Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-262/2024 29.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və digər xərclərdə iştirakı tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli B-486/2022 saylı barışı sazişinə əsasən birgə nikahdan doğulmuş uşaqlarımızın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən olunmuş hər ay üç uşağa görə 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində alimentin miqdarının artırılaraq bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla üç uşağa görə hər ay 705 (yeddi yüz beş) manat, əlavə xərclərdə iştirakına görə isə bir uşağa görə 100 (bir yüz) manat olmaqla üç uşağa görə hər ay 300 (üç yüz) manat, cəmi hər ay 1005 (bir min beş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsinə məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə aramızda xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı şəhər ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 2672 saylı akt qeydi ilə bağlanmış nikah qeydi xasiyyətimizin uyğun gəlməməsi səbəbindən Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-11/2023 saylı Qətnaməsinə əsasən pozulmuş, bu nikahdan doğulmuş azyaşlı uşaqlarımızın yaşayış yerinin mənim yanımda saxlanılması müəyyən edilmişdir. Birgə nikahdan doğulmuş azyaşlı uşaqlarımız - xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli B- 486/2022 saylı barışı sazişinə əsasən hər ay üç uşağa görə 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq mənim xeyrimə ödənilməsi müəyyən edilmişdir. Bildirirəm ki, birgə nikahdan doğulmuş övladlarımız artıq böyüyüb, Aminin 7 yaşı, Əlixanın 6 yaşı, Leylanın isə 3 yaşı var və onların gündəlik zəruri tələbatı da artıb. Amin artıq məktəbə gedir, Əlixan isə bu il birinci sinfə gedəcək, Leylanın isə yaşı kiçik olduğundan və ana qayışına daha çox ehtiyacı olduğundan mən özüm heç bir yerdə işləyə bilmirəm. Uşaqlarımızın qayğısına qalmaq, onların gündəlik zəruri təlabatlarını qarşılamaq, hazırlıq və müalicə xərclərinin qarşılanması tək qadın olaraq mənim üçün çox çətindir. Cavabdeh isə aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmır, ödədiyi alimentin miqdarı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumdan çox aşağıdır və aliment miqdarı övladlarımızın gündəlik zəruri tələbatını ödəməyə belə yetmir. Ona görə də hesab edirəm ki, Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli B-486/2022 saylı barışı sazişinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh övladımızın təhsili və müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb olunmalıdır. Mən aramızda olan ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılması və valideynlərin digər xərclərdə iştirakı tələbimə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdim. Lakin ilkin mediasiya sessiyasının vaxtı və yeri Cavabdeha bildirilsə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. Ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Q-732/2023 saylı arayış verildi. Buna görə də Cavabdeha qarşı alimentin məbləğinin artırılması və digər xərclərdə iştirakına cəlb edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətini yaranmışdır. Ona görə də hesab edirəm ki, himayəmdə üç azyaşlı övladımın olması və cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə gedib-gəlmək imkanımın olmamsı səbəbindən iddia tələbimin mənim qeydiyyatda olduğum yer üzrə məhkəmədə baxılaraq Cavabdeh azyaşlı uşaqlarımız yetkinlik yaşına çatanadək saxlanılması üçün ödədiyi alimentin miqdarı artırılaraq bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla hər ay üç uşağa görə 705 (yeddi yüz beş) manat miqdarında sabit pul məbləğində aliment müəyyən olunmalı və əlavə xərclərdə iştirakına görə isə hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla üç uşağa görə 300 (üç yüz) manat miqdarında əlavə xərclərə cəlb olunmalıdır. Bildirirəm ki, Cavabdeh maddi imkanı yaxşıdır, Bakı özünün iş yerləri və maşın kirayə obyekti var və aylıq gəliri ən azından 7000 manatdan artıqdır, alimentin miqdarının artırılması onu maddi cəhətdən sıxıntıya salmaz. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında Barışıq sazişinə əsasən 3 uşağın saxlanması üçün cavabdehin hər ay 400 manat alimenti onun adına açılmış kart hesabına ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin alimenti vaxtında vermədiyini, həmçinin həmin məbləği hissə-hissə hərdən 20 manat, 50 manat, 80 manat olmaqla ödədiyini, eyni zamanda birgə nikahdan doğulmuş övladlarının artıq böyüdüyünü, artıq Aminin 7, Əlixanın 6 , Leylanın isə 3 yaşının olduğunu və onların gündəlik zəruri tələbatlarının da artdığını, Amin artıq məktəbə getdiyini, Əlixan isə bu il birinci sinfə gedəcəyini, Leylanın isə yaşı kiçik olduğundan və ana qayışına daha çox ehtiyacı olduğundan özünün heç bir yerdə işləyə bilmədiyini, uşaqlarımızın qayğısına qalmaq, onların gündəlik zəruri təlabatlarını qarşılamaq, hazırlıq və müalicə xərclərinin qarşılanması tək qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin isə alimenti vaxtında və tam ödəməməklə yanaşı uşaqlarla ümumiyyətlə maraqlanmadığını və.s qeyd etməklə aliment məbləğinin artırılması, həmçinin cavabdehin təhsil və əlavə xərclərin çəkilməsinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı etiraz ərizəsinin məzmunundan görünür ki, o cavabdehlə aralarında olan razılaşmaya görə 3 uşaq üçün hər ay 400 manat aliment ödədiyini, ən yüksək ödəyə biləcəyi məbləğ olduğunu, belə ki, heç bir yerdə işləmədiyini, qazancınn demək olar ki, hamısını aliment kimi ödədiyini, 400 manatdan yüksək məbləği ödəyə bilməsinin qeyrimümkün olduğunu, demək olar ki, yaşamaq üçün ona pul qalmadığını, iddianı təmin etmədən aliment miqdarını dəyişmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ- İV № 384253 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2016-cı il təvəllüdlü X7 valideynləridir; - 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ- İV № 384254 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2018-ci il təvəllüdlü X4 valideynləridir; - 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 622613 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2020-ci il təvəllüdlü X5 valideynləridir; - Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-11/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə İddiaçı X8 ilə Cavabdeh arasında 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 2672 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 anası- iddiaçı X2 yanında saxlanılmışdır; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 402253 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş və nikahın pozulması haqqında akt qeydi kitabında xx.xx.2023-cü il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Qasımova” soyadı verilmişdir; - Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli B-486/2022 saylı Barşıq sazişinin 2.1ci bəndində qeyd olunmuşdur ki, aparılan mediasiya prosesi zamanı tərəflərlə aparılan danışıqlar nəticəsində hər iki tərəf razılığa gəldilər ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay iyul ayı üçün iyulun 15-dək 200 manat iyul ayının 30-dək isə 200 manat olmaqla cəmi 400 manat alimenti Cavabdeh uşaqların anasının X2 adına açılmış kart hesabına ödəməyi öhdəsinə götürür. İyul ayından sonrakı alimentin ödənişi hər ay 400 manat olmaqla hər ayın 30-dək Cavabdeh tərəfindən ödəyəcəyi barədə öhdəlik götürmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST mərkəzi tərəfinən verilmiş 19 fevral 2024-cü il tarixli arayışda görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” sisteminə əsasən qüvvədə əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Mediasiya Təşkilatının B- 486/2022 saylı, xx.xx.2022-ci il tarixli Barşıq Sazişi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay iyul ayı üçün iyulun 15-dək 200 manat iyul ayının 30-dək isə 200 manat olmaqla cəmi 400 manat alimenti Cavabdeh uşaqların anasının X2 adına açılmış kart hesabına ödəməyi öhdəsinə götürür. İyul ayından sonrakı alimentin ödənişi hər ay 400 manat olmaqla hər ayın 30-dək Cavabdeh tərəfindən ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı X8 yenidən məhkəməyə müraciət edərək, izahatında Barışıq sazişinə əsasən 3 uşağın saxlanması üçün cavabdehin hər ay 400 manat alimenti onun adına açılmış kart hesabına ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin alimenti vaxtında vermədiyini, həmçinin həmin məbləği hissə-hissə hərdən 20 manat, 50 manat, 80 manat olmaqla ödədiyini, eyni zamanda birgə nikahdan doğulmuş övladlarının artıq böyüdüyünü, artıq Aminin 7, Əlixanın 6 , Leylanın isə 3 yaşının olduğunu və onların gündəlik zəruri tələbatlarının da artdığını, Amin artıq məktəbə getdiyini, Əlixan isə bu il birinci sinfə gedəcəyini, Leylanın isə yaşı kiçik olduğundan və ana qayışına daha çox ehtiyacı olduğundan özünün heç bir yerdə işləyə bilmədiyini, uşaqlarımızın qayğısına qalmaq, onların gündəlik zəruri təlabatlarını qarşılamaq, hazırlıq və müalicə xərclərinin qarşılanması tək qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin isə alimenti vaxtında və tam ödəməməklə yanaşı uşaqlarla ümumiyyətlə maraqlanmadığını və.s qeyd etməklə aliment məbləğinin artırılması, həmçinin cavabdehin təhsil və əlavə xərclərin çəkilməsinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə iddiaçının izahatında qeyd etdiklərini, yetkinlik yaşlarına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin dəyişdirilməsi hissəsində qismən təmin olunaraq, Şərur Rayon Mediasiya Təşkilatının B-486/2022 saylı, xx.xx.2022-ci il tarixli Barşıq Sazişi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2016cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 94.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar; - 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X6 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqın yaş həddini, uşaqın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşməsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi alimentin dəyişdirilməsinə əsas verir. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehin uşaqların təhsili və müalicəsi ilə əlaqədar əlavə xərclərdə iştirakının təmin olunması, yəni hər ay əlavə xərclərə görə hər uşağa 100 (bir yüz) manat olmaqla 300 (üç yüz) manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə qeyd edir ki, iddiaçı əlavə xərclərə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddiaçının sübut etmədiyi halları mövcud olmayan hal kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə tərəfindən valideynlərdən birinin əlavə xərclərdə iştirakı məsələsi həll edilərkən ilk növbədə Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmaması halı müəyyən edilməlidir. Lakin qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur və hazırki iddia tələbi üzrə də bu hallar mövcud deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 50 manatdır ki, bu da il ərzində 600 manat (50x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Mediasiya Təşkilatının B-486/2022 saylı, xx.xx.2022-ci il tarixli Barşıq Sazişi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev