 5 il müddətinə borcunu "Güzəştli şərtlərlə” Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit müqaviləsi üzrə verilmiş Kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və Kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarır. Həmin Müqavilənin 4.1.1-ci bəndinə əsasən Müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə Kreditin qaytarılması tələbi üçün təhlükə yaradarsa, bu Kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, Bank Krediti dərhal vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı Zaminlik müqavilələrindən aydın olur ki, zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu borc alan Cavabdeh1 Banka borclu olduğu 2524,5 (iki min beş yüz iyirmi dörd manat 50 qəpik) manat pulu 1 illik güzəşt müddəti şərti ilə illik 1 faiz olmaqla, 60 (altmış) ay müddətinə və tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zaminlər və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş 15.02.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 12 fevral 2021-ci il tarixə Cavabdeh1 Banka olan borcu əsas borca görə 2514,2 (iki min beş yüz on dörd manat iyirmi qəpik) manat, faiz borcuna görə 1.82 (bir manat səksən iki qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2516.02 (iki min beş yüz on altı manat iki qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh1 borclu olduğu krediti faizləri ilə birlikdə 16.09.2019-16.08.2020-ci il tarixləri ərzində ayda 2.10 manat, 16.09.2020 – 16.07.2024 tarixləri ərzində 53.67 manat 16.08.2024 tarixində isə 53.91 manat olmaqla, cəmi 2601.60 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı Kredit Müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 bankdan götürdüyü 2524.5 (iki min beş yüz iyirmi dörd manat 50 qəpik) manat məbləğində kreditin faizlərinin cuzi bir qismini ödədikdən sonra Banka 2516.02 (iki min beş yüz on altı manat iki qəpik) manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1n aylıq ödəməli olduğu məbləğləri vaxtında ödəməmişdir. İş materiallarına əlavə olunmuş 17.02.2021-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, "İddiaçı” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar İddiaçı ASC Nəsimi filialı vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu ödəmişdir Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.04.2015-ci il tarixli, RBN-5973/MK_DEV saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı Güzəştli şərtlərlə” Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 Banka borclu olduğu 2524.5 (iki min beş yüz iyirmi dörd tam onda beş) manat borcu 1 illik güzəşt müddəti şərti ilə 5 (beş) il müddətinə illik 1 faiz ödəmək şərti ilə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri 1 illik güzəşt müddəti ilə 16.09.2019-16.08.2020-ci il tarixləri ərzində ayda 2.10 manat, 16.09.2020 – 16.07.2024 tarixləri ərzində 53.67 manat 16.08.2024 tarixində isə 53.91 manat olmaqla, cəmi 2601.60 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Eyni zamanda zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu İddiaçı ASC ilə aralarında bağladıqları 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı zaminlik müqavilələri ilə Cavabdeh1 oğlunun götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüşlər. Lakin iddiaçı öhdəliyini vaxtında icra etmədiyi üçün İddiaçı ASC borc alan cavabdeh və zaminlərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu müştəri Cavabdeh1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 oğlu müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı "Güzəştli şərtlərlə” Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 2514.2 (iki min beş yüz on dörd manat iyirmi qəpik) manat, faiz borcuna görə 1.82 (bir manat səksən iki qəpik) manat, cəmi 2516.02 (iki min beş yüz on altı manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16 avqust 2019-cu il tarixli RBN-5973/MK_KMP saylı “Güzəştli şərtlərlə” kredit müqaviləsi üzrə əsas borca görə 2514.2 (iki min beş yüz on dörd manat iyirmi qəpik) manat, faiz borcuna görə 1.82 (bir manat səksən iki qəpik) manat olmaqla, cəmi 2516.02 (iki min beş yüz on altı manat iki qəpik) manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2546.02 (iki min beş yüz qırx altı manat iki qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-250/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-250/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver